Tarixlərində ilk dəfə qrup oyunlarının hamısında qalib gəldilər
Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Meksika millisi DÇ-2026-nın qrup mərhələsinin 3-cü turunda Çexiya yığmasını 3:0 hesabı ilə məğlub edib.
QOL.az xəbər verir ki, bununla da mundialın təşkilatçı ölkələrindən olan Meksikanın yığması dünya çempionatları tarixində ilk dəfə qrup mərhələsinin hər üç oyununda qələbə qazanıb.
Beynəlxalq Futbol Federasiyasının (FİFA) məlumatına görə, meksikalılar həmçinin 1970-ci ildən bəri ilk dəfə qrup mərhələsini qol buraxmadan başa vurublar.
Bundan başqa, Meksika millisi dünya çempionatlarındakı qələbə seriyasını 4 oyuna çatdırıb ki, bu da komandanın mundiallar tarixindəki ən uzun qalibiyyət seriyasıdır.
Qeyd edək ki, meksikalılar DÇ-2022-də Səudiyyə Ərəbistanını 2:1 hesabı ilə məğlub etmişdilər. DÇ-2026-da isə qrup mərhələsində bütün görüşlərdə qalib gələrək növbəti mərhələyə yüksəliblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 25 İyun 2026 10:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















