Tbilisidə etirazçılar şəhərdən çıxışı qismən bağladılar
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gürcüstanda aksiya iştirakçıları paytaxtdan çıxışı qismən bağlayıblar.
Redaktor.az xəbər verir ki, etirazçılar "Tbilisi Mall" ticarət mərkəzinin girişində toplaşıblar, lakin sonradan yol boyu yürüş keçirməyə qərar veriblər.
Onların arasında müxalifət nümayəndələri də daxil olmaqla, bir neçə yüz nəfər var.
Ticarət mərkəzinin yaxınlığında polis qüvvələri cəmləşdirilib. Etirazçılarla polis arasında toqquşma qeydə alınmayıb. Ara-sıra hökumət əleyhinə şüarlar səsləndirilir.
Gürcüstan Daxili İşlər Nazirliyi bundan əvvəl bəyanat yayaraq, Tbilisiyə girişin beynəlxalq əhəmiyyətli strateji yol olduğunu və onun bağlanmasının cinayət məsuliyyəti daşıyacağını mitinq iştirakçılarının diqqətinə çatdırıb. Bildirilir ki, ticarət mərkəzi adi rejimdə fəaliyyətini davam etdirir.
Baxış sayı:142
Bu xəbər 02 Fevral 2025 19:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















