Icma.az
close
up
RU
Tarixlə üz üzə: Şəki Xan Sarayının səssiz heyranlığı

Tarixlə üz üzə: Şəki Xan Sarayının səssiz heyranlığı

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Bu yaxınlarda yolum Şəkiyə düşdü. Küçələri addımladıqca sanki zaman geriyə doğru axmağa başladı. Şəki Xan Sarayına yaxınlaşdıqca içimdə qəribə bir həyəcan dalğalandı. Neçə il keçib... amma o, əvvəlki kimi füsunkar, təmkinli və nəhəng görünürdü. Baxmayaraq ki, bu gün ölkənin hər yerində minlərlə bahalı dizaynlı villalar tikilib, heç biri bu sarayın yaratdığı duyğunu yaşada bilmir.

Sarayın girişindən içəri keçən kimi məni yenidən o tanış sükut, şəbəkələrin rəngli işığı və divarlardakı naxışların sehrli dili qarşılayır. Bələdçidən öyrənirəm ki, bu bina 1762-ci ildə Şəki xanı Məhəmmədhüseyn xanın əmri ilə tikilib və yay iqamətgahı kimi istifadə olunub. Onu tikən sənətkarlar mismarsız, yapışqansız, yalnız ağac və şüşə ilə möcüzə yaradıb.

Sarayın otaqları arasında gəzərkən bir anlığa bütün səslər itir. Divarlardakı miniatürlər danışır, şəbəkələr günəşi rənglərə bölür, hər detal öz dövründən, öz sahibindən, öz sənətkarından xəbər verir. Burada hər şey zəriflik və zəkayla yoğrulub.

Ən maraqlısı odur ki, bu qədim tikili bu günə qədər öz cazibəsini itirməyib. Gördüyüm onlarla bahalı villa, dəbdəbəli saray formalı evlər belə onun sadə şıklığını, hekayəsini, ruhunu əvəz edə bilmir. Texnologiya ilə qurulmuş bu günün “mükəmməl” memarlığı qarşısında belə, Şəki Xan Sarayı təvazökar möhtəşəmliyi ilə seçilir.

Turistlərin diqqəti, fotoaparatların flaşı, qrup bələdçilərinin səsləri sarayın cazibəsini azalda bilmir. Əksinə, hər baxış onu yenidən kəşf edir. Bir zamanlar xanların iz saldığı bu məkan indi də millətin mədəni irsi kimi yaşamaqda davam edir.

Gedərkən bir daha geri dönüb baxdım. Bu sarayda təkcə tarix yox, həm də zamanın dayanmağı var. Bu gün çox şey dəyişib. Amma Şəki Xan Sarayı hələ də eyni heyranlıqla baxılan, səssiz, qürurlu bir sənət əsəri olaraq qalır.

Leyla Mirzə, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 28 İyul 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see381

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see350

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see341

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see312

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see308

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see289

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see257

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see253

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see239

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see232

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see217

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see208

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see207

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see205

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see197

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see196

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see186

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri