TƏBİB şəkərli diabet xəstələrinə verilən dərmanların gecikməsinə aydınlıq gətirib
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
TƏBİB şəkərli diabet xəstələrinə verilən dərmanların gecikməsinə aydınlıq gətirib.
Ölkə.Az-ın "Report"a istinadla məlumatına görə, TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova jurnalistlərə açıqlamasında bildirib ki, hazırda modul tipli yeni layihə üzərində iş aparılır.
Onun sözlərinə görə, həmin layihə gələcəkdə dərman preparatlarının təminatı, pasiyent məlumatlarının idarə olunması və proseslərin elektronlaşdırılması istiqamətində daha səmərəli məlumatlandırma və koordinasiya imkanlarının yaradılmasını nəzərdə tutur.
TƏBİB rəsmisi qeyd edib ki, layihə çərçivəsində ölkə üzrə bütün şəkərli diabet xəstələri siyahıya alınır:
"Hazırda şəkərli diabet xəstələrinin mütəmadi müayinəsi, dispanser qeydiyyat məlumatlarının yenilənməsi və xəstələrin vəziyyətinə nəzarətin gücləndirilməsi prosesi aparılır. Əldə edilən nəticələr yeni şəkərli diabet xəstələrinin elektron registrinə (şəkərli diabet modulu) inteqrasiya olunur. Bu da xəstələrin tibbi məlumatlarının vahid elektron mühitdə izlənilməsini və idarə edilməsini təmin edəcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 28 Noyabr 2025 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















