Təbiətin məhvinə qorunmasından 30 qat çox vəsait xərclənir
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Dünyada ətraf mühitin mühafizəsinə yatırılan hər bir dollara qarşılıq olaraq, təbiətə zərər vuran fəaliyyətlərə 30 dollar sərf edilir.
Moderator.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antoniu Quterreş İrəvanda keçirilən biomüxtəlifliyin qorunmasına dair sammitdəki çıxışı zamanı bildirib.
Baş katibin sözlərinə görə, təkcə 2023-cü il ərzində ekologiyanın dağıdılmasına səbəb olan sahələrə qlobal miqyasda 7.33 trilyon dollar həcmində vəsait yönəldilib. Bunun fonunda təbiətin xilas edilməsi üçün ayrılan maliyyə dəstəyi hələ də kifayət etmir.
Quterreş dünya ölkələrinin hökumətlərinə müraciət edərək, ekologiya üçün təhlükə yaradan subsidiyalardan imtina etməyə çağırıb. O qeyd edib ki, həmin vəsaitlər biomüxtəlifliyin qorunmasına, iqlim dəyişikliyi ilə mübarizəyə və torpaqların bərpası prosesinə yönəldilməlidir.
Baxış sayı:89
Bu xəbər 16 Oktyabr 2026 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















