Tbilisidə azərbaycanlı hərbçiyə həsr olunmuş Polkovnik filminin təqdimatı olacaq
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tbilisidə görkəmli azərbaycanlı hərbçi Vəli bəy Yadigarovun həyat və fəaliyyətinə həsr olunmuş "Polkovnik" sənədli filminin təqdimatı keçiriləcək.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, filmin nümayişi Azərbaycanın Mədəniyyət Nazirliyi və "Salnamə" sənədli filmlər studiyasının birgə təşkilatçılığı, Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə 11 oktyabr 2025-ci il, saat 17:00-da Vaxtanq Salaridze adına konsert zalında baş tutacaq.
Dövlət sifarişi ilə çəkilən ekran əsəri Çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti və Polşa ordularında xidmət etmiş, hər üç ölkədə yüksək hərbi rütbələr qazanaraq bir çox orden və medallarla təltif olunmuş polkovnik Vəli bəy Yadigarın həyat yolundan bəhs edir.
Filmin rejissoru Tahir Əliyev, ideya müəllifi Azərbaycanın sabiq baş naziri və xarici işlər naziri, Tbilisidən olan ictimai-siyasi xadim Həsən Həsənov, ssenari müəllifi Ramil Ələkbərov, operatoru Faiq Kərimov, bəstəkarı Azər Hacıələsgərli, prodüseri isə Nazim Hüseynovdur.
Filmin çəkilişləri Azərbaycan, Gürcüstan və Polşada aparılıb.
Bu ekran əsəri təkcə Vəli bəy Yadigarovun şəxsi qəhrəmanlığını deyil, həm də Azərbaycan hərb tarixində və Qafqaz regionunun hərbi-siyasi proseslərində onun oynadığı mühüm rolu tamaşaçılara təqdim edir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 06 Oktyabr 2025 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















