TDT daxilində xidmət sektorunda sərbəst ticarət anlaşmasının imzalanması planlaşdırılır
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türk Dövlətləri Təşkilatı daxilində xidmət sektorunda sərbəst ticarət anlaşmasının imzalanması planlaşdırılır.
Bu barədə “Report”a müsahibəsində Türk Dövlətləri Təşkilatı (TDT) Baş katibinin müavini Ömer Kocaman danışıb.
O qeyd edib ki, bu istiqamətdə işlərə artıq başlanıb və rəsmilər arasında məsləhətləşmələr aparılır.
“Nəqliyyat, rəqəmsallaşma, kosmik sənaye, enerji və kritik xammal istiqamətində işlər həyata keçirilir. Bu ilin may-iyun aylarında Türkiyədə TDT ölkələri energetika nazirlərinin iclasını keçirəcəyik və orada təmiz enerji, kritik xammal kimi önəmli məsələlər müzakirə olunacaq. Çünki bu məsələlər artıq dünya siyasətində mühüm yer tutur və ölkələrarası münasibətlərə təsir edir, üzv ölkələrimizdə isə kritik xammal kifayət qədər çoxdur”,- Ö.Kocaman əlavə edib.
Müsahib vurğulayıb ki, türk dövlətlərinin təchiz edəcəyi bu xammal sürətlə inkişaf edən kosmik texnologiyada, kvant dünyasında böyük rol oynayacaq:
“Bu mənada biz energetika nazirlərinin görüşündə həmin istiqamətdə işçi qruplarının işini sürətləndirmək üçün addımlar atacağıq. Enerji, gömrük və nəqliyyat növbəti dövrdə əsas diqqət göstərəcəyimiz sahələr olacaq”.
Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 15 Mart 2025 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















