Icma.az
close
up
RU
UNESCO dan Türk Dili ilə bağlı tarixi qərar

UNESCO dan Türk Dili ilə bağlı tarixi qərar

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


4 noyabr 2025-ci il tarixində, Özbəkistanın Səmərqənd şəhərində keçirilən UNESCO-nun Baş Konfransının 43-cü sessiyası çərçivəsində Türk dünyası üçün tarixi əhəmiyyətə malik mühüm bir hadisə baş tutacaq – Türk Mədəniyyəti və İrsi Fondu ilk dəfə olaraq türk sivilizasiyasının dərinliyini və böyüklüyünü əks etdirən unikal layihələrin təqdimatını keçirəcək.

Bakupost.az xəbər verir ki, Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, təqdimata aşağıdakı layihələr daxildir:

Türk Dövlət Başçılarının qəbul etdiyi “Türk Dünyasına Baxış– 2040” və “TURKTIME” strateji sənədlərinə uyğun olaraq hazırlanmış “Türk Dünyasının Mədəni Kodu” adlı Türk dünyasının mədəni irsinə dair kataloq;


Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü və Türk dövlətləri başçılarının dəstəyi ilə həyata keçirilən çoxcildli “Türk Folklor İrsi” Antologiyasının nəşri.

Qeyd etmək lazımdır ki, təqdim olunan bu unikal layihələrin həyata keçirilməsi məqsədilə Türk Mədəniyyəti və İrsi Fondu Türk dünyasının görkəmli alim və mütəxəssislərini bir araya gətirib. Onlar türk xalqlarının çoxəsrlik mədəni və elmi irsinin sistemləşdirilməsi, tədqiqi və gələcək nəsillərə ötürülməsi işinə əvəzsiz töhfə veriblər.

Proqram çərçivəsində, həmçinin, 2025-ci il noyabrın 3-də UNESCO Baş Konfransının 43-cü sessiyasının qətnaməsi ilə qəbul edilmiş Türk Dili Ailəsi Gününün (World Turkic Language Family Day) qeyd olunması ilə bağlı tədbir keçirildi. Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan, Özbəkistan və Macarıstanın UNESCO yanında Daimi Nümayəndəliklərinin rəhbərləri, Özbəkistanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, tanınmış alimlər, mədəniyyət institutlarının təmsilçiləri və media nümayəndələri iştirak edirdilər. Tədbir Türk mədəniyyəti və irsinin səfiri, etno-folklor “Turan” ansamblının solistlərinin çıxışları ilə müşayiət olunurdu.

Beləliklə, UNESCO 15 dekabr gününü Türk Dili Ailəsi Günü elan etdi. Hər il həmin gün qeyd ediləcəkdir.

Bu tədbir türk xalqlarının tarixi üçün növbəti əlamətdar hadisə olmaqla, onların dil və mədəni birliklərinin beynəlxalq miqyasda tanınmasını, eləcə də türk sivilizasiyasının dünya mədəniyyətinin və humanitar əməkdaşlığın inkişafına verdiyi töhfəni əks etdirəcək.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 03 Noyabr 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see332

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see304

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see296

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see284

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see268

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see258

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see255

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see254

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see252

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see247

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see237

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see235

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see228

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see222

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see212

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see189

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see186

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see177

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see174

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri