Icma.az
close
up
RU
Tbilisi Brüssel xəttində daha bir qırılma

Tbilisi Brüssel xəttində daha bir qırılma

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Aİ-nin 25 üzv ölkəsi Gürcüstan diplomatları üçün vizasız rejimin dayandırılmasını dəstəkləyib

Qonşu Gürcüstanla Avropa İttifaqı (Aİ) arasında çatlar dərinləşməkdədir və bu günlərdə daha bir qırılma baş verib. Söhbət Aİ-nin 25 üzv ölkəsinin Gürcüstan diplomatları üçün vizasız rejimin dayandırılmasını dəstəkləməsindən gedir.

Qərar 25 səs lehinə, 2 səs əleyhinə olmaqla qəbul edilib. Macarıstan və Slovakiya qərara qarşı çıxıblar. Martın əvvəlində qüvvəyə minəcək qərarla Gürcüstan diplomatları Aİ ölkələrinə vizasız səfər hüququndan məhrum ediləcəklər.

Rəsmi Tbilisi ilə Brüssel arasında permanent hal alan qarşıdurma

Xatırladaq ki, Gürcüstan 2012-ci ildən Aİ ilə viza rejiminin liberallaşdırılması istiqamətində danışıqlara başlayıb. Aparılan danışıqlar 5 il çəkib və yalnız 2017-ci ilin martında  Gürcüstan və Aİ arasında vizasız gediş-gəliş rejimi qüvvəyə minib. Lakin yuxarıda bəhs olunan qərar da göstərir ki, artıq qarşılıqlı münasibətlərdə əks proseslər başlayıb. Bundan əvvəl ötən il Aİ-nin 10-dan çox ölkəsi Gürcüstanın diplomatik və xidməti pasport sahibləri üçün vizasız rejimi aradan qaldırıb.

Ekspert çevrələrində Gürcüstan diplomatlarının Aİ ölkələrinə vizasız səfər hüququndan məhrum edilmələri son illərdə Tbilisi-Brüssel xəttində müşahidə edilən permanent gərginliyin tərkib hissəsi  kimi dəyərləndirilir. Permanent gərginliyin əsas səbəbi isə Gürcüstan hakimiyyətinin həyata keçirdiyi siyasətlə Aİ-nin bu ölkədən almaq istədikləri arasında kəskin ziddiyyətlərin olması ilə bağlıdır. Bir vaxtlar Aİ Gürcüstanı özünün genişlənmə siyasətinə daxil etmişdi və bu proses müəyyən səviyyəyədək irəliləmişdi. Rəsmi Tbilisi Brüsseldən ardıcıl olaraq siyasi dəstək və maliyyə yardımları alırdı. Bəs bütün bunların əvəzində Gürcüstandan nə istənilirdi? Bax, əsas sual bundan ibarətdir. Brüsselin istəyinə görə, Gürcüstanda sözəbaxan, Qərbdən gələn tezisləri milli fəaliyyət planı kimi qəbul edən hakimiyyətt qurulmalı idi. Həmçinin Gürcüstan hakimiyyətindən Qərbə inteqrasiya siyasətini vahid bir xətt kimi davam etdirməsi tələb olunurdu.

“Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının qurduğu hökumət isə Brüsselin Aİ-yə üzvlüyü milli dövlətə qarşı təyziq vasitəsinə  çevirməsini əsla qəbul etmir. Qonşu ölkədə milli maraqların qorunması, seçimlərin müstəqil şəkildə edilməsi prioritet kimi müəyyənləşdirilib.

Parlamentdə qəbul olunan qanunlar və Aİ-nin sərt üzü

Proseslər irəlilədikcə məlum oldu ki, Gürcüstan rəhbərliyinin milli maraqları önə çəkmək istəyi ilə Qərbə inteqrasiya siyasətini bir arada təsəvvür etmək belə mümkün deyil. Daha dəqiq desək, Qərb belə yanaşmanı yaxına buraxmır. Münasibətlərdəki çatlar Gürcüstan parlamentində əvvəlcə “Xarici təsirin şəffaflığı haqqında”, bunun ardınca isə “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi” adlı qanunların qəbul edilməsi ilə daha da dərinləşdi. Gürcüstan hakimiyyəti “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbul olunmasını ölkənin milli maraqlarının qorunması zərurəti ilə əlaqələndirir. Qanunda xaricdən maliyyələşən müvafiq təsisatlara nəzarət mexanizmi nəzərdə tutulur. Bu nəzarət mexanizmi isə ilk növbədə şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədi daşıyır. Fəaliyyətlərini qanunla müəyyənləşdirilən prosedurlara uyğun qurmayan təsisatları ciddi cərimələr gözləyir.

Qərb isə bəhs olunan qanunu başqa izahlar altında təqdim edir. Aİ-nin təsisatları o qənaətdən çıxış edirlər ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun Gürcüstanın siyasi oriyentasiyasını Avropadan Rusiyaya doğru dəyişmək məqsədilə qəbul olunub. Halbuki belə bir izahın əsası yoxdur. Gürcüstan hakimiyyəti dəfələrlə bəyan edib ki, oxşar qanunlar həmçinin Fransada, ABŞ-da və digər ölkələrdə də qəbul olunub. Ancaq həmin ölkələrə irad tutulmur, Gürcüstan isə total ittihamlarla üzləşib.

Qərb dairələri həmçinin “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi” adlı qanuna münasibətdə də eyni kontekstdən çıxış edirlər. Onlar hesab edirlər ki, bu qanun “mətbuat və ifadə azadlığına ziddir”. Gürcüstan Avropa strukturlarına, o cümlədən, Avropa Əməkdaşlıq və Təhlükəsizlik Təşkilatına (ATƏT), yaxud Avropa Şurasına ona görə üzv olmayıb ki, gəlib burada “LGBT+” hərəkatını, yaxud, “Radikal feminizm”i stimullaşdırsınlar, ailə institutunu dağıtsınlar. ATƏT-ə, AŞ-yə üzv olmaqda məqsəd ölkənin təhlükəsizliyinə təminat almaqdır, demokratik inkişaf yolunda dəstək qazanmaqdır. Bu gün ərazisi param-parça olmuş Gürcüstanın suverenliyinin təmin edilməsi üçün ATƏT və AŞ hansı real addımları atıblar? Avropa instituları “LGBT+” icmasının hüquqlarını qorumaq üçün göstərdikləri qətiyyəti Gürcüstanın ərazi bütövlüyünün, suverenliyinin bərpası məsələsində nə üçün sərgiləmirlər?

Məhz rəsmi Tbilisinin sözügedən iki qanunun qəbul edilməsindən geri çəkilmədiyinə görə ölkə Qərbdən gələn sərt təzyiqlərlə üzləşib. Bu gün Qərb rəsmi Tbilisini sanksiyalarla hədələyir. Bəhs olunan qanunların icrasının dayandırılmayacağı, mövcud siyasi kursun dəyişdirilməyəcəyi təqdirdə Gürcüstanın Aİ-yə gedən yolunun tamam bağlanacağının anonsu edilib.

Şantaj nəticə vermir

Gürcüstan hakimiyyətinin milli iradəsinin Qərb dairələri tərəfindən şantaj edilməsi, əlbəttə ki, nəticə vermir. Rəsmi Tbilisi sanksiya hədələrinə rəğmən, götürdüyü siyasi kursu davam etdirəcəyini bildirir və bu istiqamətdə siyasi qərarların verilməsini davam etdirir. Bu günlərdə parlamentin Hüquqi Məsələlər Komitəsində “Gürcü Arzusu” fraksiyası tərəfindən irəli sürülən qanunvericilik təşəbbüsü çərçivəsində “Qrantlar haqqında” və əlaqəli digər qanunlara təklif olunan dəyişikliklər paketinin birinci oxunuşda müzakirə edilərək dəstəklənməsi bunun əyani təsdiqidir.

 “Gürcü Arzusu”nun parlamentdə irəli sürdüyü növbəti qanunvericilik təşəbbüsü də milli maraqlara, dövlətçiliyin qorunmasına  xidmət edir. Parlamentin yaydığı məlumata görə, dəyişikliklər “qrant” anlayışını genişləndirir və dəqiqləşdirir. Yeni tərifə əsasən, qrant - Gürcüstan hökumətinə, dövlət qurumlarına və ya cəmiyyətin hər hansı bir hissəsinə təsir göstərmək niyyəti və ya inancı ilə həyata keçirilən və ya həyata keçiriləcək fəaliyyətlər üçün istifadə olunan vəsait hesab ediləcək. Bu, həmçinin Gürcüstanın daxili və xarici siyasətinin formalaşdırılması, həyata keçirilməsi və ya dəyişdirilməsinə yönəlmiş, eləcə də xarici dövlətlərin və ya xarici siyasi partiyaların siyasi və ictimai maraqları ilə bağlı fəaliyyətləri əhatə edir. Qrantlar nağd və ya natura formasında ola bilər.

Yeni qanunvericilik paketinə əsasən, siyasi məqsədi olan və bunu açıq şəkildə bəyan edən fiziki və ya hüquqi şəxslər siyasi partiyalarla eyni tələblərə tabe olacaqlar. Bu isə onların xaricdən maliyyə almasını əngəlləyir, hüquqi şəxslərdən ianə qəbulunu məhdudlaşdırır və gəlirlərin qanunla müəyyən olunmuş müddətdə bəyan olunmasını tələb edir.

Mübariz FEYİZLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Fevral 2026 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see346

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see330

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see324

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see323

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see294

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see289

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see281

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see264

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see256

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see243

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see214

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see194

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see189

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see188

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see187

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri