Xudatda mədəniyyət və istirahət parkı əsaslı təmirdən sonra istifadəyə verilib
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xaçmaz, 23 dekabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunun Xudat şəhərində Heydər Əliyev adına mədəniyyət və istirahət parkı əsaslı təmirdən sonra istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yenidən qurulan parkda sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün şərait yaradılıb. Park ərazisi tamet daşları ilə döşənib, yeni oturacaqlar qoyulub, idman avadanlıqları yerləşdirilib, uşaqlar üçün müasir və təhlükəsiz oyun-əyləncə qurğuları quraşdırılıb.
Ərazidə genişmiqyaslı yaşıllaşdırma işləri aparılıb, müasir tələblərə cavab verən gecə işıqlandırma sistemi quraşdırılıb, mövcud fəvvarə yenilənib.
Açılış mərasimində rayon rəsmiləri parkda Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Xaçmaz rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində reallaşan tədbirlərdən və həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işlərindən danışıb.
Açılış mərasimindən sonra yenilənən parkda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə konsert proqramı təşkil olunub. Rayonun incəsənət nümayəndələri, bədii özfəaliyyət dərnəkləri və uşaq musiqi məktəblərinin kollektivləri musiqili proqramla çıxış ediblər.
Sonda rayonun ictimai-mədəni həyatında fəal iştiraklarına və respublikada keçirilən müxtəlif rəqs müsabiqələrində əldə etdikləri uğurlara görə “Azəri”, “Xudat” və “Xaçmaz inciləri” rəqs qrupları “Təşəkkürnamə” ilə təltif olunublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 23 Dekabr 2025 18:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















