Icma.az
close
up
RU
Teatr həyat dərsləri məktəbidir

Teatr həyat dərsləri məktəbidir

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Həqiqətlər səhnədə əks-səda verib cəmiyyətə qayıdır

Teatr həyatın, hisslərin və düşüncələrin səhnədə əks olunduğu, sözün və hərəkətin mükəmməl ahənglə birləşdiyi sənət aləmi, mənzərəsi insan ruhunun dərinliklərinə baxan pəncərədir. O, zamanın və məkanın qeyri-müəyyən sərhədlərini aşaraq insanın daxili dünyasının ən gizli sirlərinə toxunur. Bütün bu müstəsna ahəng tamaşanın bədii ifadəsindən, aktyorun canlandırdığı roldan, səhnə dizaynının incəliklərindən və musiqinin üzərində qurulan təəssüratlardan yaranır.

Martın 10-u Azərbaycan teatrının yaranmasının 153-cü il ildönümüdür. Ötən bu illər ərzində teatrımız müxtəlif dövrlərdən keçib – maarifçilik missiyasını yerinə yetirib, müstəqillik ruhunu tərənnüm edib, bəzən senzuranın məhdudiyyətləri ilə üzləşsə də, həmişə lazımi mesajları xalqa ötürməyi bacarıb. Məhz bu amal uğrunda fədakarlıq edən, sənəti hər şeydən uca tutan şəxsiyyətlər teatrımızın təməlini qoymuşlar.

Məsələn, teatr tariximizin parlaq siması Hüseyn Ərəblinskinin həyatı bu fədakarlığın ən bariz nümunəsidir. Bir neçə gün öncə onun 145 illiyi tamam olurdu. Ərəblinskinin dövründə qadınların teatrda çıxış etməsi qeyri-mümkün olduğundan qadın rollarını kişilər oynayırdılar. Səhnəni hər şeydən üstün tutan, həyatının mənasını bunda görən Hüseyn Ərəblinski deyirdi: “Səhnə müqəddəsdir, ona layiq olmaq üçün aktyor ciddi əxlaq sahibi olmalıdır. Heç bir hərəkəti və sözü ikrah doğurmamalıdır”.

Səhnələr müxtəlif olsa da, hər birinin mahiyyəti eynidir–insanı anlamaq və anlatmaq. Bu ecazkar aləmi öz varlığı və zəhməti ilə yaşadan sənətkarlardan biri Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının yaradıcılıq şöbəsinin müdiri, rejissor Nicat Kazımov bildirdi ki, teatr sənəti ruhumuzu titrədən, gözlərimizdəki işığı dərinləşdirən, bizə hər anın dəyərini xatırladan əvəzsiz nemətdir:

– Nicat müəllim, teatrın məqsədi insanları cəmiyyətdəki əxlaqi və sosial məsələləri gün üzünə çıxarmaqdır. Bu baxımdan teatr tamaşalarının müasir dövrlə ayaqlaşması prosesini necə dəyərləndirirsiniz?

– Tamaşaçı teatra, ilk növbədə, əylənmək üçün gəlməlidir. İstər faciə, istər komediya olsun, üslub və janrdan asılı olmayaraq, tamaşa maraq doğurmalıdır. Teatr yalnız istirahət üçün deyil, həm də tamaşaçının yeni hisslərlə, düşüncələrlə ayrıldığı bir məkandır. Bu əyləncənin içində mütləq bir mesaj olmalıdır ki, tamaşa bitdikdə izləyici özü üçün yeni bir fikir, yeni bir baxış bucağı qazansın. Rejissor hər tamaşaya konkret bir məqsədlə yanaşmalıdır: Mən bu tamaşa ilə nəyi dəyişəcəyəm? Cəmiyyətin hansı probleminə toxunacağam?

Mesajım nə olacaq? Cəmiyyətin bir üzvü kimi sənətkar da mövcud problemlərlə yaşayır, onlara biganə qala bilmir və zamanla onlara uyğunlaşır. Amma teatr sadəcə problemləri göstərməklə kifayətlənməməlidir – o, zamanı qabaqlamalı, gələcəyi görməli və cəmiyyəti düşündürməlidir. Əgər bunu bacarmırsa, tamaşaçı üçün maraqsız hala gəlir. Unutmayaq ki, teatr həyatın özünü deyil, onun bədii əksini səhnəyə daşıyır. Məhz buna görə də səhnədə göstərilən hər bir problem sənətin dili ilə, bədii üslubda təqdim olunmalıdır. Yalnız bu halda teatr öz missiyasını dorğu şəkildə yerinə yetirə bilər.

– Rejissor kimi “teatr həyatın güzgüsüdür” ifadəsini necə şərh edərdiniz?

– Tamamilə razıyam. Teatr həyatın əksi, onun güzgüsüdür. Lakin güzgü reallığı olduğu kimi deyil, bir qədər böyüdərək, vurğulayaraq göstərir. Məhz bu səbəbdən Xalq artisti Firəngiz Şərifova həmişə deyirdi: “Kim deyirsə ki, teatrda pafos lazım deyil, bilin ki, o yalan danışır”. Teatr səhnəsi tamaşaçıdan bir metr hündürdədir. Elə sözügedən faktın özü də teartda pafosun var olduğunun bariz nümunəsidir.

Bu sənətdə bədiilik mütləqdir. Əgər bu yoxdursa, o zaman teatr güzgü funksiyasını itirər. Şəxsən mən məişət tamaşalarını sevmirəm. Çünki insanlar gündəlik həyatda kifayət qədər məişət problemləri ilə üzləşirlər. İnsanlar teatra fərqli bir aləmlə qarşılaşmaq, başqa bir reallığın içində olmaq üçün gəlir. Biz də bu sehrli dünyanın qapılarını onların üzünə açmalı, tamaşaçılara başqa bir aləmin mövcudluğunu sübut etməliyik.

– Aktyorların və rejissorların işində böyük yaradıcılıq tələb olunur. Bu yolda qarşılaşdığınız çətinlikləri dəf etməyə sizi vadar edən hisslər haqqında eşitmək istərdik.

– Mənə elə gəlir ki, yaradıcılıqla bağlı olan hər bir işdə, xüsusilə, rejissor işində vəhy olmadan fəaliyyət göstərmək mümkün deyil. Tələbələrimə və həmkarlarıma hər zaman misal çəkirəm: cəmi 7 not var, alterasiya işarələri ilə birlikdə isə 12 not. Bəs bu 12 notdan necə Fikrət Əmirovun, Çaykovskinin və ya digər dahi sənətkarların əsərləri yarana bilərdi? Axı cəmi 12 not var. Niyə hər musiqiçi bu cür əsərlər yarada bilmir? Belə çıxır ki, burada Allah tərəfindən bir vəhy mövcuddur. Tərəddüd etmədən deyə bilərəm ki, mən bu sahədə təhsil almaqdan heç vaxt yorulmamışam. Elə indi də Moskvada təhsil alıram və artıq bitirmək üzrəyəm.

Dərslərimizin birində yeni teatr sistemi ilə bağlı işıq üzü görən kitabla rastlaşdım. Kitabda aktyorun roluna psixologiya ilə yanaşma məsələsindən bəhs edilirdi. Bu haqda Moskvada hələ indi kitab çap olunur. Amma 2007-ci ildə mən Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu” pyesini hazırlayanda tamaşanı məhz Freydin fəlsəfəsi ilə həll etmişdim. İndi isə 2025-ci ildə Moskvada bir rejissor bunu artıq sistem halına gətirir və psixologiya ilə obraza yanaşma metodunu təqdim edir.

Düşünürəm ki, yaradıcı insanın içində bir intuisiya yaranır, ona qəribə hiss gəlir və o hiss sirli qapıların açarıdır. Mənim üçün bu, bir növ, vəhy kimi qəbul olunur. Həmin hisslər, o görmə qabiliyyəti Allah tərəfindən verilir və elə bir an gəlir ki, sənin gördüklərini başqaları görmür, ya da başqaları onu sənin gördüyün kimi görmürlər. Rejissorluq da məhz budur – fərqli görmə bucağıdır. Ya bu bucaq var, ya da yoxdur. Məncə, onu hardansa öyrənmək mümkün deyil.

Bir əsəri oxuyanda, əgər o mənim marağımı cəlb edirsə, artıq beynimdə ona uyğun səhnə qurmağa başlayıram. Çünki artıq yeni informasiyalar vasitəsilə məndə növbəti intuisiya yaranır. Bu gün Azərbaycan teatrının bütün ictimaiyyətini, həmkarlarımı, həyatını teatra həsr edən insanları və pərdə arxasında qalan, amma teatrı yaşadan hər bir şəxsi Milli Teatr Günü münasibətilə təbrik edirəm. Azərbaycan teatrı yaşamağa və yaratmağa qadirdir. Azərbaycan aktyor məktəbi dünya miqyasında heç bir aktyor məktəbindən geri qalmır. Mən son illərdə buna Moskvada təhsil alarkən bir daha şahid oldum.

Əminlikdə qeyd edirəm ki, biz düzgün yoldayıq və bundan sonra da inkişaf edəcəyik.

Hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə “Milli Teatr Günü” təsis edilib. Sərəncama əsasən milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd edilməsi qərara alınıb. Həmin tarix ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd olunur.

– Maraqlı söhbətə görə təşəkkür edirik.

Fidan ƏLİYEVA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Mart 2026 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see479

Məşhur bloger qızı ilə qəzaya düşdü FOTO

06 İyul 2026 14:44see388

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb FOTO

06 İyul 2026 06:31see345

“Tanrım, tanrım, günahlarımın cəzasını çəkirəm!” Artur Konan Doyl

06 İyul 2026 14:32see294

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see260

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see250

Şuşada Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar adlı beynəlxalq konfrans keçirilir

06 İyul 2026 10:04see218

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see206

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see203

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see195

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

06 İyul 2026 17:54see187

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see183

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see178

Cozef Aun ABŞ ni İsrailin Livandan çıxmasını sürətləndirməyə çağırdı

07 İyul 2026 00:43see178

Gecələr yata bilmirəm, nə etməliyəm?

06 İyul 2026 23:33see176

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see175

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see173

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see164

“Bəzi sahələrdə diplom və sertifikata ehtiyac qalmayacaq” ​Ekspert

06 İyul 2026 22:05see159

Tut yeməyin faydaları

07 İyul 2026 04:21see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri