Icma.az
close
up
RU
Tarixin möhürü Böyük Hun İmperiyası

Tarixin möhürü Böyük Hun İmperiyası

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Taleh Cəfərov
ADPU-nun Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının dosenti,
tarix üzrə fəlsəfə doktoru

(əvvəli BU LİNKDƏ)

...Artıq eramızın 1-ci ilində Çin imperatoru Ay-di müəmmalı şəkildə dünyasını də­yişdi. Azyaşlı Pin-di varis elan olunsa da, ona nənəsi hamilik edirdi. Faktiki olaraq ha­kimiyyət nənənin sevgilisi Van Manın əlində idi. Van Man imperator elan olunan ki­mi Xan sülaləsinin hakimiyyətinə son qoyuldu. Yeni imperator daha da varlanmaq məq­sədilə bir sıra islahatlar həyata keçirməyə başladı. Bunun üçün o geniş xalq küt­lə­sinin dəstəyini qazanmaq istəyirdi. Odur ki, caniləri, avaraları, havayı yeyənləri, qaçqın qulları orduya cəlb etdi. Bu yolla imperator hüdudsuz hakimiyyətə nail oldu. Özü haqqında yüksək fikirdə olan imperator Hun dövlətini ləğv edib, ona vassal olan sərhəd knyazlığı adı vermək fikrinə düşdü. Bu barədə L.N.Qumilyov yazır: “...Bu­nun üçün dövlət möhürünü dəyişmək lazım idi. Xuxanye tərəfindən e. ə. 47-ci ildə alı­nan möhürdə bu sözlər yazılmışdı: “Hun şanyusu”, yəni “hun şanyusunun dövlət möhürü”. Van Man isə əmr etmişdi ki, yeni möhürdə aşağıdakı sözləri yazsınlar: “Hun şanyusunun yeni işarəsi”. Bunu qəbul etməklə Şanyunun müstəqil ha­ki­miy­yə­ti­nə və dövlətinə son qoyulurdu.

B. e. 9-cu ilində Şanyunun yanına gələn Çin səfiri köhnə möhürü təhvil verib yenisini almağı təklif etdi. Elçinin israrından sonra ona inanan Şanyu köhnə möhürü təhvil verib yenisinə baxmadan təhvil aldı. Van Manın başlıca məqsədi yeni Şanyu təyin etməklə hunların qüvvələrini parçalamaq idi. Bunu bilən Uçjulyu Van Manın Xan sülaləsindən olmadığını bəhanə gətirib, onu imperator kimi tanımaqdan imtina etdi. İmperator isə 300 minlik qoşunla hunları Sayan dağlarına qədər qovmaq fikrinə düşsə də dağınıq ordunu bir yerə yığmaq mümkün olmadı. 13-cü ildə Van Manın qə­tı düşməni Uçjulu Şanyu öldü. Çinlə müharibəyə son qoymaq məqsədilə ha­ki­miy­yə­­tə imperatorun əlaltısı Xyan çıxarıldı. 18-ci ildə Şanyunun ölümündən sonra taxta qar­daşı Yuy çıxdı. Yuy Şanyu imperatorla münasibətləri tənzimləməyə cəhd gös­tər­sə də baş tutmadı. Ona görə ki, Van Man hun birliyini sonadək parçalamağa çalışırdı. 17-ci ildə Çində bürokratiya, özbaşınalıq, əhalinin məmurlar tərəfindən soyulmasına ca­vab olaraq güclü üsyan baş verdi. 23-cü ilin qışında paytaxt Çanan şəhəri üs­yan­çı­lar tərəfindən tutuldu və sarayda gizlənmiş Van Man tapılaraq qətlə yetirildi. Gö­rün­düyü kimi, Çində baş verən vətəndaş müharibəsi dövlət sistemini kökündən sar­sıt­dı.

30-cu ildə imperator Lyu-Syu e. ə. 47-ci il müqaviləsinə qayıtmaq təklifini irə­­li sürsə də Yuy Şanyu bununla razılaşmadı və imperatora Çinin bərabər hüquq çər­­çivəsində Hun imperiyasını rəsmən tanımasını təklif etdi. Qeyd edək ki, hunlar bu ərəfədə Mete Şanyunun Hun imperiyası üçün cızdığı sərhədləri bərpa etdilər. 44-45-ci illərdə hunlar artıq Çinin mərkəzi vilayətlərini təhlükədə saxlayırdılar. 46-cı il­­də Hun taxtında dəyişiklik oldu. Yuy Şanyu vəfat etdiyindən onu oğlu Punu əvəz et­­di. Onun dövründə Hun dövlətində quraqlıq, çəyirkə basqını, epidemiya adi hala çev­­rildi. Yeni Şanyu Çinlə müharibəyə son qoymaq məqsədilə səfirlik gön­də­rib “sülh və doğmalıq haqqında” sənədi imzalamağı təklif etdi. 47-ci ildə Xuxanye Şan­­yu­­nun oğlu Bi əlverişli fürsətdən istifadə edərək Çin canişininin yanına ge­də­rək Xan sü­­laləsinin təbəəliyinə keçmək istəyini bildirdi.

48-ci ildə 8 hun tayfasının ağsaqqalları birgə müzakirələrdən sonra Bini II Xu­­­­xanye adı altında taxta çıxarmağı qərara aldılar. Onların istəyinə görə Bi bu ti­tu­lu qə­­­bul etməklə ölkədə sakit və rahat həyatı bərqərar edə bilər. Binin çinlilər tərə­fi­nə keç­­­məsi hun xalqının taleyini həll etdi. 48-ci ildə bağlanmış müqavilə e. ə. 47-ci ildə bağ­­­lanmış müqavilənin təkrarı idi. Nəticədə xalq yenidən şimal və cənub ol­maq­la iki ye­­rə bölündü. Beləliklə, Cənubi Monqolustanı əhatə edən Cənubi Hun döv­ləti (48-216) ilə Mərkəzi Monqolustandan Mərkəzi Asiyaya qədər uzanan əra­zi­lərdə Şi­ma­l­i Hun dövləti (48-92/150) yarandı. Şimali Hun dövlətini meydana gə­ti­rən bəzi hun tayfaları Siyanbi hakimiyyətini qəbul etməyib iki istiqamətdə hərə­kət etdilər. Hun tayfalarının birinci kütləsi indiki Türkmənistan və Xorasana, ikinci küt­ləsi isə Xə­zərin şimalına və Qafqaza köç etdilər. Bunlardan birinciləri qızıl hun­lar, Qafqaza köç edən hunlar isə Avropa hunları adlandırılır.

Şimal və cənub arasında müharibə. Dövlətin süqutu və hun etno­sunun par­­çalanması. I əsrin 50-ci illərində hunların şimal və cənub tayfaları toq-quş­dular. Cə­­­­nubluların məğlub olub geri çəkilməsi Bini bütün iddialardan əl çək­məyə və müs­təqilliklə vidalaşıb Çindən hərbi yardım almağa sövq etdi. 76-cı ildə Çində taxta Can­di çıxdı. Bununla Hun-Çin münasibətlərində yeni dövr başladı. Hun dövləti da­xi­lində cərəyan edən qarşıdurmalar onun qüdrətini sarsıdırdı. Cənub hun­ları şimal hun­larına nisbətən Çinlə aparılan qaynar ticarət əlaqələri nəticəsində inkişaf et­mək­də idilər. Şimal hunlarında isə sürətli geriləmələr baş verdi, bir sıra ərazilər itirildi. Hun­larla dinlinlər arasında münasibətlər gərginləşdi, siyanbilər isə Çinlə mü­na­si­bət­lə­ri daha da yaxınlaşdırdılar.

Şərqdə syanbilərin özbaşınalığı, şimalda isə dinlinlərin hərəkatı davam edirdi. 87-ci ildə syanbilər hunların şərq torpaqlarına girib Yulyuyu ələ keçirdilər və də­ri­si­ni soydular. Bu zaman Çində imperator Can-di öldü və taxt-taca azyaşlı Xedi keç­di. O, hunlara qarşı mübarizəni daha da gücləndirdi. Belə ki, 91-ci ildə Çin sər­kər­də­si Qen şimal hunlarını darmadağın etdi, Şanyu birdəfəlik qaçdı və ondan səs-soraq çıx­madı. Şimal şanyusunun qaçışından sonra hun ərazilərində syanbilər məs­kun­laş­ma­ğa başladılar. Hun torpaqlarında qalan 100 min hun ailəsi isə özünü syanbi ad­lan­dırdı və bu zamandan etibarən syanbilər üstünlük təşkil etməyə başladılar. Be­lə­lik­lə də uzun illərdir bu torpaqlarda hökmranlıq edən türkdilli tayfaları monqoldilli tay­falar əvəzlədi.

Cənub hunları arasında böyük nüfuza malik olan Şiqinin Şanyu olmaq eh­ti­ma­­lı daha yüksək idi. Lakin qanuni vəliəhd olan əmisi Anqonun cənub hunları ara­sın­­da heç bir nüfuzu yox idi. 93-cü ildə cənub hunlarının şanyusu Tuntuxe vəfat etdi. Nə­­ticədə 88-ci ildən taxta çıxan Anqo Şanyu seçildi. Cənub hunlarının liderinə çev­ri­­lən Şiqi isə Şərq Çuki knyazı titulu ilə vəliəhdə çevrildi. 94-сü ildə Şiqinin Anqoya həm­ləsi nəticəsində şanyu öldürüldü, Şiqi isə taxta çıxarıldı. Qısa müddətdə ha­ki­miy­yətdə olan Şiqini 98-ci ildə qardaşı Txan əvəzlədi. Rəqibləri tərəfindən ağır məğ­lu­biyyətə uğradılan hunlar geri çəkilməyə başladılar. Onların bir hissəsi syanbilərlə bir­ləşərək özlərini syanbi adlandırdılar. Digər bir hissəsi isə azadlıqlarını qorumaq üçün doğma torpaqları tərk edib müasir Qazaxıstan və Aral dənizi ətrafındakı dü­zən­­­liklərdə məskunlaşdılar. Bəhs olunan dövrdə şimal hunlarının ərazisi Barkul gö­lün­­dən tutmuş Xəzər dənizinə qədər uzanırdı. 107-ci ildə Qərb diyarının hunların əli­­nə keçməsindən sonra Çinin şimal-qərb vilayətləri 50 illik müharibə meydanına çev­­rildi.

Cənub hunlarının Çin məmurlarına qarşı qiyamda iştirak etməməsi belə on­la­rın vəziyyətini müsbətə doğru dəyişmədi. 144-cü ildə qiyamın yatırılmasına ba­x­ma­ya­­raq Çin canişini Şanyuyu özünə qəsd etmək həddinə çatdırdı. Hun taxtına im­pe­ra­torun əlaltısı, hun əsilli saray əyanı Deuleçu (143-147) çıxdı. Bütün bunlar boz­qır­la­rında hun möhtəşəmliyinin arxada qaldığını, həyat tərzlərinin dəyişildiyini, hə­şə­mət­li günlərin itirildiyini deməyə əsas verir.

155-ci ildə syanbilərin hunlara öldürücü zərbə vurmaları nəticəsində şimal hun­ları məhv olmaq təhlükəsi ilə üzləşdilər. Bundan sonra şimal hunları bir daha öz­lərinə gələ bilmədilər. Onların bir hissəsi köç edib İtil (Volqa) çayının sahillərində məs­kunlaşdılar. Syanbilər isə həmin ildə öz dövlətlərini yaratdılar.

142-215-ci illər Cənub hunlarının sonuncu dövrü hesab olunur və bu zaman hun­­­ların geriyə -şimala qayıtması və yerdə qalanlarının çinliləşməsi prosesi nəzərə çar­­­pır. Şimala köçüb gedən hunlar syanbilərlə qaynayıb-qarışırdılar. Çünki syanbilər də hunlar kimi eyni həyat tərzi sürürdülər. Şimaldan fərqli olaraq cənub hunları öz­lə­­­rinin dövlətçiliyini 215-ci ildə itirdilər. Sonuncu Şanyu həbs olundu və onun yerinə hun­­ları idarə etmək üçün vilayət hakimi təyin olundu. Beləliklə, Çin imperiyası ilə Hun xaqanlığı arasında üç yüz ildən çox gedən müharibı Çinin qələbəsi ilə başa çat­dı. Qələbəni çinlilərə yürütdükləri düzgün siyasət və diplomatiya qazandırdı. L.N. Qu­­­­­­­­milyov üç əsrdən artıq mövcud olmuş Hun imperiyasının ləğv olma səbəblərini düz­­gün olaraq göstərir: “Birincisi, şimal hunları ibtidai hakimiyyətdən hərbi-de­mok­ra­­tik rejimə çevriləndə, hələ də ibtidai səviyyədə yaşayan cənub hunları, syanbilər, ux­u­anlar onların düşmənlərinə çevrildilər. Onlar üçün əsas düşmənlər çinlilər deyil, iki sistem (ibtidai və hərbi demokratiya) arasında gedən amansız mübarizə oldu. İkin­­­­­cisi, Şanyunu əhatə edən insanlar arasında vəzifə və təsir uğrunda mübarizə baş­la­­­­mışdı. Çünki ibtidaidən gələn əxlaqa, mənəvi dəyərlərə və tanınmışlara burada yer yox idi. Üçüncüsü, kütlə sakit həyat arzulayırdı və həvəssiz olaraq öz rəhbərlərini mü­­­dafiə edirdi. Sahiblərini dəyişməklə xalq heç nə qazanıb, heç nə itirmirdi, hətta həl­­ledici məqamlarda bu səbəbdən Şanyunu müdafiə etmirdilər”. Nəticədə üç əsrdən artıq bir müddətdə çinlilərlə birgə yaşayış və qarışıq nigahlar tədricən hun xalqının tipini və psixikasını dəyişdi. Eramızın III əsrində vahid hun xalqı əvəzinə onun 4 qolu yarandı:

1.Uqorlarla qaynayıb-qarışaraq Sibirin uzaq guşələrində məskunlaşan və köçəri hə­yat tərzi sürən şimal hunları;

2.Soqd mədəniyyətinin təsirinə məruz qalmış yueban hunları;

3.V əsrin sonlarında başa çatan assimilyasiya prosesinə məruz qalan Çin hunları;

4.Bir-birinə qarışaraq Xalxa və Çaxarda etnik substrat təşkil edən hun syanbilər. Erkən orta əsrlərdə bu etnik substratdan (toplumdan) türkdilli və monqoldilli tayfalar yaranmışdır.

Göründüyü kimi, b. e. III əsrində Böyük Çölün dominant və əsrlərlə dəyişil-məz sa­­hibləri olan hun­larda passionarlığın “qalxma” fazasını “yanma” fazası əvəz et­di. L.Qumilyov onların e.ə IV-II əsrlərdə xalq kimi formalaşdığını yazır. Bu za-man hun et­­nosunun izafi enerjisi etnik sistemi içəridən daxıtdı, etnos superet­no­­­sa (bü­tün tay­fa­ları bir ad altında birləşdirən böyük bir dövlət) çevrildi və 4 müs­tə­qil qo­la par­ça­lan­dı. Hunların bir qolu syanbilərə tabe oldu, di­gəri Çinə getdi, üçün­cü­sü –“ci­­lov­lan­maq”, yaxud ram olmaq istəməyənlər döyüşə-döyüşə Yaik və Volqa sa­­hil­­lərində məs­kunlaşdı, dördüncüsü isə Tarbaqatay və Saura dağlarında möh­kəm­lən­­­dilər. Qeyd edək ki, da­ğılma prosesi hunlarda e. ə. I əsrin ortalarından başla­ya­raq era­­mızın II əsrinin or­­talarına qədər davam etdi. Bu dağılma ilə yanaşı, vahid et­no­sun əra­­zi və mə­­də­niy­yə­tinin əhəmiyyətli bir hissəsinin itirilməsi ilə nəticələndi. Hət­ta iş o yerə çat­dı ki, hun­lar bəhs olunan dövrdə tarixi və etnik torpaqlarını yük-sə­liş mər­hə­­ləsini ya­şayan syan­bilərə güzəştə getməli oldular. Bundan sonra hunları syan­bilər əvəz et­di. Syanbilər hunlara, hətta çinlilərə qalib gəlməyi bacardılar. Syanbi asılılığına bo­yun əyməyib öz varlığını qorumaq əzmində olan şimal hun­la-rının əksər hissəsi Ural­ət­rafı ərazilərə köç edərək fin-uqorlarla qonşuluqda ya­şa­ma­ğa başladılar. Hər iki xal­­­qın qaynayıb-qarışması nəticəsində yeni bir hun tipi tə-şək­kül tapdı və Avropanı fəth etdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:28
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 22 Sentyabr 2026 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see344

Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Video

20 Sentyabr 2026 14:09see299

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see285

Özümü dəfn edib, yaşamağı bacaran adamam

20 Sentyabr 2026 12:26see277

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see241

Ağdamda quyudan kişi meyiti tapılıb

20 Sentyabr 2026 14:58see236

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see234

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see229

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see216

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see215

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see214

Ermənistandakı Alban kilsləri ya dağıdılıb, ya da ermənilər tərəfindən mənimsənilib RƏY

20 Sentyabr 2026 16:44see207

REM yuxusu 83 xəstəliyin daha aşağı riski ilə əlaqələndirilir: araşdırma

20 Sentyabr 2026 20:37see205

Qarabağda 3 867 sakin məşğulluğa cəlb edildi

20 Sentyabr 2026 13:28see203

20 Sentyabrın tarixi əhəmiyyəti: Dövlət hakimiyyəti bütün ölkədə tam təmin olundu

20 Sentyabr 2026 19:45see202

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see200

Çinlə ABŞ arasında ticarət iqtisadi məsləhətləşmələr başlayıb

20 Sentyabr 2026 19:53see199

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see199

Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir

20 Sentyabr 2026 23:11see193

Türkiyə Superliqası: Beşiktaş dan gözlənilməz məğlubiyyət Video

20 Sentyabr 2026 23:24see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri