Icma.az
close
up
RU
Tbilisi uğurunda qızğın mübarizə: Hakim partiyanın qazanmaq şansı daha yüksək görünür RƏY

Tbilisi uğurunda qızğın mübarizə: Hakim partiyanın qazanmaq şansı daha yüksək görünür RƏY

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Turab Rzayev: Tbilisi meri faktiki olaraq ölkə iqtisadiyyatının yarısını idarə etmiş olur


Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası Tbilisi meri vəzifəsinə başqa namizəd irəli sürə bilər.

Bu barədə partiyanın üzvü, deputat Levan Maxaşvili jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Tbilisinin hazırkı meri Kaxa Kaladze bu vəzifəyə bir daha namizəd kimi irəli sürülməsinə marağını ifadə edib:

“Lakin Tbilisi meri vəzifəsinə başqa namizədin irəli sürülməsi ehtimalı var. Bu barədə çox güman ki, bu həftə məlum olacaq. Namizədimizin rəsmən irəli sürülməsi üçün lazımı prosedurlar həyata keçirilməlidir. Gəlin, bir neçə gün bu prosesləri gözləyək və ictimaiyyət nəhayət namizədimizin kim olacağını görəcək”.

Qeyd edək ki, K.Kaladze Tbilisi meri vəzifəsinə ilk dəfə 2017-ci, ikinci dəfə isə 2021-ci ildə seçilib. Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər bu ilin oktyabrın 4-nə təyin edilib.


Politoloq Turab Rzayev “Sherg.az”a deyib ki, yeni Tbilisi merinin kim olacağını açıqlamağa tələsmirlər:


“Hakim partiya da bununla bağlı konkret mövqeyini bəlli etməyib. Kaxa Kaladze özü yenə mer olmaq istəyir. Lakin onun üzvlüyü ilə bağlı partiya daxilində fikir ayrılığı var. Yeni namizədin kimliyini isə açıqlamırlar. Görünür “Gürcü Arzusu”-dakonkret fikir formalalaşmayıb.Ümumiyyətlə ya yeni namizədin kimliyi partiya rəhbərlərinə bəllidir, lakin onu gündəmə gətirib ictimai sektora hədəf etmək istəmirlər, ya da bir neçə namizəd arasında rəqabət gedir”. 


Politoloq qeyd edib ki, Gürcüstanda ölkə əhalisinin yarısı Tbilisi şəhərində yaşayır:

“Ona görə də Tbilisi meri faktiki olaraq ölkə iqtisadiyyatının yarısını idarə etmiş olur. Həmçinin Gürcüstanda bələdiyyələrin çox böyük nüfuzları var. Ona görə də Tbilisi meriasında seçki instutu kimi təsir imkanları mövcuddur. Bu səbəblə də Tbilisi uğurunda qızğın mübarizə gedir. Yəqin ki yenə də belə olacaq. Amma ümumi baxdıqda hakim partiyanın qazanmaq şansı daha yüksək görünür. Onlar digər inzibati resurslara nəzarət etdiyi üçün Tbilisi merliyini rahatlıqla götürəcəklər. Burada müxalifət və iqtidar arasında daha çox müxalifət namizədin kim olması uğrunda daha qızğın rəqabət gedəcək”. 

Kəmalə Vəliyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 İyul 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see318

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see180

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see151

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see141

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see137

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see134

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see131

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see130

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see127

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see125

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see124

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see124

Qurban Qurbanov: Bunlar işimizi bir az da asanlaşdırdı

21 Sentyabr 2025 19:28see123

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see123

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see121

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see121

Sadettin Saran “Fənərbaxça”nın yeni prezideni seçilib

21 Sentyabr 2025 21:33see120

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see119

17 18 milyon il əvvəl nəsli kəsilmiş quşun sümükləri tapılıb...

21 Sentyabr 2025 22:43see117

Ukraynada təklif: Gənclərin xaricə çıxışı qadağan edilsin!

22 Sentyabr 2025 02:25see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri