Icma.az
close
up
RU
Taxtdan ağır yük Kinoseans

Taxtdan ağır yük Kinoseans

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dünya kinosunda Vatikanı, Roma Papasını və katolik kilsəsini mövzu seçən filmlər az deyil. Lakin onların əksəriyyəti ya dini institutun sirlərini açmağa, ya da siyasi intriqaları nümayiş etdirməyə çalışır. İtaliyalı rejissor Nanni Morettinin 2011-ci ildə ekranlaşdırdığı "Habemus Papam" ("Papamız var!") isə tamamilə fərqli yol seçir. Rejissor nə dini polemika aparır, nə də kilsəni ittiham edir. O, milyonlarla insanın mənəvi rəhbəri hesab olunan papanın timsalında hakimiyyətin arxasında gizlənən adi insanı göstərməyə çalışır.

İtaliya və Fransanın birgə istehsalı olan film 64-cü Kann Film Festivalının əsas müsabiqəsində nümayiş etdirildi və elə ilk nümayişindən beynəlxalq kino ictimaiyyətinin diqqətini cəlb etdi. Film Kannda "Qızıl Palma budağı"nı qazanmasa da, Mişel Pikkolinin möhtəşəm aktyor oyunu, Nanni Morettinin incə satirası və humanist yanaşması tənqidçilər tərəfindən yüksək qiymətləndirildi. Sonradan ekran əsəri Avropa Kino Akademiyasının mükafatına, İtaliyanın nüfuzlu "David di Donatello" və "Gümüş Lent" mükafatlarına namizəd göstərildi, Pikkoli isə ən yaxşı kişi roluna görə "David di Donatello" mükafatını qazandı.

Nanni Moretti bu filmi çəkənə qədər artıq Avropa müəllif kinosunun ən nüfuzlu simalarından biri kimi tanınırdı. O, təkcə rejissor deyil, həm də ssenarist, prodüser və aktyordur. 2001-ci ildə çəkdiyi "Oğul otağı" (The Son's Room) filmi Kann Film Festivalının ən ali mükafatı olan "Qızıl Palma budağı"na layiq görülmüşdü. Bundan başqa, "Əziz gündəlik" (Dear Diary), "Messa ? finita", "Kaiman" (The Caiman), sonralar isə "Mia Madre" və "Three Floors" kimi filmləri ilə o, İtaliya müəllif kinosunun ən parlaq nümayəndələrindən biri kimi qəbul edilir. Morettinin yaradıcılığında insanın daxili təlatümləri, siyasi və mənəvi məsuliyyət, fərdin cəmiyyət qarşısındakı mövqeyi əsas mövzulardır. "Habemus Papam" da bu xəttin məntiqi davamıdır.

Filmin adı əsrlərdir yeni papanın seçildiyini elan edən məşhur latın ifadəsindən götürülüb. "Habemus Papam" - "Papamız var" - katolik dünyasında sevinc və ümid rəmzi sayılır. Lakin Moretti bu ifadəni ironik məna ilə yükləyir. Çünki film məhz həmin an başlayır: yeni papa seçilir, amma o, öz missiyasını qəbul etməyə hazır olmadığını anlayır.

Kardinal Melvil gözlənilmədən Roma Papası seçilir. Minlərlə insan Müqəddəs Pyotr meydanında onun eyvana çıxmasını gözləyərkən yeni pontifik güclü panik atak keçirir. O, milyonlarla insanın qarşısına çıxmağa cəsarət etmir. Bu andan etibarən film dini mərasimdən psixoloji dram janrına keçir. Əslində isə Moretti çox sadə, lakin həyati bir sual verir: insan özünü layiq bilmədiyi məsuliyyəti qəbul etməlidirmi?

Filmin ən böyük uğuru məhz bu sualı dini çərçivədən çıxararaq ümumbəşəri problemə çevirməsindədir. Burada söhbət papalıqdan getmir. İstənilən rəhbər vəzifə, istənilən böyük məsuliyyət insanın daxili dünyasını sarsıda bilər. Hakimiyyət kənardan nə qədər cazibədar görünürsə, daxilində bir o qədər ağır yük daşıyır. Moretti göstərir ki, bəzən insanlar yüksək vəzifəyə yox, həmin vəzifənin yaratdığı tənhalığa məğlub olurlar.

Filmin emosional mərkəzi isə böyük fransız aktyoru Mişel Pikkolidir. Səksən yaşını adlamış aktyor Melvil obrazını möhtəşəm təmkinlə canlandırır. Onun baxışları, uzun sükutları, yorğun təbəssümü və tərəddüdləri onlarla dialoqdan daha təsirlidir. Pikkoli papanı müqəddəs fiqur kimi deyil, ömrünün son çağında birdən-birə həyatının ən ağır qərarı qarşısında qalan insan kimi təqdim edir. Təsadüfi deyil ki, Avropa kino tənqidçilərinin böyük əksəriyyəti filmin ən güclü tərəfinin məhz onun aktyor oyunu olduğunu vurğulayırdı.

Moretti filmdə yumordan da ustalıqla istifadə edir. Vatikana dəvət olunan psixoanalitiki rejissor özü canlandırır. Kardinallar arasında təşkil olunan voleybol turniri, onların gündəlik davranışları və psixoanalitiklə dialoqları filmin dramatik ovqatını yumşaldır. Bu yumor heç vaxt dini hissləri hədəfə almır. Əksinə, o, hakimiyyət zirvəsində dayanan insanların da adi qorxulara, zəifliklərə və çaşqınlıqlara malik olduğunu göstərir.

Filmdə xüsusi diqqət çəkən məqamlardan biri də Çexovun "Qağayı" əsərinin seçilməsidir. Vatikanı tərk edən Melvil təsadüfən teatr məşqlərinə qoşulur və sanki illərlə unutduğu arzularını yenidən xatırlayır. Çexovun qəhrəmanları kimi, o da yaşamadığı həyatın ağrısını yaşayır. Burada teatr sadəcə dekorasiya deyil, insanın özünü yenidən kəşf etmək cəhdinin simvoludur.

Operator Alessandro Peşinin kamerası Vatikanın əzəmətli memarlığını insanın daxili tənhalığı ilə üz-üzə qoyur. Nəhəng salonlar, uzun dəhlizlər və möhtəşəm mərasimlər fonunda Melvil getdikcə kiçilən, öz yükünün altında əzilən insan təsiri bağışlayır. Bu vizual həll filmin əsas ideyasını sözsüz ifadə edir: hakimiyyət böyüdükcə insan özünü daha tənha hiss edir.

Film nümayiş olunanda bəzi dairələr onun Vatikan tərəfindən sərt tənqid ediləcəyini gözləyirdi. Lakin maraqlıdır ki, reaksiyalar gözlənildiyi qədər kəskin olmadı. Katolik mətbuatında fərqli fikirlər səslənsə də, bir çox tənqidçi filmin kilsəyə hücum etmədiyini, əksinə, papalığın insan üzərində yaratdığı mənəvi yükü anlamağa çalışdığını bildirdi. "The Guardian" yazırdı ki, Moretti papalığı istehza obyektinə çevirmir, əksinə, bu vəzifənin insan üçün nə qədər ağır olduğunu göstərir. Kann Film Festivalındakı təqdimat zamanı rejissor özü də vurğulamışdı ki, onun məqsədi dini mühakimə etmək yox, bir insanın məsuliyyət qarşısında yaşadığı qorxunu araşdırmaqdır.

"Habemus Papam" dini film deyil. O, vicdan haqqında filmdir. Hakimiyyət haqqında filmdir. İnsan ləyaqəti haqqında filmdir. Nanni Moretti bu ekran əsərində cəsarətin həmişə irəli getmək olmadığını xatırladır. Bəzən ən böyük cəsarət özünü olduğun kimi qəbul etmək, daşıya bilməyəcəyin yükü etiraf etməkdir. Elə buna görə də "Habemus Papam" təkcə Vatikan haqqında çəkilmiş ən maraqlı filmlərdən biri deyil, həm də müasir Avropa kinosunun insan ruhunu ən incə çalarlarına qədər araşdıran yaddaqalan ekran əsərlərindən biri kimi qiymətləndirilir.

"525"

(Treyler)    https://www.kino-teatr.ru/video/31895/

(Rusca)    https://kinogo.org/26677-u-nas-est-papa.html

(Türkcə)  https://www.hdfilmcehennemi.nl/we-have-a-pope/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Avqust 2026 20:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri