Icma.az
close
up
RU
Təbiət səxavətlidir, insanlar acgöz

Təbiət səxavətlidir, insanlar acgöz

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Lalə Mehralı

Acgözlük əksər canlılarda var. Heyvanlarda da, insanlarda da. İnsanlarda güc hərisliyi, yemək hərisliyi, pul hərisliyi var, bəzi heyvanlarda sadəcə yemək acgözlülüyü. Sadəcə insan şüurlu şəkildə edir, heyvan şüursuz. Heyvanların planı yoxdur, qidanı mühavizə edə bilmirlər, ala bilmirlər, sata bilmirlər, barter və ya bənzər sistemləri yoxdur. Maksimum doyanadəkdir acgözlülükləri, doyduqdan sonrası ilə işləri olmur. Bəziləri torpağı qazıb yerə basdıra bilir, bəzisi yuvasına ehtiyat azuqə yığa bilir, amma insanın elədiyi, yığdığı, depoladığı qədər yox.

İnsanlar fərqlidir. Yadanın ən ali varlıq adlandırdığı bizlər daha acgözük, daha hərisik. İnsan qazandıqca qazanmaq, yedikcə yemək, gücləndikcə güclənmək istəyir. Doyumsuzdur. Tamah, mənfəət, gəlir – adını nə qoyursa qoysun. Hərislik donunu, rəngini, cildini dəyişə bilir, amma mahiyyətini dəyişmir. “Acgöz” sözü var dilimizdə, birisi haqqında danışanda onun şəxsiyyətini təsvir etmək üçün mənfi mənada işlətdiyimiz sözdür. Əgər insan fitrətində doyumsuzluq, hərislik, acgözlük varsa, onun şəxsiyyəti heç vaxt bütöv olmur.

Məhşur bir misal var, “ac insan doyar, amma acgöz doymaz” deyə. Gözü doymayan insanı heç nə doyura bilməz, ruhu acdır çünki. Varlandıqca daha çox var istəyir insan. Qazanır, qazanır, amma doymur. Qazandıqları ömrünün sonuna yetəcək qədərdir, nəvə-nəticəsini doyuracaq qədərdir, amma yenə qazanmaq hərisliyi var. Təlabatı bitmir, ehtiyacı tükənmir insanın.

Gözəlləşmək uğrunda da çirkin bir acgözlüyü var insanın. Bu gün dodağını əməliyyat etdirir, sabah burnunu, birisigün yanağını. Gözəllik hərisliyə çevrilir getdikcə. Çirkinliyə çevrilənədək davam edir, çirkinlik xəstəliyə çevrilik, insan əl çşəkmir gözəllik hərisliyindən, estetik əməliyyatlar aclığından.

Dünya çoxdandır yaşanılası yer deyil. Dünyanın bir tərəfində süd vannasında üzənlər var, digər tərəfində bir damla südə həsrət ac insanlar. Kimi bu gün alacağı son model telefonun, avtomobilin kataloqunu süzür, kimi bir loxma çörək üçün yerdə sürünür.

Varı-dövləti “itə tök” olanlar da dərd çəkir, balasını gecələr ac yatırdan da. Kimisi milyonlarını mühavizə etməyin yollarını arayır, kimisi sabah yavan çörək ala bilməyin. Kiminin böyük evi, bol qidası, yumşaq yatağı var, kiminin quru döşəməsi, tavansız evi, beyin yandıran günəşi, ac qarınları. Kimisi daha bir ev almaq uğrunda mübarizə aparır, kimisi sağ qalmaq uğrunda. Kimisi xərcləyib qurtara bilmədiyi milyonların üstünə milyonlar gəlsin istəyir, kimisi sadəcə doymaq və yaşamaq.

Maddi-mənəvi olaraq doymur insan. 1 evi olanda 2-cini istəyir, 2 evi olanda 3-cünü. Hər şeyin yaxşısına, yenisinə sahib olmaq istəyir. Ac gözü yetinmir, qane olmur, acgözlülüyü artdıqca ətrafı boşalır. Acgöz insanın dostu olmur. Onlar üçün tamah ən yaxın dostdur, çünki həmişə hər şeyin yaxşısını özləri üçün istəyirlər.

Təbiətdə heç bir canlı insan qədər acgöz deyil. Yırtıcı ovunu yaxalayıb qarnı doyanadək yeyib uzaqlaşır, yerdə qalanını digər canlılar yeyir. Ağaclar torpaqdan yalnız ehtiyacı olan qədər su içirlər. Quşlar taxıl zəmisindən o kiçik dənlikləri doyanadək buğda yeyəcəklər, torbaları, kassaları yoxdur artığını yığmağa. Yalnız qarışqalar dar gün üçün tədürük görürlər, o da heç kimə zərər vermədən, kimsənin azuqəsini oğurlamadan, acların payını çırpışdırmadan.

Təbiət saxavətlidir, hamıya yetəcək qədər qida verir əslində. Problem biz insanların mal-mülk, pul-para, gec-hökmranlıq hərisliyindədir. Problem yaradanın bütün yer üzünə hədiyyə etdiyi qidaların paylaşdırılma mexanizmindədir. Kimisi mədəsi partlayanadək yeyə bilir, kimisi uşaqlarının aclıqdan ağlaşmasına dözmək məcburiyyətindədir. Ədalət bunun harasındadır? Dünyanın ədalət tərəzisinə hiylə qurulub, bəzi acgöz satıcıların tərəziyə əməl etdiyi kimi. İnsan da dünyaya oxşayıb. Mal yiyəsinə oxşamasa haram sayılır axı...

***

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması ” istiqaməti çərçivəsində hazırlanıb

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:211
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Sentyabr 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see737

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see281

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see276

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see269

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see257

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see248

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see243

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see241

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see237

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see222

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see214

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see207

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see202

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see201

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see201

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see195

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see193

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see190

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see188

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri