TDT: UNESCO tərəfindən verilən qərar Türk dünyasının qlobal səhnədə artan rolunun təsdiqidir
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
İstanbul, 4 noyabr, Günel Karatepe, AZƏRTAC
Türk Dövlətləri Təşkilatı (TDT) 15 dekabr tarixinin UNESCO tərəfindən Dünya Türk Dili Ailəsi Günü elan edilməsinə dair bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, təşkilatın Baş katibi Kubanıçbek Ömüraliyevin imzası ilə yayımlanan bəyanatda UNESCO tərəfindən verilən tarixi qərarın məmnunluqla qarşılandığı bildirilir. Mətndə deyilir: “Bu mühüm qərar türk dilinin qədim köklərini və ümumbəşəri dəyərlərini vurğulayır, türk mədəniyyətinin birləşdirici rolu və zəngin tarixi irsi ilə bağlı dərin əlaqələrini əks etdirir. Mədəni və dil müxtəlifliyinin qorunmasına həsr olunmuş ən aparıcı təşkilat olan UNESCO çərçivəsində bu günün elan edilməsi, eyni zamanda, Türk dünyasının yüksələn kimliyinin, dəyərlərinin və bugünkü qlobal səhnədə artan rolunun da təsdiqidir.
Bu mənalı təşəbbüsə töhfə verən bütün üzv dövlətlərimizi və müşahidəçilərimizi səmimi-qəlbdən təbrik edirik. Türk Dövlətləri Təşkilatı olaraq, ortaq tarixi və mədəni irsimizin tanıdılması, türk xalqları arasında birliyin gücləndirilməsi və ortaq baxışımızın irəlilədilməsi istiqamətində qərarlılığımızı davam etdiririk”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 04 Noyabr 2025 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















