Icma.az
close
up
RU
Tbilisidə Azərbaycan, Gürcüstan və Ermənistanın müstəqilliyinin elan olunduğu tarixi bina əsaslı təmirdən sonra istifadəyə verilib

Tbilisidə Azərbaycan, Gürcüstan və Ermənistanın müstəqilliyinin elan olunduğu tarixi bina əsaslı təmirdən sonra istifadəyə verilib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Tbilisi, 22 sentyabr, AZƏRTAC

Tbilisidə Azərbaycan, Gürcüstan və Ermənistanın müstəqilliyinin elan edildiyi tarixi bina - Milli Gənclər Sarayı əsaslı təmirdən sonra yenidən istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, əsaslı təmir-bərpa və yenidənqurma işlərindən sonra sentyabrın 22-də binanın rəsmi açılışı olub.

Açılış mərasimində Gürcüstanın Baş naziri İrakli Kobaxidze və digər rəsmi şəxslər iştirak ediblər

İ.Kobaxidze çıxışında bildirib ki, bir sıra tarixi hadisələrə şahidlik edən bina Gürcüstanın demokratik tarixini özündə qoruyub saxlayır: “Bu bina ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Bir çox nəsil yetişdirən bu saray bizim demokratik tariximizi qoruyur. Məhz burada Birinci Respublikanın hökuməti yerləşmişdi, burada Gürcüstanın müstəqilliyinin bərpası elan olunmuşdu və gürcü parlamentarizminin təməli qoyulmuşdu", - deyə Kobaxidze vurğulayıb.

Baş nazir qeyd edib ki, tarixi abidələrin bərpası Tbilisi meriyasının proqramının əsas hissələrindən biridir və Milli Gənclər Sarayının restavrasiyası bu mühüm proqramın davamıdır.

Məlumat üçün qeyd edək ki, bir çox tarixi hadisələrə şahidlik edən bu bina hazırda Milli Gənclər Sarayı kimi fəaliyyət göstərir. Tbilisinin mərkəzi Şota Rustaveli prospektində yerləşən bu binada (Ş.Rustaveli 9) 1918-ci ilin may ayında bir-birinin ardınca Azərbaycan, Gürcüstan və Ermənistan öz müstəqilliklərini elan ediblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Sentyabr 2025 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see124

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see124

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri