Icma.az
close
up
RU
Tatarıstan müharibəyə gedənlərin ödənişini kəskin azaltdı “Könüllülər”in sayı sürətlə azalır

Tatarıstan müharibəyə gedənlərin ödənişini kəskin azaltdı “Könüllülər”in sayı sürətlə azalır

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tatarıstan hakimiyyəti Ukrayna müharibəsinə getmək üçün Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayanlara birdəfəlik regional ödənişlərin məbləğini 7 dəfə azaldıb.

“AzPolitika” xəbər verir ki, Rusiya mediasının yazdığına görə, indi müqaviləçilərə əvvəlki 2,7 milyon rubl(33 min dollar) əvəzinə cəmi 400.000 rubl(4900 dollar) təklif olunur.

Ödənişin azaldılması ilə bağlı regional hakimiyyət orqanları tərəfindən heç bir rəsmi açıqlama verilməyib.

Tatarıstan ödənişləri azaldan ilk region deyil. Yazda Yamalo-Nenets Muxtar Dairəsinin səlahiyyətli orqanları oxşar qərar qəbul edərək, aprelin 15-də birdəfəlik ödənişi 3,1 milyon rubldan 1,9 milyon rubla endirdilər.

Keçən il Krım və Sevastopol daxil olmaqla Rusiya regionları ödəniş məbləğlərini fəal şəkildə artırıb. Samara vilayəti 3,6 milyon rubl təklif edərək rekord vurmuşdu. Lakin hazırda demək olar, bütün regionlar maliyyə çətinliyi səbəbindən ödənişləri azaltmağa başlayıb.

Hesablamalara görə, təkcə 2025-ci ilin birinci yarısında federal və regional hakimiyyət orqanları yeni müqaviləli əsgərlərin cəlb edilməsi və aktiv hərbi personalın dəstəklənməsi üçün 2 trilyon rubldan çox vəsait xərcləyib. Bunun təqribən 400 milyardı müqavilə imzalanması üçün bonuslara, 865 milyardı maaşa, digər 765 milyardı isə ölən və yaralananların ailələrinə təzminat ödənilməsinə yönəldilib.

Böyük məbləğlərə baxmayaraq, müqavilə imzalamaq istəyənlərin sayı getdikcə azalır. “Important Stories”-in büdcə xərclərinin təhlili əsasında apardığı hesablamalara görə, 2025-ci ilin aprel-iyun ayları ərzində Müdafiə Nazirliyi ilə cəmi 37 900 nəfər müqavilə imzalayıb ki, bu da son iki ilin ən aşağı göstəricisidir. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin ikinci rübündə bu rəqəm 92,8 min nəfər olub.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 Oktyabr 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri