Icma.az
close
up
RU
Təbiət sərhəd tanımır: Sel və daşqınlar dünyanın ortaq problemidir

Təbiət sərhəd tanımır: Sel və daşqınlar dünyanın ortaq problemidir

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Son günlər ABŞ-ın Nyu-York şəhərində yağan leysan yağışları yenidən göstərdi ki, dünyanın ən inkişaf etmiş meqapolisləri belə təbiətin qarşısında aciz qala bilir. Şəhərin bir sıra ərazilərində küçələr və metro xətləri su altında qalıb, nəqliyyatın hərəkəti məhdudlaşıb, fövqəladə xidmətlər gücləndirilmiş iş rejiminə keçib. Milyonlarla insana sel təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.

Bu, son aylarda baş verən ilk belə hadisə deyil. Türkiyənin İstanbul şəhəri son illərdə dəfələrlə güclü yağışların yaratdığı subasmalarla üzləşib. Sonuncu belə hadisə ötən həftə qeydə alınıb.

İtaliyada da intensiv yağıntılar vaxtaşırı ciddi fəsadlar törədir. Xüsusilə ölkənin şimal bölgələrində baş verən daşqınlar yolların bağlanmasına, körpülərin zədələnməsinə, yaşayış məntəqələrinin su altında qalmasına və milyonlarla avro maddi ziyana səbəb olur. Mütəxəssislər bildirirlər ki, iqlim dəyişikliyi fonunda Aralıq dənizi hövzəsində ekstremal hava hadisələrinin sayı və intensivliyi artır.

Bütün bunlar onu göstərir ki, təbii fəlakətlər artıq yalnız müəyyən regionların problemi deyil. Dünyanın ən müasir infrastruktura malik şəhərləri belə qısa müddətdə yağan intensiv yağışlar qarşısında ciddi çətinliklərlə üzləşir. Alimlər hesab edirlər ki, qlobal iqlim dəyişikliyi ekstremal hava hadisələrinin həm tezliyini, həm də dağıdıcı gücünü artırır.

Bu mənzərə fonunda Azərbaycanda da Milli Hidrometeorologiya Xidmətinin intensiv yağışlarla bağlı xəbərdarlıqları ciddi qəbul edilməlidir. Ölkəmizdə dağ çaylarında sel riski, bəzi ərazilərdə subasma ehtimalı barədə vaxtaşırı proqnozlar verilir. Bu cür xəbərdarlıqlar panika yaratmaq üçün deyil, insanların vaxtında ehtiyat tədbirləri görməsi üçündür.

Nyu-Yorkdan İstanbula, İtaliyadan Liviyaya qədər yaşanan hadisələr bir həqiqəti ortaya qoyur: heç bir ölkə təbii fəlakətlərdən tam sığortalanmayıb. Müasir texnologiyalar riskləri azaltmağa kömək etsə də, təbiətin gücünü tam nəzarətdə saxlamaq mümkün deyil. Belə şəraitdə ən vacib məsələ erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsi, şəhərlərin iqlim dəyişikliklərinə uyğunlaşdırılması və vətəndaşların təhlükəsizlik qaydalarına ciddi əməl etməsidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 İyul 2026 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see324

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see273

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see231

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see226

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see224

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see221

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see220

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see218

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see217

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see214

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see205

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see201

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see195

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see195

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see184

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see183

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see181

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see180

Yeni yaranan planet aşkarlandı

23 Sentyabr 2026 22:47see174

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri