Icma.az
close
up
RU
TDT ölkələri gömrükdə “bir pəncərə” və “bir dayanacaq” sistemlərini tətbiq edəcək

TDT ölkələri gömrükdə “bir pəncərə” və “bir dayanacaq” sistemlərini tətbiq edəcək

Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türk Dövlətləri Təşkilatının (TDT) Gömrük Xidməti Rəhbərlərinin XI iclası Qazaxıstanda keçiriləcək.

“Report” bu barədə bu gün Bakıda keçirilən TDT-nin Gömrük Xidməti Rəhbərlərinin X iclasının protokoluna istinadən xəbər verir.

Qeyd edilib ki, görüşün dəqiq tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılacaq: “Katiblik tərəflərin səsləndirilmiş təşəbbüs və təkliflərinin həyata keçirilməsini əlaqələndirəcək və onların nəticələrini Gömrük Administrasiyaları Rəhbərlərinin növbəti iclasına təqdim edəcək”.

Bu il üçün planlaşdırılan tədbirlər sırasında pilot layihənin icrası məqsədilə texniki işçi qrupun yaradılması və fevral ayında ilk görüşün təşkili daxildir. Bununla yanaşı, gömrük laboratoriyaları və risklərin idarə edilməsi üzrə əməkdaşlıq haqqında sazişlərin imzalanması, İpək Yolu Təşəbbüsü və Karvansaray Layihəsi üzrə fəaliyyətlərin planlaşdırılması nəzərdə tutulur.

İclasda, TDT hökumətləri arasında Sadələşdirilmiş Gömrük Dəhlizinin yaradılması haqqında Sazişin həyata keçirilməsinə dair razılıq əldə olunub. Pilot layihənin texnologiyalarının hazırlanması və məlumat mübadiləsi məsələləri müzakirə edilib.

Tərəflər, Azərbaycanın təqdim etdiyi “Transxəzər Gömrük Tranzit Portalı”nın tətbiqini dəstəkləyiblər. Bu platformanın regionun tranzit potensialını artıracağı və ticarət iştirakçılarına əlverişli şərait yaradacağı vurğulanıb.
Gömrük-sərhəd məntəqələrində prosedurların sadələşdirilməsi üçün qabaqcıl texnologiyaların - “bir pəncərə” və “bir dayanacaq” sistemlərinin tətbiqi müzakirə edilib. Türkiyənin təcrübəsi əsasında üzv dövlətlər arasında təlim və sahə səfərləri təşkil olunacağına dair qərar qəbul olunub.

Üzv dövlətlərin tranzit tənzimləmələrində istifadə etdikləri müasir izləmə texnologiyalarının genişləndirilməsi də görüləcək işlər siyahısına daxil edilib.

Bildirilib ki, gömrük idarələri arasında Milli Səlahiyyətli İqtisadi Operator (SIO) proqramlarının uyğunlaşdırılması və qabaqcıl təcrübələrin bölüşülməsi məqsədilə əməkdaşlıq genişləndiriləcək.

Xatırladaq ki, yanvarın 16-da Bakıda Türk Dövlətləri Təşkilatının Gömrük Xidməti Rəhbərlərinin X İclası keçirilib. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğız gömrük xidmətləri rəhbərlərinin qatıldığı iclasda BMT-nin, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının, Gürcüstan və Macartıstan gömrük xidmətlərinin nümayəndələri də iştirak ediblər. İclasın sonunda Türk Dövlətləri Təşkilatının Gömrük Xidməti Rəhbərlərinin X İclasının Protokolu, 11 noyabr 2022-ci il tarixində Səmərqənd şəhərində imzalanmış Türk Dövlətləri Təşkilatının Hökumətləri arasında Sadələşdirilmiş Gömrük Dəhlizinin yaradılması haqqında Saziş çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv Dövlətlərin Gömrük Administrasiyaları arasında Məlumat Mübadiləsinin Texniki Şərtləri və Türk Dövlətləri Təşkilatı çərçivəsində BYD Konvensiyasına (1975, Cenevrə) uyğun olaraq e-BYD prosedurunun tətbiqi üzrə Fəaliyyət Planı sənədləri imzalanıb.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://report.az
archiveBu xəbər 16 Yanvar 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri