Icma.az
close
up
RU
TDT nin Zirvə görüşünün Bakıda keçirilməsi Azərbaycanın təşkilat daxilində artan nüfuzunun bariz göstəricisidir

TDT nin Zirvə görüşünün Bakıda keçirilməsi Azərbaycanın təşkilat daxilində artan nüfuzunun bariz göstəricisidir

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Türk Dövlətləri Təşkilatının (TDT) növbəti rəsmi Zirvə görüşü 6–7 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın paytaxtı Bakıda keçiriləcək. Bu barədə TDT Baş katibinin müavini Ömər Kocaman məlumat verib. Onun sözlərinə görə, bu Zirvə görüşü Təşkilat üçün strateji əhəmiyyət daşıyır və tədbirdə üzv dövlətlərin liderləri, müşahidəçi ölkələr, həmçinin təşkilatla əməkdaşlıq edən beynəlxalq qurumların nümayəndələri iştirak edəcəklər.

Milli Məclisin deputatı Kamran Bayramov bununla bağlı Demokrat.az-a açıqlama verib.
O deyib ki, türk dünyası ortaq tarix, mədəniyyət, dil və dəyərlər üzərində qurulan sarsılmaz bağlarla birləşən böyük bir ailədir:

“Bu ailəni güclü edən əsas amillərdən biri qarşılıqlı dostluq və əməkdaşlıq ruhudur. Qədim köklərə dayanan bu münasibətlər bu gün də siyasi, iqtisadi, mədəni və sosial sahələrdə sıx əməkdaşlıqla davam etdirilir. Müasir dövrdə türk dövlətləri arasında həmrəyliyin möhkəmləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı dəstəyin göstərilməsi bölgədə sabitliyə, təhlükəsizliyə və davamlı inkişafa mühüm töhfələr verir. Türk dünyasının birliyi tarix boyu aktuallığını qoruyub. Azərbaycanın Qələbəsi yalnız regional və qlobal reallıqları dəyişməklə kifayətlənməyib, həm də Türk dünyasının birliyinə müsbət təsir göstərib. Son beş  ildə türkdilli ölkə liderlərinin qarşılıqlı səfərlərinin sayı və imzalanan sənədlər bu birliyin dərinləşdiyini göstərir.  Hər bir səfər yeni mərhələnin başlanğıcı, hər bir sənəd isə hüquqi zəmin kimi çıxış edir. Bu gün əsas prioritetlərdən biri işğaldan azad olunmuş ərazilərin bərpasıdır. Məhz, bu baxımdan türkdilli ölkə liderlərinin bu torpaqlara səfərləri və təqdim etdikləri qardaş dəstəyi bizə qürur hissi yaşadır. Prezident İlham Əliyev çıxışlarında bu məsələyə xüsusi diqqət yetirir. Türk Dövlətləri Təşkilatına üzv dövlət başçıları Şuşaya səfərlər ediblər. Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan prezidentləri Ağdam və Füzulidə olublar. Bu səfərlər işğaldan azad edilmiş torpaqların yenidən qurulması prosesinə mühüm mənəvi və siyasi dəstəkdir”.
K.Bayramov qeyd edib ki, Türk Dövlətləri Təşkilatının (TDT) növbəti rəsmi Zirvə görüşünün  6-7 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın paytaxtı Bakıda keçirilməsi ilə bağlı TDT Baş katibinin müavini Ömər Kocaman məlumat verib:
“Bu Zirvə görüşü Təşkilat üçün strateji əhəmiyyət daşıyır və tədbirdə üzv dövlətlərin liderləri, müşahidəçi ölkələr, həmçinin təşkilatla əməkdaşlıq edən beynəlxalq qurumların nümayəndələri iştirak edəcəklər.Türk Dövlətləri Təşkilatının növbəti Zirvə görüşünün məhz, Bakıda keçirilməsi, hər şeydən əvvəl, Azərbaycanın bu təşkilat daxilində artan nüfuzunun və strateji əhəmiyyətinin bariz göstəricisidir. Bu, ölkəmizin türk dünyasında aparıcı rol oynadığını təsdiqləyir. Bu Zirvə görüşü sadəcə bir diplomatik tədbir deyil, gələcəyə yönəlmiş strateji bir platformadır. Burada qəbul olunacaq qərarlar, aparılacaq müzakirələr Türk dövlətləri arasında siyasi, iqtisadi, humanitar, nəqliyyat və enerji sahələrində əməkdaşlığın dərinləşməsinə səbəb olacaq. Azərbaycan üçün bu Zirvə görüşünün  keçirilməsi həm də böyük məsuliyyətdir. Bu, bizim bölgədə sülh, sabitlik və əməkdaşlıq çağırışlarımızı Türk dünyası səviyyəsində daha güclü səsləndirməyə imkan verir. Xüsusilə Zəngəzur dəhlizi, Orta Dəhliz, enerji təhlükəsizliyi kimi məsələlərdə Bakının təşəbbüskar mövqeyi Zirvə çərçivəsində diqqət mərkəzində olacaq. Türk dünyasının birliyi sabitlik, təhlükəsizlik və inkişaf üçün əsas zəmin yaradır”.
Deputat nəzərə çatdırıb ki, dünyada ikili standartların hələ də hökm sürdüyü indiki şəraitdə türk dünyasının birliyi daha vacib və zəruri olaraq ön plana çıxır:
“Azərbaycanın xarici siyasətində əsas istiqamətlərdən biri türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi və bu birliyin gücləndirilməsidir.  Prezident İlham Əliyev türk dünyasını böyük bir ailə kimi qiymətləndirir və hər zaman vurğulayır ki, Azərbaycan bu birliyə daim töhfə verib və gələcəkdə də sadiq qalacaq.  Onun “Biz birlikdə güclüyük!” çağırışı bu yanaşmanı aydın şəkildə ifadə edir. Bir sözlə, bu tədbir Azərbaycanın həm diplomatik uğuru, həm də gələcək inteqrasiya proseslərində liderlik mövqeyini daha da möhkəmləndirəcək. Bu Zirvə  görüşü Azərbaycanın gələcəyi üçün daha sıx regional inteqrasiya, yeni əməkdaşlıq imkanları və strateji tərəfdaşlığın inkişafı deməkdir”.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc qeyd edib ki, bu təşkilat həm adı, statusu, regional və beynəlxalq siyasətdəki çəkisi baxımından son illərdə ciddi inkişaf yolu keçib:

“Bu təşkilatın formalaşmasında və güclənməsində Azərbaycan və ölkə başçısı İlham Əliyevin mühüm rolu və əməyi danılmazdır. Nəzərə almaq lazımdır ki, Türk dünyasının inteqrasiyası ideyası Naxçıvanda Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə baş tutan görüşlərdən başlayaraq bu günə qədər çətin mərhələlərdən keçib. O vaxt regional və beynəlxalq siyasi mənzərə buna tam hazır deyildi, amma indi artıq Türk Dövlətləri Təşkilatı institutlaşmış, strukturlaşmış və öz adı ilə çağırılan ciddi beynəlxalq bir platformaya çevrilib. Hazırda bu təşkilatın ümumi daxili məhsulu 1,3 trilyon dollardan çoxdur, əhalisi isə 150 milyondan artıqdır”.
Deputat əlavə edib ki, regionun aparıcı güclərindən biri olan Azərbaycanın 2020-ci il Vətən müharibəsindəki qalibiyyəti bu qurumun fəaliyyətinə və birliyinə əlavə təkan verdi:
“Təşkilatın strukturlaşmasından danışarkən, onun parlament qolu, gənclərlə bağlı fəaliyyəti, informasiya sahəsi, iqtisadi əməkdaşlıq, logistik imkanlar, transmilli layihələr kimi sahələrdə geniş fəaliyyəti nəzərdə tutulur. Yaxın günlərdə Azərbaycan parlamentində Türk dövlətləri arasında mülki müdafiə sahəsində əməkdaşlığa dair mühüm sənədin ratifikasiya olunması da bu baxımdan vacib addım idi. Təkcə Azərbaycan və Türkiyə deyil, Orta Asiya ölkələri də bu prosesdə aktiv iştirak etməyə başlayıblar. Bu məsələni dəyərləndirərkən, paralel olaraq İran-İsrail gərginliyi fonunda formalaşan yeni geosiyasi reallıqları da nəzərdən keçirmək vacibdir. Hazırda dünyada yeni bölgülər və ittifaqlar silah gücünə formalaşır. SSRİ dövründəki kimi ulduz müharibələri konsepsiyası bu gün kosmosun hərbiləşdirilməsi, qlobal qarşıdurmaların genişlənməsi şəklində real səhnəyə çevrilib. Qarabağ məsələsi bu qlobal proseslərin başlanğıc mərhələsi kimi dəyərləndirilə bilər”.
Millət vəkili bildirib ki, bu prosesin davamında regionda yeni geosiyasi arxitekturanın formalaşdığını görürük:
“Bu baxımdan Prezident İlham Əliyevin Türk dövlətlərini bir ailə kimi təqdim etməsi, onların əməkdaşlığının yalnız iqtisadi deyil, hərbi və təhlükəsizlik sahələrini də əhatə etməsi olduqca strateji yanaşmadır. Yaxın zamanlarda Azərbaycanda keçiriləcək beynəlxalq tədbirlər – Türk Dövlətləri Təşkilatının genişləndirilmiş formatda keçiriləcək sammitləri, bu çərçivədə Kıbrıs, Macarıstan və hətta Pakistanın iştirakı ilə keçirilən görüşlər təşkilatın qlobal arenada daha aktiv olacağına işarədir. Bu tədbirlər Azərbaycanın maraqlarına xidmət etməklə yanaşı, Türk dünyasının birliyini və gələcək perspektivlərini də formalaşdıracaq. Xüsusilə də Qarabağın bərpasında bu ölkələrin maddi və texniki dəstəyinə ciddi ehtiyac var. Əlbəttə, bir neçə məktəb və ya layihə üçün xalq minnətdardır, amma təşkilatın maliyyə və resurs imkanları daha genişmiqyaslı iştirak üçün yetərlidir. Beləliklə, bu zirvə görüşlərini və təşkilatın gələcək fəaliyyətini Azərbaycanın milli maraqları baxımından olduqca əhəmiyyətli və strateji hadisə kimi qiymətləndiririk”.
Leyla Turan
Demokrat.az

Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” istiqamətində hazırlanıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 İyun 2025 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see154

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see152

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see137

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri