Tbilisi yaxınlığında baş verən torpaq sürüşməsi nəticəsində bir ev uçub, iki nəfər xəsarət alıb
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Tbilisi, 20 sentyabr, AZƏRTAC
Gürcüstanın ərazisində yağan güclü leysan yağışları nəticəsində Tbilisi yaxınlığındakı Keda bələdiyyəsinin Doxodzeebi kəndində torpaq sürüşməsi baş verib.
AZƏRTAC xəbər verir ki, nəticədə bir ev uçub, iki nəfər xəsarət alıb. Yerli sakinlərin sözlərinə görə, xəsarət alanlar xəstəxanaya çatdırılıb. Keda Bələdiyyəsindən verilən məlumata görə, sözügedən ev təhlükəli zonada yerləşirdi. Bələdiyyə tərəfindən dəfələrlə ailəyə ərazini tərk edərək təhlükəsiz yerə köçmələri ilə bağlı yazılı xəbərdarlıq edilib.
Qeyd edilib ki, səkkiz nəfərdən ibarət ailə “Zərər çəkmiş ailələrin kirayə mənzillə təmin edilməsi proqramı”na daxil edilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 20 Sentyabr 2025 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















