Icma.az
close
up
RU
Taxılımız niyə artmır? TƏHLİL

Taxılımız niyə artmır? TƏHLİL

Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.

Ötən əsrin 70-80-ci illərində sovet dövründə dotasiya və subsidiyalaşdırma siyasəti dövlət büdcəsi vəsaitlərinin səmərəsiz israf olunmasında əsas mexanizm xarakteri daşıyırdı. Niyə? Çünki məqsədəuyğun və təyinatına uyğun həyata keçirilmirdi. Ancaq bu o demək deyildi ki, subsidiyalaşdırma səmərəsiz siyasətdir. Xeyr! Tənzimlənən iqtisadi mexanizm şəraitində bu alətə böyük ehtiyac var. Ölkəmizdə də bu alətdən istifadə olunur.
Bizdə dövlət subsidiyalaşdırılmaşından əsasən kənd təsərrüfatında, sahibkarlığın inkişafında, turizm və "Böyük Qayıdış" proqramı çərçivəsində görülən işlərdə istifadə edilir. Ən böyük hissə aqrar sektor ilə sosial yönümlü layihələrin payına düşür. Taxıl (əsasən buğda) istehsalı üçün subsidiyalar son illər ərzində əhəmiyyətli dərəcədə artdığından ümumən aqrar sahəyə ayrılan subsidiya vəsaitlərinin əsas hissəsini təşkil etməyə başlayıb.
Buğda istehsalı və tədarükü Azərbaycanda dövlət tərəfindən ən çox dəstəklənən aqrar istiqamətdir. Ancaq ortada nəticə varmı? Bu sahədə subsidiyalaşdırma stimullaşdırıcı xarakter daşıyıbmı və yaxud daşıya bilirmi? Təəssüf ki, yox...
Statistikaya nəzər salsaq. Keçən il, yəni 2025-ci ildə kənd təsərrüfatı üçün 1 milyard 203,8 milyon manat xərc ayrılmışdısa, 2025-2026-cı əkin ili üzrə ilkin olaraq 217 mindən çox fermerin kartına 77 milyon 154 min manat vəsait köçürülüb. Nəticəyə gəldikdə, 2025-ci ilin avqust ayına olan məlumata görə, ölkədə 1 milyon 583 min ton buğda istehsal olunmuşdu. Ümumi taxıl yığımısa (qarğıdalısız) 2 milyon 386 min tondan çox təşkil edib. Bu fonda ötən il ölkəyə 1 milyon 267,3 min ton buğda idxal edilib. İdxalın ümumi dəyəri 275 milyon 626 min ABŞ dolları təşkil edib. Əvvəlki illə (2024) müqayisədə idxalın həcmi cəmi 1,9%, məbləği 1,5% azalıb. Buğda idxalına çəkilən xərclər ölkəmizin ümumi idxal xərclərinin təxminən 1,13%-nə bərabər olub. Cari ilin ilk ayında, 2026-cı ilin yanvarında isə ölkəyə 28 milyon 872 min ABŞ dolları dəyərində 129 933 ton buğda gətirilib. Bu da 2025-ci ilin yanvarı ilə müqayisədə dəyər baxımından 54,4%, həcm baxımındansa 50% çox deməkdir.
Ona görə də Hesablama Palatası tərəfindən də qeyd edildiyi kimi, Dövlət başçısının “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 19.07.2022-ci il tarixli Fərmanıyla bu məhsula 2023-cü ildən başlayaraq 5 il müddətinə subsidiya tətbiq edilməsinə baxmayaraq, idxal artır, yerli istehsal və tədarük isə azalır.
Yeri gəlmişkən, ölkədə taxıl istehsalçılarını stimullaşdırılmaq üçün yanacaq və motor yağlarına görə yardımların, həmçinin buğda və çəltik səpininə görə birbaşa subsidiyaların verilməsinə hələ 2007-ci ildən başlanılıb. 2020-ci ildən isə ölkə başçısının 27 iyun 2019-cu il tarixli Fərmanı ilə yeni mexanizm tədbiq edilməyə - subsidiyaların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) vasitəsilə verilməsinə başlandlı. Bu sistem çərçivəsində buğda əkinləri üçün baza məbləği (hazırda 200 AZN) və müvafiq əmsallar tətbiq olunur. Dövlət eyni zamanda bazarı tənzimləmək üçün tədarük qiymətləri də müəyyən etmişdir. 2024 və 2025-ci illər üçün ərzaqlıq buğdanın dövlət tədarük qiyməti 400 manat/ton səviyyəsindədir.
2026-cı il üzrəsə dövlət büdcəsində kənd təsərrüfat bölməsi üçün 1 milyard 222,1 milyon manat vəsait nəzərdə tutulub ki, bu vəsaitin təxminən 42%-i (513 milyon manat) ərzaq təhlükəsizliyi tədbirlərinə, 40%-i (490 milyon. manat) isə meliorasiya işlərinə yönəldiləcək. Buna baxmayaraq, cari ildə də ölkəmizdə taxıl, xüsusən də buğda istehsalı və tədarükünün qənaətbəxş səviyyədə olmayacağı əsas mənfi proqnozlar sırasındadır.
Maraqlıdır: ölkədə taxıl, xüsusən buğda istehsalı və tədarükü əgər subsidiyalaşdırılmasa idi görəsən, idxaldan nə dərəcədə asılı vəziyyətdə olardıq? Ümumiyyətlə, sual olunur ki, ölkəmizdə ərzaqlıq buğda istehsalı və tədarükünə dövlət tərəfindən subsidiya verilməsi bu sahədə kəsiri və itkiləri kompensasiya etmək məqsədi daşıyır, yoxsa daha yaxşı nəticə və keyfiyyət əldə etmək?

Pərviz Heydərov
Azvision.az üçün
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://azvision.az
archiveBu xəbər 28 Fevral 2026 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see455

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see340

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see287

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see281

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see238

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see234

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see231

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see224

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see224

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see219

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see218

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see215

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see208

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see199

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see188

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see174

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see174

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri