Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

TDT qlobal gücə çevrilir, Azərbaycanın rolu həlledicidir TƏHLİL

TDT qlobal gücə çevrilir, Azərbaycanın rolu həlledicidir TƏHLİL

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türk dünyasının birliyi beynəlxalq nizamı dəyişəcək


“TDT-nin iqtisadi və hərbi potensialı artır. Bu təşkilat gələcəyin super ittifaqıdır”


Türk Dövlətləri Təşkilatı 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanmış Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında təsis olunub. 2019-cu ildə ÖzbəkistanTDT-yə üzv qəbul olunub. Naxçıvan müqaviləsində təşkilatın yaradılmasında əsas məqsədlər kimi tərəflər arasında qarşılıqlı etimad, dostluq və xoş qonşuluğun möhkəmləndirilməsi, regionda və ümumilikdə dünyada sülhün qorunması, təhlükəsizlik və etimadın gücləndirilməsi, siyasi, ticari-iqtisadi, hərbi-texniki və ümumi maraq kəsb edən digər sahələrdə səmərəli regional və ikitərəfli əməkdaşlığın təşviqi, türk xalqlarının böyük mədəni-tarixi irsinin təbliği, tanınması və yayılmasında kütləvi informasiya vasitələri arasında qarşılıqlı əlaqənin və Tərəflər arasında təmasların təşviqi və s. göstərilib. 

Təşkilatın strukturuna Dövlət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası, Yüksək Vəzifəli Şəxslər Komitəsi, Türk Dövlətlərinin Ağsaqqallar Şurası və Katiblik daxildir. Eləcə də, türk dövlətlərinin parlamentləri arasında əməkdaşlığın dərinləşdirilməsi məqsədilə TDT-nin əlaqəli təşkilatı kimi 21 noyabr 2008-ci il tarixli İstanbul Sazişinə uyğun olaraq Türk Dövlətlərinin Parlament Assamleyası (TÜRKPA) fəaliyyət göstərir. Bundan əlavə, TÜRKSOY TDT-nin əlaqəli təşkilatı kimi, Türk Akademiyası və Türk Mədəniyyəti və İrsi Fondu isə TDT-yə bağlı təşkilatlar kimi öz səlahiyyətləri çərçivəsində elm və təhsil sahəsində əməkdaşlığı, türk dünyasının ümumi dəyərlərinin yayılması və tanınmasını, eləcə də türk mədəniyyəti və irsinin qorunması və təşviqini həyata keçirirlər. Dövlət Başçıları Şurası təşkilatın ən yüksək struktur bölməsi hesab olunur. İldə bir dəfə təşkil olunan Dövlət Başçıları Şurası öz fəaliyyətini Tərəflərin dövlət başçılarının mütəmadi görüşləri formasında həyata keçirir. Bu çərçivədə:aktual beynəlxalq problemlərin həlli üzrə Tərəflərin qarşılıqlı əlaqəsi məsələləri nəzərdən keçirilir, TDT çərçivəsində Tərəflərin əməkdaşlığının prioritet istiqamətləri müəyyən olunur. Dövlət Başçıları Şurasının növbəti iclasını qəbul edən Tərəf DBŞ-nin sonrakı növbəti iclasınadək TDT-nin sədri kimi fəaliyyət göstərir. Qəbələ şəhərində keçiriləcək 12-ci Zirvə Görüşünün sonunda TDT-yə sədrlik Qırğızıstandan Azərbaycana keçəcəkdir. Naxçıvan müqaviləsinə görə TDT yanında müşahidəçilər və tərəfdaşlar statusu dövlətlərə, beynəlxalq təşkilatlara və digər qurumlara verilə bilər.2021-ci ildə Türkmənistan, 2022-ci ildə Şimali Kipr Türk Respublikası TDT-yə müşahidəçi üzv qəbul olunublar. 2023-cü ildə isə İqtisadi Əməkdaşlıq Təşkilatına TDT-də müşahidəçi statusu verilib.


 Millət vəkili Azər Badamov Sherg.az-a  bildirib ki, Türk Dövlətləri Təşkilatı (TDT) artan demoqrafiya, zəngin iqtisadi resurslar, böyük coğrafiya və hərbi gücə malikdir. Deputatın sözlərinə görə, bu baxımdan böyük potensialımız TDT-nin gələcəyini digər beynəlxalq təşkilatlardan daha perspektivli edir: 

"Təşkilatın inkişafında Azərbaycanın rolu böyükdür. O, Naxçıvanda təsis olunub və bu müddətdə əhəmiyyətli beynəlxalq quruma çevrilib. TDT-nin güclənməsində Azərbaycan və Türkiyə arasında münasibətlərin getdikcə möhkəmlənməsi mühüm əhəmiyyət daşıyır. 44 günlük Vətən müharibəsində Türkiyənin ölkəmizə verdiyi mənəvi dəstək Türk dünyasının birləşməsi üçün mesaj idi. 2021-ci ildə Şuşada dövlət başçılarımızın imzaladığı Müttəfiqlik haqqında Bəyannamə ölkələrimiz arasında hərtərəfli əməkdaşlığı ehtiva etməklə yanaşı, siyasi və hərbi tərəfdaşlığı da təsdiqlədi və TDT-nin inkişafına yeni impuls verdi. Türkiyənin NATO üzvü olması və bu hərbi blokda ikinci ən böyük orduya sahib olması TDT-ni qlobal gücə çevirir. O cümlədən, Azərbaycan da regionun ən güclü ordusuna malik ölkədir. Bu baxımdan, döyüş meydanında özünü sübut edən orduya malik ölkəmiz Türk Dövlətləri Təşkilatının güclənməsinə töhfə verir və regional təhlükəsizlik arxitekturasını qurur. Türk Dövlətləri Təşkilatı bir çox beynəlxalq birliklərdən fərqli olaraq müxtəlif xalqları təmsil etsə də, etnik, dini və dil köklərinin eyniliyi ilə seçilir. Belə bir oxşarlıq beynəlxalq təşkilatlar arasında nadir haldır. Üstəlik, TDT-yə üzv dövlətlərin hər biri digərləri ilə ikitərəfli strateji münasibətlərə malikdir. Məsələn, Azərbaycanla Özbəkistan arasında imzalanan Müttəfiqlik Bəyannaməsi, eləcə də digər Mərkəzi Asiya ölkələri ilə bağlanmış strateji tərəfdaşlıq sənədləri təşkilat daxilində birliyi gücləndirir və əməkdaşlıq imkanlarını genişləndirir. TDT-yə üzv dövlətlər kasıb ölkələr deyil. Əksinə böyük iqtisadi potensiala sahib ölkələrdir. Bu isə təşkilatın beynəlxalq birliklər arasında üstünlüyünü formalaşdırır. Üzv ölkələrdə demoqrafik artımın yüksək olması işçi qüvvəsinin çoxluğunu təmin edir ki, bu da layihələrin icrasında və hərbi gücün artmasında özünü göstərir". 


Parlementari qeyd edib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr həm də böyük bir coğrafiyanı əhatə edir: 

"Onlar təkcə təşkilat daxilində iqtisadi əməkdaşlığı genişləndirmir. Həm də qlobal bazarlara çıxış imkanlarını beynəlxalq tərəfdaşlara təqdim edirlər. Çindən başlayan Orta Dəhliz Mərkəzi Asiyadakı üzv dövlətlərdən keçərək Azərbaycan və Türkiyə üzərindən Avropaya qədər uzanır. Bu isə qlobal iqtisadiyyata inteqrasiya baxımından TDT-nin verdiyi töhfələrin mühüm olduğunu göstərir". 

İsmayıl 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Oktyabr 2025 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see477

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see460

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see440

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see313

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see309

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see301

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see279

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see261

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see255

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see246

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see238

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see231

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see219

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see212

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see210

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see207

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see205

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see199

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see183

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri