Vensin Ukraynada döyüşən dayısı oğlu danışdı
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin dayısı oğlu Neyt Vens Ukrayna tərəfində döyüşüb.
Axar.az xəbər verir ki, bu barədə Neyt Vens Fransanın “Le Fiqaro” qəzetinə deyib.
Nəşr bildirib ki, Neyt Vens 18 yaşından 22 yaşına qədər Dəniz Piyadalarında xidmət edib və sonra neft şirkətində işləyib. O, Texas ştatının San Antonio şəhərində yaşayır.
Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Vens Lvova gəlib və könüllü kimi qeydiyyatdan keçib:
“Qarşımda tarixin yazıldığını gördüm, onun bir parçası olmaq istədim”.
Vens dayısı oğlunun vitse-prezident kimi and içməsinə günlər qalmış, 2025-ci ilin yanvarında Ukrayna ordusunu tərk etmək qərarına gəlib. O etiraf edib ki, Ceyms Devid Vensin və Prezident Donald Trampın Ukrayna lideri Vladimir Zelenski ilə söhbətini görəndə məyus olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 10 Mart 2025 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















