Icma.az
close
up
RU
Təbiət ünsürlərinin gücü və Yerin təkindəki xəzinələr Lalique in TERRAMINERAL kolleksiyasında

Təbiət ünsürlərinin gücü və Yerin təkindəki xəzinələr Lalique in TERRAMINERAL kolleksiyasında

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Təbiət "Lalique" şirkətinin daimi ilham mənbəyi olaraq qalır. Yeni "TERRAMINERAL" kolleksiyasında brendin dizaynerləri təbiət ünsürlərinin gücünü öz interpretasiyalarında nümayiş etdiriblər: vulkanın kraterindən maqmanın püskürməsi və lava soyuduqdan sonra relyefin geri dönüşü mümkün olmayan dəyişikliyi. Bu proses büllur sənətinin yaranmasını xatırladır: közərmiş şüşə kütləsi şüşəüfürənin təsəvvür etdiyi formaya düşərək soyuyur - bu, təbiətin incəsənətə çevrildiyi andır.

"TERRAMINERAL" kolleksiyası üzərində işləyərkən "Lalique" ustaları 1888-ci ildə manufakturanın yaradılmasından bəri fasiləsiz inkişaf etdirilən mürəkkəb sənətkarlıq texnikalarından istifadə ediblər. Onlar büllurda təbiət qüvvələrinin yerin relyefini dəyişmə sürətini və zamanın onun formalaşmasına təsirini əks etdirməyi bacarıblar. Dizaynerləri yerin dərinliklərində gizlənən nəhəng güc və təbiət qüvvələrinin inanılmaz asanlıqla planetin görünüşünü dəyişmək, qayaların fakturasını yenidən formalaşdırmaq və mineral kristallar kimi qiymətli təbii xəzinələr yaratmaq qabiliyyəti ilhamlandırıb.

Vulkanik aktivliyin dinamikasını büllurda əks etdirmək və yer qabığındakı çatları və qırılmaları imitasiya etmək üçün "Lalique" materialın mat və şəffaf teksturaları arasında kontrastdan istifadə edir və həcmli relyef formaları ilə işləyir. Kolleksiyanın "Caldera" və "Magnitude" adları da tektonik proseslərə istinad edir: kaldera vulkanın zirvəsindəki dairəvi çökəklikdir, maqnituda isə zəlzələ zamanı seysmik dalğalar şəklində yayılmış enerjinin ölçüsünü ifadə edir.

Şəffaf büllurdan əlavə, dizaynerlər yeni kolleksiyanın vaza, dekorativ kasa və qrafin-dekanterləri üçün iki rəng seçimindən istifadə ediblər: "Canyon Crystal" çökmə süxurların oxra çalarını əks etdirir, "Persepolis Blue" isə nadir və qiymətli fars firuzəsinin özünəməxsus solğun mavi tonunu xatırladır - bu da yerin dərinliklərindən gələn digər bir təbii hədiyyədir.

Büllur məmulatların formaları və materialın şəffaflığı ilə sıxlığının kontrastı sayəsində yaranan optik effektlər hərəkət və transformasiya simvolikası yaradır - yerin təkindən püskürən maqmanın bərk qayaları sıxması və parçalanması. "Magnitude" vazalarının forması tektonik plitələrin hərəkətini xatırladır, burada hamar səth relyefi kəskin həndəsi qırılmalarla "bölünür". "Caldera" kasa və qrafinlərinin dizaynı isə vulkan zirvələrindəki nəhəng kalderalardan ilhamlanaraq yaradılıb.

Altı zinət əşyasından - üzüklər, sırğalar və kulonlardan ibarət "TERRAMINERAL" zərgərlik xətti büllurda təbii mineral druzalarının formasını təcəssüm etdirir. Metal çərçivəyə yerləşdirilmiş büllur detallar stilizə olunmuş kristalları xatırladır, təbii mineralların daxilində rast gəlinən daxili inkluziyaları imitasiya etmək üçün emal və rəngli şüşədən istifadə olunub. "Druza"nın həcmini və çoxqatlılığını vurğulamaq üçün "Lalique" dizaynerləri yenidən mat və cilalanmış səthlərin kontrastından istifadə ediblər.

"TERRAMINERAL" kolleksiyası artıq "Ambiance" butikində, 28 May küçəsində təqdim olunur. Azərbaycanda "Lalique" brendinin eksklüziv nümayəndəsi onun rəsmi distribütoru - "Italdizain" şirkətidir.

Ünvan: Azərbaycan, Bakı, 28 May küçəsi, 5A

Əlaqə nömrəsi: +994 (12) 498-62-94

"Lalique" brendi və onun kolleksiyaları haqqında daha ətraflı məlumat üçün: https://italdizain.az/ru/brands/lalique

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 Aprel 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see279

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see260

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see211

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see203

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see181

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see175

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see150

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see149

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see144

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see143

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see142

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri