Icma.az
close
up
RU
Tarixin qara ləkəsi Minsk qrupu BAXIŞ BUCAĞI

Tarixin qara ləkəsi Minsk qrupu BAXIŞ BUCAĞI

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

1991–1992-ci illərdə keçmiş Sovet İttifaqının dağılması, davamında ermənilərin ərazi iddiaları səbəbindən Ermənistan–Azərbaycan arasında, xüsusilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti (və ətraf rayonlar) uğrunda başladılan silahlı münaqişə, regionda təhlükəsizlik və siyasi sabitlik baxımından ciddi təhdid yaradırdı. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar özlərini bu münaqişənin böyümədən, daha geniş regional gərginliyə çevrilməsinin qarşısını almaq istəyirmiş kimi göstərməyə çalışırdılar. 24 mart 1992-ci ildə keçirilən indiki ATƏT-in strukturları çərçivəsində, Qarabag münaqişəsinin sülh yolu ilə həlli üçün davamlı bir dialoq və vasitəçilik formatı - Minsk qrupu yaratmaq qərarı alındı. Bu qurumun missiyası rəsmi olaraq Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını təşviq etmək, sülh yolu ilə razılaşmaya nail olmaq, regionda təhlükəsizlik və sabitliyi bərqərar etmək idi.

1990-cı illərin ortalarından, daha dəqiq desək 1995, 1997 və sonrakı illərdən başlayaraq qrupa üç həmsədr ölkə — Rusiya, Amerika Birləşmiş Ştatları (ABŞ) və Fransa təyin olundu. Vasitəçilər regionda diplomatik balans rolunda çıxış etməli, beynəlxalq sənədlərə istinad edərək məsələni sülh yolu ilə həll etməli idilər. Beləcə, Minsk qrupu “3-cü tərəf vasitəçiliyi” prinsipi əsasında fəaliyyətə başladı. Silahlı qarşıdurmanı dondurmaq, danışıqları təmin etmək, sülh perspektivləri üzərində işləmək nəzərdə tutulurdu. Minsk qrupunun yaranması həm regionda sülh və təhlükəsizlik strukturu yaratmaq, həm də güclər balansı (regional və beynəlxalq) daxilində konstruktiv diyalog platforması təmin etmək zərurətindən doğmuşdu.24 il ərzində Minsk qrupu çərçivəsində müxtəlif danışıqlar mərhələləri keçirildi, sülh sazişi, status, atəşkəs, məskunlaşma, təhlükəsizlik zaminləri kimi mövzular müzakirə olundu. Həmsədrlər regiona, həmçinin atəşkəs monitorinqi, konfliktin “dondurulması” və razılaşmalar üçün təzyiq mexanizmi rolunu oynayırmış kimi görünməyə cəhd etdilər. Həmçinin, ATƏT sədrinin şəxsi nümayəndəsi institutu yaradıldı ki, bu nümayəndə vasitəçilik, koordinasiya, məlumat vermə və danışıqların irəliləməsinə dəstək funksiyasını üzərinə götürmüşdü.Minsk Qrupu əvvəlcə regionda geniş beynəlxalq legitimlikə malik oldu, münaqişənin beynəlxalq səviyyədə tanınması, ATƏT-in qurumlaşması, danışıqlar formatlarının müəyyənləşməsi kimi ilkin “dayaq nöqtələri” təmin edildi. Lakin zamanla ciddi çatışmazlıqlar ortaya çıxdı. Qrupun dövri danışıqları, bəyanatları, atəşkəs çağırışları və səfərləri uzun illər boyu konfliktin həllinə gətirib çıxarmadı. Bir çox analitiklər və Azərbaycan rəsmi dairələri vurğulayırdı ki, Minsk qrupu vasitəçilik edirdi, amma real olaraq “münaqişəni dondurmaq”, yəni “status-qvo”nu saxlamaq rolu oynayırdı, həll yox.2020-ci ilin 44 günlük müharibəsi və sonra 2023-cü ildə separatçı rejimin kütləvi şəkildə ləğvi, Ermənistan-Azərbaycan münasibətlərində yeni reallıqlar, Minsk Qrupunun əvvəlki mandatının artıq reallığı əks etdirməməsi kimi dəyərləndirilirdi. Başqa sözlə, qrup uzun illər “status donduran”, “vasitəçilik addımları” atan, amma sülh razılaşması, ərazi bütövlüyü və suverenlik məsələlərinin real həlli istiqamətində heç bir nəticə verməyən format kimi özünü sübut etdi.Beləliklə, Minsk Qrupunun fəaliyyəti arzu edilən nəticəyə gətirib çıxarmadı, konfliktin dondurulması ilə yanaşı, onun həlli imkanları uzun illər ərzində reallaşmadı. 8 avqust 2025-ci ildə ABŞ-ın vasitəçiliyi ilə keçirilmiş Vaşinqton görüşündə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan sülh və münasibətlərin normallaşdırılması istiqamətində birgə bəyannaməyə imza atdılar. Həmin görüşdən sonra hər iki ölkənin xarici işlər nazirlikləri ATƏT-ə birgə müraciət etdilər ki, Minsk qrupu və ona bağlı bütün strukturlar ləğv edilsin. 1 sentyabr 2025-ci il tarixində ATƏT Nazirlər Şurası konsensusla qərar qəbul edərək “Minsk prosesi” və ona bağlı strukturların fəaliyyətini dayandırdı. Texniki, inzibati məsələlərin həlli üçün 1 dekabr 2025-ə qədər vaxt verildi. 30 noyabr 2025-ci il saat 23:59-da bütün strukturların rəsmi bağlanması elan olundu. Beləliklə, Minsk qrupunun 2025-ci il payızı həm siyasi, həm hüquqi baxımdan tam bağlanma prosesi keçirdi.
Ləğvin başlıca səbəbləri
Minsk qrupunun uzun illər səmərəsizliyi, qrupun “donmuş konflikt” yaratmaqdan irəli getməməsi, sülh sazişinə nail olmağa yönəlmiş konkret addımlar atmaması, 30 ilə yaxın fəaliyyətdə real nəticənin olmaması, qrupun etibarlılığını ciddi şəkildə itirməsinə səbəb oldu. Yeni geosiyasi reallıqlar, 2020 müharibəsi və 2023-cü ildə bölgədə praktiki olaraq “status-qvo”nun dəyişməsi, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi, separatçı rejimin ləğvi və Qarabağ münaqişəsinin bitməsi Minsk qrupunun köhnəlmiş mandatının artıq aktual olmamasını göstərdi.“Minsk Qrupunun artıq faktiki olaraq tarixə çevrilməsi təkcə diplomatik bir strukturun ləğvi deyil, eyni zamanda, Cənubi Qafqazda tamamilə yeni geosiyasi reallığın təsdiqidir. Bu prosesin başa çatması onu göstərir ki, Qarabağ münaqişəsinin həllində vaxtilə vasitəçilik iddiası ilə çıxış edən beynəlxalq institutlar öz funksiyalarını itirib və regionda yeni güc balansı formalaşıb". Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib. Baş redaktor qeyd edib ki, əslində bu nəticə 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Zəfərlə başlamışdı: “Fakt budur ki, Azərbaycan öz ərazi bütövlüyünü hərbi-siyasi gücü ilə bərpa etdi və bununla da Minsk Qrupunun 30 ilə yaxın müddətdə manipulyasiya etdiyi status-kvo tamamilə dağıldı. Təşkilatın ləğvi bu reallığın beynəlxalq hüquqi-siyasi təsdiqlənməsidir. Geosiyasi konteksdən baxdıqda isə bu addım Cənubi Qafqazda vasitəçilərin dəyişməsi, regionun daha çox regional güclərin, yəni Türkiyə, və Azərbaycanın maraq dairəsinə keçməsi deməkdir. Yeni reallıqlar ABŞ-ın da bölgə hər hansı formada söz sahibinə çevrildiyini göstərir. Belə ki, sülh prosesinə ABŞ-ın təsir imkanları daha real görünür, nəinki digərlərinin... Çünki yeni reallıqda artıq nə “status”, nə də “idarəetmə modeli” kimi spekulyativ mövzular mövcuddur. Qarabağ Azərbaycanın suveren ərazisidir və bu, geri dönüşü olmayan siyasi-hüquqi həqiqətdir”.Siyasi ekspert əlavə edib ki, Minsk qrupunun ləğvi həm də regionda sülh prosesinə qarşı gedən kölgə oyunlarını neytrallaşdırır: “İllərlə “münaqişənin dondurulması” ssenarisini qoruyub saxlayanlar bu gün prosesdən tam kənarlaşdırılıb. Bunun fonunda Azərbaycan və Ermənistan arasında birbaşa sülh müqaviləsi perspektivi daha real görünür. Çünki artıq vasitəçi ölkələrin siyasi ambisiyaları, daxili lobbi təsirləri və ikili standartları aradan qalxıb. Digər tərəfdən, bu ləğv Azərbaycan üçün diplomatik üstünlük yaradır ki, gələcək təhlükəsizlik arxitekturasının qurulmasında Bakının söz sahibi olması faktı daha da güclənir. Bu gün postkonflikt dövründə regional nəqliyyat-kommunikasiya layihələri, reinteqrasiya prosesləri, sərhədlərin delimitasiya-saziş mexanizmləri birbaşa region ölkələrinin iradəsi ilə həll olunur. Bir sözlə, Minsk qrupunun tarixin arxivinə göndərilməsi Qarabağ məsələsində “beynəlxalq vasitəçilərin oyunu” dövrünün bitməsi, Azərbaycanın isə bu regionun əsas siyasi aktoruna çevrilməsi deməkdir. Bu gün regionda sülh və təhlükəsizliyin konturları artıq Bakının iradəsi əsasında formalaşır və bu prosesə heç bir köhnə format müdaxilə edə bilməz”.Azərbaycan-Ermənistan arasında birgə razılıq və sülh sazişinə getmək istəyinin formalaşması ATƏT və ya Minsk qrupu olmadan ikitərəfli danışıqlar və normal münasibətlər geosiyasi və hüquqi reallıq kimi qəbul edildi. Bu, vasitəçilik formatlarının artıq zəruri olmamasını göstərdi. Minsk qrupunun rolunun “böyük güclərin maraqlarına xidmət” etməsi iddiası səslənirdi. Bəziləri hesab edirdi ki, qrup uzun müddət “münaqişəni həll etmək” deyil, “münaqişəni dondurmaq”, status-quo saxlamaq funksiyasını daşıyıb və bu da həqiqi sülhə mane olub.Bu cür kompleks amillər nəticəsində, həm regiondakı yeni reallıqlar, həm də qrupun səmərəsizliyi ATƏT üzvləri və region dövlətləri üçün Minsk qrupunun artıq “zəruri institut” olmamasını göstərdi. Bu addım həmçinin göstərir ki, indi regionda sülh, normallaşma və münasibətlərin düzəlməsi üçün əsas aktor dövlətlərdir, yəni regionun özü. Minsk Qrupunun ləğvi Azərbaycana diplomatik və siyasi baxımdan reallığın, torpaqların qaytarılması, suverenliyin bərpasının beynəlxalq aləmdə qəbul etdirilməsi, hüquqi statusun möhkəmlənməsi deməkdir. Beləliklə, Minsk qrupunun ləğvi həm keçmişin, həm də gələcəyin dönüm nöqtəsidir. Keçmişdə uzun illər davam edən “dondurulmuş münaqişə dövrü” bağlanır, gələcəkdə isə sülh, normallaşma və regionun yenidən qurulması üçün yeni bir səhifə açılır.

V.VƏLİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Dekabr 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda pensiya ilə bağlı mühüm qərar: 12 gün sonra… RƏSMİ

18 İyun 2026 06:24see228

İngiltərə DÇ ya möhtəşəm başladı YENİLƏNİB

18 İyun 2026 02:01see223

Keyn matçın ən yaxşı oyunçusu seçildi Linekerə çatdı

18 İyun 2026 02:23see204

Diddi həbsdən nə vaxt çıxacaq? Tarix açıqlandı

18 İyun 2026 02:32see203

“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? VİDEO

18 İyun 2026 21:52see200

“ABŞ ordusu bir müddət Körfəzdə qalacaq”

18 İyun 2026 03:01see198

Kənd təsərrüfatında 2030 cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

19 İyun 2026 00:47see198

Arıqlamaq istəyənlər üçün daha bir təbii yol

19 İyun 2026 02:10see187

Tramp və Pezeşkian ABŞ İran sazişinin nüsxəsini imzalayıblar

18 İyun 2026 05:01see186

Zəngli saatın kənarında: təravətli və stresssiz oyanmağın ən yaxşı yolları

18 İyun 2026 19:54see186

Zlatan İbrahimoviç Kriştiano Ronaldonu tənqid etdi

18 İyun 2026 06:00see185

“Bir də birdən oyan, görüşə bilək...” Video

19 İyun 2026 00:25see175

Nyu Yorkun məşhur meydanında atəş açıldı Anbaan video

19 İyun 2026 02:12see159

Bu ölkədə uşaqlara ikiqat soyadları verilə bilər

19 İyun 2026 02:35see159

Jurnalist atasının ölümü ilə bağlı məlumata görə Messidən üzr istəyib

19 İyun 2026 06:06see159

Dünya çempionatı: Altı qolun vurulduğu oyunda İngiltərə sevinib

18 İyun 2026 02:02see156

Rusiyada Hitlerin adına pizza sifariş edən tələbə həbs edilib

18 İyun 2026 05:08see154

XXI əsrdə Dünya çempionatında başla qol vuran ən qısaboylu ikinci oyunçu oldu

18 İyun 2026 00:33see154

"Temu"dan gələn bağlamaları kim açır? Gömrük Komitəsindən AÇIQLAMA

19 İyun 2026 16:34see148

Kanye Uestin qızı ilk konsert turuna çıxır…

18 İyun 2026 21:07see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri