Icma.az
close
up
RU
Təbiətdə gəzmək artıq risk daşıyır: Öldürə bilər!

Təbiətdə gəzmək artıq risk daşıyır: Öldürə bilər!

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ekspert xəbərdarlığı: “Gənənin ağız suyu keyləşdirici təsir göstərir, bu səbəbdən insanlar gecikmiş reaksiya verir və infeksiya yayılır”

 Qardaş Türkiyənin İstanbul, Kayseri, Tokat, Sivas, Ərzurum bölgələrində gənə sancmalarının ciddi şəkildə artması həyəcan təbili çalınmasını zəruri edib. Məlumata görə, 2025-ci ilin yanvar-iyun ayları ərzində 7.801 gənə sancması faktı təsbir edilib, 14 ölüm hadisəsi qeydə alınıb. Belə bir tablo gənə sancması nəticəsində Krım-Kongo qanamalı qızdırması, zoonoz xəstəliklərin yayılma  təhlükəsini artırır ki, bu da əhalinin sağlamlığını təhdid edir. Həmçinin bu hal kənd təsərrüfatına, xüsusən də heyvandarlığa zərər vurur. Ölkəmizdə vəziyyət necədir? Mütəxəssislər bildirir ki, gənələrin təkrar fəallaşması avqustun ikinci yarısında başlayır. Nəzərə alsaq ki, avqust həm də ən isti və həm də məzuniyyətlər zamanıdır, təbiət qoynunda istirahət etməyi sevənlər daha da ehtiyatlı olmalıdırlar.    

Gənə dişləməsi dərhal müdaxilə tələb edən bir vəziyyətdir, çünki bəzi gənələr zərərli xəstəliklər, məsələn, Lyme xəstəliyi və ya “Qaraçı” (qızdırma) xəstəliyi kimi infeksiyalar yaya bilər. Gənə dişləməsində doğru yanaşma həm gənənin təhlükəsiz şəkildə çıxarılmasını, həm də yaranın infeksiyadan qorunmasını təmin etməkdən ibarətdir. Mütəxəssislər qeyd edir ki, gənəni mümkün qədər tez çıxarmaq vacibdir, çünki daha uzun müddət dəridə qaldıqca, infeksiya riski də artır. Gənəni çıxarmaq üçün incə başlı bir cımbız (pinset) istifadə edilməlidir. Gənəni dərinin yaxın yerindən alətlə möhkəm tutmaq və düz bir şəkildə yavaşca çəkib çıxarmaq lazımdır. Gənəni əzmək və ya qoparmaq olmaz. Gənənin başının və ağız hissəsinin tam çıxdığından əmin olmaq gərəkdir. Əgər gənə dərinə nüfuz edibsə, çıxarmaq çətindirsə, vaxt itirmədən tibb müəssisəsinə müraciət edilməlidir. Gənə çıxarıldıqdan sonra həşəratın dişinin yeri sabun və su ilə yaxşıca yuyulmalıdır. Bu zaman antiseptik məhlullardan, məsələn, spirt və ya povidon-yoddan istifadə edilməlidir. Gənəni bir qabda saxlayaraq (məsələn, spirt dolu qabda) laboratoriya analizi üçün tibbi müəssisəyə göndərilə bilər. Bu, gənənin hansı növ olduğunu müəyyən etmək üçün faydalıdır. Gənənin dişlədiyi yer ən az 2-3 həftə müşahidə edilməlidir. Əgər dəri ətrafında halqa şəklində qızartı əmələ gələrsə, qızdırma, baş ağrısı, əzələ ağrıları və ya yorğunluq baş verərsə, həkimə müraciət olunmalıdır. Dəridə şişkinlik, irin, istilik hissi müşahidə edilə bilər. Əgər gənənin Lyme xəstəliyi daşıdığı məlum olarsa və ya dişləmədən sonra infeksiya riski yüksəkdirsə, həkim profilaktik antibiotik təyin edə bilər. Müəyyən əlamətlər yaranarsa, infeksiyanın diaqnozu üçün qan analizi tələb oluna bilər. Dəridə qaşınma və ya şişkinlik varsa, soyudulmuş parça və ya buz tətbiq etməklə soyuq kampress qoyulmalıdır. Qaşınma və ya allergik reaksiyalara qarşı Loratadin və ya Difenhidramin kimi antihistaminik dərmanlar istifadə edilə bilər. Dəridə qıcıqlanma varsa, sakitləşdirici kremlərdən istifadə edilir. Gənə təhlükəsindən qorunmaq üçün təbiət qoynunda, meşəlik ərazilərdə, mal-qaranın saxlandığı yerlərdə geyimlər uzun qollu və ətəkli olmalıdır. Geyimlər açıq rənglərdə olduqda da gənələr daha tez gözə çarpır. Mütləqdir ki, şalvarın balaqları corabın içinə salınsın, bu, gənələrin dəriyə nüfuz etməsinin qarşısını alır. Evə qayıtdıqda isə paltarları diqqətlə yoxlamaq, tikiş yerlərinə baxmaq, həşəratlar varsa, müəyyən edib zərərsizləşdirmək lazımdır. Ev heyvanlarının dərisində də gənə yoxlaması aparılmalı və müvafiq qoruyucu vasitələrdən istifadə edilməlidir. Müətəxssislər bildirir ki, gənə dişləməsi dərhal müdaxilə tələb edən vəziyyətdir. Gənəni təhlükəsiz şəkildə çıxarmaq, yaranı təmizləmək və infeksiyanın qarşısını almaq vacibdir. Gənə dişləməsindən sonra ciddi simptomlar yaranarsa və ya infeksiya riski varsa, mütləq tibbi yardım alınmalıdır. Bu, mümkün ciddi sağlamlıq problemlərindən qorunmağa kömək edəcəkdir. Gənə dişləməsi nəticəsində Ensefalit kimi çox ciddi xəstəlik, eləcə də Borrelioz, Anaplazmoz və Ehrlixioz kimi infeksiyalara yoluxma baş verir. Xəstəliklərə qarşı peyvənd olunmaq təhlükənin qarşısını almağa kömək edir. Təbiətdə gəzinti zamanı quru ot və yarpaqları olan yerlərdən kənar olmaq məsləhətdir. Gənə dişləməsini insan hiss etmir, çünki gənənin ağız suyu keyləşdirici təsirə malikdir. Bunun “sayəsində” qanın laxtalanmasına da imkan vermir və uzun müddət qanı sorur. Əlamətlər sonra üzə çıxır. Buna görə də insanlar ehtiyatlı olmalı, dəridə qızartı, qaşınma əmələ gəldikdə dəridə gənənin olub-olmamasına diqqət etməli və həkimə müraciət etməlidirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:265
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 İyun 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri