Icma.az
close
up
RU
TBMM də rezonans doğuran FOTOLAR İllər sonra yanaşı oturdular

TBMM də rezonans doğuran FOTOLAR İllər sonra yanaşı oturdular

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Türkiyə Böyük Millət Məclisində (TBMM) dünən axşam keçirilən rəsmi qəbulda Prezident Rəcəb Tayyib Ərdoğanın Əhməd Davudoğlu və Əli Babacanla birlikdə çəkdirdiyi foto böyük rezonans doğurdu.
Bizim.Media xəbər verir ki, tədbirdə hər kəslə salamlaşan Ərdoğan Davudoğlu və Babacanı yanına çağırıb.
Qısa söhbətdən sonra isə hər iki siyasətçi Prezidentin yanında əyləşib.
İki ay yarımdan sonra yenidən fəaliyyətə başlayan TBMM-də spiker Numan Kurtulmuş 28-ci çağırışın 4-cü qanunvericilik ilinin açılışı münasibətilə qəbul təşkil edib. Tədbirdə Prezident Ərdoğanla yanaşı, vitse-prezident Cevdet Yılmaz, MHP sədri Dövlət Baxçalı, parlament rəhbərliyi, AKP fraksiya sədri Abdulla Güler, DEM Partiya həmsədrləri Tunçer Bakırcan və Tülay Hatimoğulları, DEVA lideri Əli Babacan, Gələcək Partiyası lideri Əhməd Davudoğlu, Saadet Partiyası sədri Birol Arıkan, Yenidən Rifah Partiyası lideri Fatih Erbakan, HÜDA PAR sədri Zekeriya Yapıcıoğlu, BBP lideri Mustafa Destici, eləcə də keçmiş TBMM sədrləri Bülent Arınç və İsmayıl Kahraman iştirak ediblər.
Gecənin ən diqqətçəkən anı isə Prezident Ərdoğan, Davudoğlu və Babacanın illər sonra yanaşı əyləşmələri olub. Fotoda həmçinin DEM Partiya həmsədrlərinin də Ərdoğanın yanında olduğu görünür.
Jurnalist Hilal Köylünün verdiyi məlumata görə, Prezident tədbirdə dolaşaraq hər kəslə salamlaşıb, daha sonra isə Davudoğlu və Babacanı yanına çağıraraq söhbət edib. Çəkilən fotoda iki müxalif liderin onun yanında oturması diqqətdən yayınmayıb.


Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://bizim.media
archiveBu xəbər 02 Oktyabr 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri