Tbilisidə azərbaycanlı qız niyə intihar edib? Dayısı danışdı FOTOLAR
Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Aprelin 1-də Tbilisidə özünü Kür çayına atan Qardabaninin Kosalı kəndindən olan 21 yaşlı Aytac Məmmədovanın axtarışları hələ heç bir nəticə verməyib.
Bakupost.az xəbər verir ki, bu barədə Teleqraf-a qızın dayısı Rəsul Ömərov məlumat verib.
O, axtarış tədbirlərinin səviyyəsindən narazılıq ifadə edib:
“Bizə heç bir dəstək göstərilmir. Qohumlarımızla, uşaqlarla və kənd camaatı ilə birgə Kürün qırağı boyu Aytacı axtarırıq. Axtarışa Gürcüstanın Fövqəladə Halların İdarə Olunması Xidmətinin yalnız bir qayığı cəlb olunub ki, o da hadisə baş verən ərazidə fırlanır, çay boyu isə heç bir axtarış aparmır. Biz özümüz Tbilisidən Qırmızı körpüyə qədər çayın kənarlarında gəzib axtarırıq. Bəzi ərazilərə girişə icazə verilmir. Çox çətin vəziyyətdəyik, Azərbaycan və Türkiyədən kömək istəyirik. Axtarış-xilasetmə tədbirlərinə nə dron, nə də vertolyot cəlb olunub. Yeganə istəyim Aytacın meyitini tapıb torpağa tapşırmaqdır”.
Aytacın mümkün intihar səbəbinə gəlincə, R.Ömərov qızın ailəsində hər hansı bir problemin olmadığını deyib:
“Təhlükəsizlik kameralarındakı görüntülərdən də məlum olub ki, Aytac özünü Kür çayına atıb. Mən hər gün Aytacla danışırdım, onun düşüncələri və qayğıları ilə maraqlanırdım. Tbilisidə universitetdə təhsil alırdı, şəhərdə kirayədə qalırdı. Aprelin 1-də Tbilisidə rəfiqəsinin ad günü məclisində iştirak edib. Mərasimdən çıxandan sonra anasına “Ana, özünə yaxşı bax” məzmununda vida mesajı yazıb və sonra özünü çaya atıb. Ehtimal edirəm ki, məclisdə Aytacın ya xətrinə dəyiblər, ya da nəsə bir xoşagəlməz hal olub ki, qız intihara qərar verib”.






Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 08 Aprel 2025 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















