Icma.az
close
up
RU
Təbiətdən və təbiətindən ayırdığımız pişiklər

Təbiətdən və təbiətindən ayırdığımız pişiklər

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Pişik pişiklər fəsiləsinə aid məməli heyvan cinsidir. Əslində Ulu Yaradan pişiyi yaradanda onu çöl heyvanı kimi yaradıb. Vəhşi təbiətdə pişik cinsinə aid aşağıdakı nümayəndələr yaşayır: Çin pişiyi (Felis bieti), Qamışlıq pişiyi və ya Xaus (Felis chaus), Manul (Felis manul), Barxan pişiyi (Felis margarita), Qaraayaq pişik (Felis nigripes), Çöl pişiyi (Felis silvestris), Ev pişiyi-çöl pişiyinin yarımnövü (Felis silvestris catus).

İnsanların yaradanın yaratdıqlarına müdaxiləsi pişiyin də əhilləşdirilməsi və onun (Felis catus) növünün ev pişiyinə çevrilməsi ilə nəticələnib. Bu növ Felidae ailəsində yeganə evdə saxlanılan növdür və onu ailənin vəhşi üzvlərindən ayırmaq üçün çox vaxt ev pişiyi adlandırılır. Bir pişik ev pişiyi, bir ferma pişiyi və ya çöl pişiyi ola bilər. Çöl pişikləri sərbəstdirlər və insanla təmasdan qaçırlar. Lakin...

Vəhşi təbiətdən evə

Vaxtilə vəhşi təbiətdən ayırıb əhilləşdirilən pişiklərin isə bununla taleyi dəyişmiş, onlar insanlara müxtəlif işlərdə kömək etmək üçün ev pişiyinə çevrilmişlər.

Məsələn, qədim Misirin dövlət kimi var olmasının əsas sütunları Nil və Nildən asılı olan əkinçilik sistemi idi. Nil vadisində əkinçiliklə məşğul olan insanlar məhsulları anbarlarda saxlamağa məcbur idilər. Təməl qida olduğu üçün onu qoruyub saxlamaq çox əhəmiyyətli məsələ idi. Ancaq böyük bir problem var idi: anbarlardakı siçanlar. Bu problemin ən optimal həlli isə məhz pişiklər idi. Pişiklər anbarlarda misirlilərin ən yaxın və sadiq dostuna çevrilməkdə idi. Çünki onlar qida təhlükəsizliyində açar rol oynayırdılar. Hətta pişiklərə olan münasibət zaman keçdikcə həm də müqəddəsləşmişdi: Fironların pişiklərin qorunması haqqında əmrləri onların toxunulmazlığını artırmış, hətta pişikləri öldürmək edam olunmaq üçün kifayət qədər güclü səbəb sayılırdı. Pişikləri müqəddəs hesab edən misirlilər ölümdən sonrakı həyatda da bərabər olmaq üçün pişiklərini mumiyalayırdılar. Heç təsadüfi deyil ki, pişiklər ölülər dünyasının qoruyucuları hesab olunurdu. Antik Misirdə pişiyə bağlılıq o qədər güclü idi ki, pişiyi ölən evdə yas qurular, ev sakinləri yas əlaməti kimi qaşlarını qırxardı.

Pişiklər ilk dəfə Yaxın Şərqdə eramızdan əvvəl 7500-cü ildə əhlilləşdirilmişdir. Uzun müddət düşünülmüşdü ki, pişik əhlilləşdirmə Qədim Misirdə başlayıb, çünki eramızdan əvvəl 3100-cü ildən bu yana qədim Misirdə pişiklərə ehtiram verilib. 2017-ci ildə Amerika Birləşmiş Ştatları şirin su balığından sonar, ikinci ən populyar ev heyvanına-95 milyon pişiyə sahib idi. Birləşmiş Krallıqda 2019-cu ilə qədər 4.8 milyondan çox evdə 7.3 milyon pişik yaşayırdı.

Elmi adı Felis catus 1758-ci ildə Carl Linney, Felis catus domesticus isə 1777-ci ildə Johann Christian Polycarp Erxleben tərəfindən təklif edilmişdir. 1904-cü ildə Konstantin Alekseevich Satunin tərəfindən təklif edilən Felis daemon Zaqafqaziyada qara pişik idi, sonradan ev pişiyi olaraq təyin olundu.

Bütün bunları xatırlatmaqda məqsədim, bəli, əslində vəhşi təbiət üçün yaradılan varlığın evlərimizə necə gəlməsi məsələsinə, təbiətdən ayırdığımız bu heyvanların ev tarixinin haradan başlanmasına nəzər salmaqdır.

Beləliklə, vəhşi təbiətin bir parçası olan pişiklər bizim məhsullarımızı və həyatımızı gəmiricilərdən qorumaq, onları ətrafımızdan yox etmək üçün evlərə gətirildi. Hansı ki, insan zəkası pişiyi evə gətirmək kimi, gəmiricilərlə digər mübarizə üsulları da tapa bilərdi. Lakin insan hər zaman asan yolu axtarıb tapdığı kimi, bu dəfə də asanlıqla vəhşi təbiətin nümayəndəsini evlərə gətirməyi, onlardan istifadə etməyi bacardı.

Anatomiyaları da, həyatları da dəyişdi...

Pişik anatomiyada digər felid növlərə bənzəyir: güclü çevik bir bədənə, sürətli reflekslərə, iti dişlərə və kiçik yırtıcı kimi öldürmələrə uyğunlaşdırılmış geri çəkilə bilən qıvrımlara malikdir. Gecə görmə və qoxu hissi yaxşı inkişaf etmişdir. Pişik ünsiyyətinə pişik üçün xüsusi bir miyoldama kimi vokalizasiyalar daxildir. Təklikdə ovlayan bir yırtıcıdır. Siçanlar və digər kiçik məməlilər tərəfindən edilən səslər kimi insan qulaqları üçün çox həssas və ya çox yüksək səsləri eşidə bilər. Səhər və qaranlıq vaxtlarda ən fəal olan yırtıcılardandır.

Bəli, ötən dövrlərə kimi, heç olmasa, pişikləri yuxarıda təsvir olunan kimi görmək olurdu. Onlar evlərdə, zirzəmilərdə, həyətlərdə saxlanılır, insanlara öz faydalarını verir, onların məhsullarını gəmiricilərdən qoruyurdu. Yəni, pişik vəhşi təbiətdə olmada da, öz funksiyasını, anatomiyasına uyğun xüsusiyyətlərini heç olmasa, həyata keçirə bilirdi.

Bunun qarşılığında isə ev sahibləri ona ət verir, əməyini qiymətləndirirdi. Pişiklərin yeni doğulan balaları insanlar tərəfindən göydəndüşmə kimi qarşılanırdı. Çünki onların sayını həyətlərində artırmaqla həm özləri daha çox faydalanır, həm də bu balalardan qohum-qonşuya verməklə hörmət qazanırdılar. Çünki bu alış-verişlə pişiklər onların da məhsullarını qorumuş hesab olunurdu.

Nə edirdilər, özləri bilər, lakin əsas məsələ bu idi ki, pişiklər vəhşi təbiətdən ayrı düşsə də, heç olmasa bu evlərdə, evlərin həyət və zirzəmilərində sərbəst idilər və vəhşi təbiətdə necə yaşayacaqdılarsa, burada da o cür yaşayırdılar.

Daha sonra isə pişiklər şəhərlərdə də yaşamağa başladı. Bu dəfə sahiblərini gəmiricilərdən qorumaq üçün deyil, onları əyləndirmək, evlərini süstləmək üçün.

Artıq pişiklər satış bazarına çıxarıldı. Vəhşi təbiətdən qoparılan bu varlıqlar bu dəfə əsl ev heyvanlarına çevrildilər. Torpaqdan ayaqları kəsildi. İnsanlar kimi çoxmərtəbəli evlərdə yaşamağa başladılar. Onlar kimi müəyyən saat ərzində bayıra çıxıb, parklarda gəzməli oldular.

Ən dəhşətlisi isə bu oldu ki, onlara artıq ruzilərini özlərinin əldə etməsi də unutduruldu. Çünki iri pişik yemi bazarları yarandı. Buradakı sahibkarlar pişik yemi istehsalı, satışı ilə qazanc əldə edib başqalarından çox fərqli bir həyat yaşamağa başlayarkən, Yaradanın yaratdığı pişik vəhşi təbiətə “əlvida dedi”. Onun yaradılışı əlindən alındı, anatomiyası məhz edildi. Dünənədək qaçan, sıçrayan, hoppanan pişiklərin sanki belindən ağır bir zərbə ilə vurub sümüklərini sındırdılar və onlar öz doğma xüsusiyyətindən əl çəkib anatomiyalarına da “əlvida” dedilər.

Günəşin altında xor-xor yatan pişiklər

Uzağa niyə gedək ki... Bu gün şəhərimizdə çoxsaylı pişik var ki, onların yarısı evlərdə, yarısı isə ələ öyrədilmiş şəkildə küçə, kafe, restoran və digər obyektlərdə saxlanır. Bəli, həm də tək süst və əyləncə üçün saxlanır.

Küçədə çox tez-tez vecsiz pişiklərə rast gəlirik. Günəşin altında xor-xor yatan pişiklərə. Yanlarında binaların zirzəmisindən çıxıb o yana-bu yana qorxusuz qaçışan gəmiriciləri heç tanımırmış kimi bir həyat yaşayır bu pişiklər.

Yaşayış binalarının bloklarında veyil-veyil gəzən, pillələrdə yatan, gərnəşən onlarla pişiklə rastlaşırıq. Əslində onlara baxanda adamın ürəyi çıxılır. Vəhşi təbiətdən qoparılıb bu yerlərədək gətirilən pişiklər axı nə üçün bu həyatı yaşamalıdır, deyirsən. Nədir günahları?..

Bir anlığa insan özünün real həyatından qoparılıb ona məxsus, tanış olmayan bir həyata salınmasını düşünür və belə olarsa, ürəyinin partlamasının bir ana bağlı olduğunu dərk edir.

Bəs belə isə...

Hər birimiz mağazalarda satılan pişik yemlərindən alırıq, onlara veririk, küçələrdə, parklarda su qabları qoyuruq ki, su içsinlər. Nə yaxşı ki, heç olmasa, bunu edirik. Lakin bu yemlər pişiklərin siçanovlama bacarığını əlindən alıb, bunun fərqində olan varmı?

Bu yemlər pişiyin anatomiyasını dəyişib. Onlara ələbaxan xarakteri “bəxş” edib. Küçələrdə hər addımda tökülüb qalan yemləri görürük. Pişiklər yeyir, doyur, yem isə artıq qalır. Bəzən bu mənzərələrdən ürəyimiz açılır, “gör biz nə qədər humanist insanlarıq” deyənlər də olur. Lakin təəssüf ki, belə deyil. Biz onların həyatını əllərindən almışıq. Vəhşi təbiətdə gündəlik dinamik həyatlarına son qoymuşuq: onlar nə ov, nə su axtarır ta. Saatlarla pusquda dayanıb ovunu əldə etmir. Ovunu yaxalayandan sonra onu saatlarla oynadıb xarakterinə uyğun olanları yaşaya bilmir.

Biz çox pislik etmişik pişiklərə, bunu unutmayaq. Onu insan kimi yaşamağa məcbur etməklə, həm mənəvi həyatını əlindən almışıq, həm də əməkdən, zəhmətdən uzaqlaşdırmışıq. Ən əsası isə onun qəribçilikdə yaşamasına bais olmuşuq. Vəhşi təbiətdən ayırıb evlərimizə qapadıb, eyni zamanda öz təbiətindən də uzaqlaşdırmışıq.

Sevək pişikləri, onları bir an da olsa, gözümüzdən kənar etməyək: yem də alaq, su da verək, onlar üçün sığınacaqlar da düzəldək. Lakin onları evlərə qapatmayaq. İnanın, danışmaq bacarıqları olsaydı, bizdən tək bunu istəyərdilər.

Mətanət Məmmədova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti çərçivəsində hazırlanıb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Avqust 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see375

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see197

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see172

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see168

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see160

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see148

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see144

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see143

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri