Icma.az
close
up
RU
Menu

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

"Sabah" ÇL də neçəncidir?

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

Tbilisidə yeni “Maydan” ssenarisi

Tbilisidə yeni “Maydan” ssenarisi

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

İndi Gürcüstanın hazırkı hakimiyyəti üçün qanlı tarixin təkrarlanmasına imkan verməmək məqamıdır

Son bir ildə qonşu Gürcüstanla kollektiv Qərbin münasibətləri pik həddədək gərginləşib. Bu gərginliklər fonunda, həmçinin Qərbin “yumşaq güc” vasitəsilə rəsmi Tbilisiyə təzyiqləri artırdığı müşahidə edilir. Bugünlərdə Fransa prezidenti Emmanuel Makron ilə hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili arasında telefon danışığı baş tutub.

Dekabrın 18-də Avropa Şurasının Baş katibi Alen Berse Gürcüstana rəsmi səfər edib. Dekabrın 21-də başa çatacaq səfər çərçivəsində A.Berse Gürcüstanın Baş naziri İrakli Kobaxidze, parlament sədri Şalva Papuaşvili, yeni seçilmiş prezident Mixail Kavelaşvili və XİN başçısı Maka Boçorişvili ilə görüşəcək.

Paralel şəkildə, Gürcüstanın son parlament və prezident seçkilərinin nəticələrini tanımayan, müxalifətin lideri qismində çıxış edən prezident Salome Zurabişvili dünən Avropa Parlamentinin prezidenti Roberta Metsolanın dəvəti ilə Strasburqa gəlib. O, burada Avropa Parlamentində çıxış edib.

Tbilisiyə qəfil zəng və yaxud qarşıdurmalar fonunda artan təmaslar nəyə xidmət edir?

İndiki mərhələdə Qərbin Gürcüstanla təmasları artırması müzakirələrə yol açır. Bu, çox doğru olaraq rəsmi Tbilisiyə “yumşaq güc” tətbiqinin tərkib hissəsi kimi analiz edilir. Təzadlı mənzərə yaranıb. Gürcüstan hakimiyyəti rəsmi qaydada ölkənin Avropa İttifaqına üzvlük danışıqlarının 2028-ci ilədək dayandırıldığını bəyan edib. Buna rəğmən, başda Fransa olmaqla ayrı-ayrı Avropa dövlətləri və təşkilatları Gürcüstanla təmasları artırmaq üçün yollar axtarırlar.

Məlumdur ki, son bir ildə qonşu ölkədə artan və iğtişaşlara, dövlət çevrilişinə, cəhdə qədər genişlənən gərginlik əslində Gürcüstan-Qərb qarşıdurması kimi dəyərləndirilir. Rəsmi Tbilisi siyasi oriyentasiyasını dəyişməkdə, Avropa İttifaqına inteqrasiyadan yayınmaqda, Rusiyaya meyllənməkdə ittiham olunur. Gürcüstan hakimiyyəti isə Avropa İttifaqına inteqrasiya prosesinin milli dövlətə qarşı şantaj vasitəsinə çevrildiyini bildirərək qəti narazılığını ortaya qoyur. 

Belə bir reallıq fonunda Makronun İvanişviliyə telefon açması birmənalı qarşılana bilməz.  Telefon danışığı ilə bağlı Yelisey Sarayının yaydığı rəsmi bəyanatın məzmunundan Makronun şantaja keçdiyini aydın şəkildə  görmək mümkündür. “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyası telefon danışığının məzmununu geniş açıqlamayıb, yumşaq ruhlu ümumi məlumat verib. Yelisey Sarayı isə Makronu “cəsarətli”, “sözükeçən” bir obrazda təqdim edib. Rəsmi Parisin bəyanatında bildirilir ki, prezident müxalifətin və vətəndaş cəmiyyəti nümayəndələrinin qorxudulmasını və hüquq-mühafizə orqanlarının dinc etirazçılara və jurnalistlərə qarşı hərəkətlərini pisləyib. O, səbəbsiz saxlanılanların hamısının azad edilməsinin vacibliyini bildirib və ifadə azadlığına və sərbəst toplaşmaq azadlığına hörmət etməyə çağırıb.

Yelisey Sarayının bəyanatının məzmunundan da bəlli olduğu kimi, Makron Gürcüstan dövlətinin milli iradəsini əsla qəbul etmir. Məlumdur ki, Tbilisidə baş tutan aksiyalarda bir sıra iştirakçılar Qərbdən gələn təlimatlara uyğun davranaraq vətəndaş qarşıdurması yaratmağa çalışıblar, ictimai əmlaka ziyan vurublar, aksiyaları iğtişaşlara çevirmək məqsədilə pirotexniki vasitələrdən istifadə ediblər və bu kimi əməllərinə görə də həbsə alınıblar. Makronun həmin insanların sərbəst buraxılmasını Gürcüstan hökumətinin qarşısına şərt kimi qoyması açıq şantajdır və çox doğru olaraq bütün etik-siyasi normaların aşılması anlamında qəbul olunur.

Eyni zamanda, Makronun İvanişvilini Avropada saxlanan sərvəti ilə şantaj etdiyi bildirilir. Söhbət  2,7 milyard funt-sterlinq vəsaitdən gedir. Yayılan məlumatlara görə, məhz Makronun siyasi sifarişi və Fransa məhkəməsinin qərarı ilə 2022-ci ildə İsveçrənin məşhur “Credit Suisse” Bankında İvanişvilinin 2,7 milyard funt-sterlinq vəsaiti dondurulub. Yelisey Sarayının “bu pullar Rusiyada qazanılıb” məzmunlu açıqlaması absurddur və hüquqi əsası yoxdur. Çünki İvanişvili pullarını  Rusiyada 2002-ci ilə qədər qazanıb, sonra isə sərvətini Avropaya transfer edib. Yəni bu vəsaitlərin Rusiya- Ukrayna müharibəsi ilə heç bir əlaqəsi yoxdur. Ehtimal olunur ki, Makron telefon danışığında İvanişviliyə sərvəti üzərində həbsin geri götürülməsinin mümkünlüyünə də işarə edib. Bunun müqabilində Gürcüstan iqtidarından Yelisey Sarayının yedəyində getmək istənilib.

Zurabişvilinin Avropa Parlamentində son sərgüzəştləri

Belə görünür ki, fürsətcil Ermənistana bel bağlamayan Avropa dövlətləri və institutları özlərinin heç də xoş niyyət daşımayan Cənubi Qafqazda mövcudluqlarını təmin etmək siyasətlərini Cürcüstan üzərindən həyata keçirməkdə israrlıdırlar. Yuxarıda Makronun canfəşanlığını qeyd etdik. Gürcüstana təzyiq kampaniyasında, həmçinin Avropa İttifaqı və Avropa Parlamenti də yer alırlar. Roberta Metsola Strasburqda Zurabişviliyə xitabən bildirib ki, indi Gürcüstanın Avropa İttifaqına gedən yolu təhlükə altındadır. O, rəhbərlik etdiyi qurumun müxalifətə qarşı bütün repessiyaları, dinc aksiya iştirakçılarının həbsə alınmalarını pislədiyini xüsusi vurğu ilə diqqətə çatdırıb və qəti tədbirlər görməyə çağırış edib. Bu çağırış Avropa Parlamentinin prezidentinin müstəqil dövləti təhdid etmək anlamında qəbul olunur. Bu haqqı Roberta Metsolaya kim verib?

Eyni zamanda, Avropa Parlamentinin iclasında Zurabişvilinin, necə deyərlər, sərgüzəştlər sərgiləməsinə imkan yaradılması da məqsədli şəkildə qurulan tamaşanın bir səhnəsidir.  Özünü ölkəsində yeganə qanuni institut sayan Zurabişvili çıxışında Avropa İttifaqını Gürcüstanda yeni seçkilər keçirməyə nail olmaq üçün bütün vasitələrdən istifadə etməyə çağırıb.

Beləliklə, biz görürük ki, bu gün Gürcüstan Qərbin Cənubi Qafqazda mövcudluğu naminə anarxiyaya, yeni “Maydan”a sürüklənir. Qonşu ölkə Qərbin məkrli siyasətinin kədərli nəticələrini bir dəfə öz üzərində hiss edib. İndi Gürcüstanın hazırkı hakimiyyəti üçün səhvlərdən nəticə çıxarmaq və qanlı tarixin təkrarlanmasına imkan verməmək məqamıdır.

Mübariz ABDULLAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Dekabr 2024 08:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see331

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see327

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see320

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see319

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see282

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see244

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see220

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see218

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see216

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see206

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see206

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see203

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see187

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see179

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

13 Oktyabr 2026 20:52see176

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see171

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see161

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

14 Oktyabr 2026 00:33see158

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see156

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri