Icma.az
close
up
RU
Yaşıl dünya naminə həmrəylik ili, COP29 konfransı Azərbaycanın ekoloji siyasəti 2024cü ildə

Yaşıl dünya naminə həmrəylik ili, COP29 konfransı Azərbaycanın ekoloji siyasəti 2024cü ildə

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

2024-cü il Azərbaycanda ətraf mühitin qorunması və ekoloji problemlərin həlli istiqamətində bir sıra mühüm tədbirlərlə yadda qalıb. Azərbaycanın inkişaf strategiyasının mühüm tərkib hissəsini ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti təşkil edir. Ötən ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, dünyanın ən böyük tədbirlərindən olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi də bu strategiyanın mühüm tərkib hissəsidir. Bu il Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə məqsədilə yoxsul ölkələrin səsini qlobal miqyasda çatdırmaq üçün böyük bir platforma yaratdı. Azərbaycanın ekologiya sahəsində bu kimi tədbirlər həyata keçirməsi iqlim dəyişikliyinə qarşı mübarizəyə böyük töhfə kimi qiymətləndirilə bilər.

Azərbaycanın ekoloji siyasəti

Ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin inkişaf etdirilməsi ekoloji siyasətin əsas istiqamətlərindəndir. Bu istiqamətə həm də təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaq, həmçinin beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi də daxildir.

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib.

Bu gün ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə istiqamətində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”, “Yerin təkinin geoloji öyrənilməsinə və mineral-xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı” və digər proqramlar həyata keçirilir.

Həmçinin “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” haqqında qanun qəbul edilib.

"Yaşıl enerji"yə gedən yol - hədəflər

Yaşıl enerji, yəni bərpa olunan və ekoloji cəhətdən təmiz enerji mənbələri yalnız qlobal ekoloji problemlərin həlli üçün deyil, həm də davamlı iqtisadi və sosial inkişaf üçün əsas rol oynayır. Bu, təmiz gələcək üçün ən vacib strategiyalardan biridir.

Azərbaycana gəlincə, ölkəmiz 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyasını 35%, 2050-ci ilə qədər isə 40% azaltmağı hədəfləyir.

Azərbaycan bərpa olunan enerji sahəsində külək və günəş potensialından istifadə edir. Ölkəmiz 2030-cu ilə qədər elektrik enerjisində bərpa olunan enerjinin qoyuluş gücü üzrə payını 30%-ə çatdırmağı planlaşdırır.

Ölkə külək enerjisi üzrə quruda 3 QVt həcmində qiymətləndirilən iqtisadi potensiala, həmçinin dənizdə 157 QVt təşkil edən texniki potensiala malikdir. Hidroenerji ölkənin illik elektrik enerjisi istehsalının təqribən 10 faizini təşkil edir.

Ölkənin şirin su ehtiyatlarının təxminən 25 faizi yaşıl enerji zonaları kimi müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında cəmləşir. Bu potensial həmin ərazilərdə 2050-ci ilədək xalis sıfır hədəfinə çatmaq üçün xüsusi əhəmiyyətə malikdir.

Azərbaycanın iqtisadi cəhətdən səmərəli günəş enerjisi potensialı 23 QVt həcmindədir. Günəşli saatların sayının ildə 2400-3200 saata çatması Azərbaycanı günəş enerjisi istehsalı üçün əlverişli ölkəyə çevirir. Ölkə günəş enerjisi üzrə maraqlı tərəflərlə müqavilələr imzalamağa davam edir.

“Yaşıl dünya naminə həmrəylik ili”

Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Bu qərar Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizədə beynəlxalq ictimaiyyətə töhfəsini artırmaq məqsədi daşıyıb.

Bu gün dünyanı narahat edən ən böyük problemlərdən biri iqlim dəyişikliyidir. Azərbaycan da iqlim dəyişikliyindən təsirlənən ölkələrdəndir. 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi Azərbaycanın iqlim dəyişiklikləri ilə bağlı qlobal çağırışlara qoşulan ilk ölkələrdən olduğunu bir daha sübut etdi.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində azad edilən ərazilər də daxil olmaqla ölkədə yeni yaşıllıq sahələri salınır, ekoloji hüquq pozmalara qarşı qanunvericilik çərçivəsində işlər həyata keçirilir. Həmçinin bu il çərçivəsində müxtəlif forumlar, tədbirlər həyata keçirilib.

Ətraf mühit sahəsində qlobal ekoloji problemlərin həllində fəal iştirak edən Azərbaycan 20-dən çox ekoloji konvensiyalara və sazişlərə qoşulub. Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində yeni strateji mərhələdə iqtisadiyyatın dayanıqlı və yüksək templə artması fonunda keyfiyyətli ekoloji mühitin təmin olunması kimi mühüm vəzifə qarşıya qoyulub.

Azərbaycan torpaqlarının 30 illik işğalı dövründə ərazilərimiz Ermənistan tərəfindən ekoloji terrora məruz qalıb. Ərazilərin minalanması ekoloji vəziyyəti daha da çətinləşdirib. Bu gün azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələri, Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Bu ərazilərdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları tətbiq edilir.

Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupu il ərzində Ağdam, Zəngilan, Xankəndi, Laçında iclaslar keçirib, işğaldan azad edilmiş ərazilərdə ekoloji vəziyyətin bərpası və həyata keçirilmiş tədbirlər diqqətə çatdırılıb.

Ekologiyaya töhfə vermək məqsədilə ölkədə müxtəlif ekoloji tədbirlər həyata keçirilib, respublikanın müxtəlif yerlərində dövlət qurumları, rayon icra hakimiyyətlərinin iştirakı ilə milyonlarla ağac əkilib.

Bu gün iqlim dəyişikliyi və onların canlı aləmə təsiri dünyanı narahat edən məsələlərdən biridir. Nadir növlərin dəyişməsi, biomüxtəlifliyin azalması birbaşa iqlim dəyişikliyi ilə bağlıdır.

Azərbaycanda milli parkların yaradılması istiqamətində bu il müxtəlif tədbirlər həyata keçirilib. “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” çərçivəsində 23 902 hektar ərazidə Bozdağ-Acınohur, həmçinin İlisu Dövlət Təbiət qoruğunun bazasında 13 966 hektar ərazidə İlisu Milli parkının yaradılması işləri yekunlaşmaq üzrədir. İşğaldan azad edilmiş ərazilərdə yerləşən ümumi sahəsi 43 min hektar olan Bəsitçay Dövlət Təbiət Qoruğunun və Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyəti bərpa edilib.

Qaragöl Dövlət Təbiət Qoruğunun, həmçinin Qubadlı, Arazboyu və Laçın dövlət təbiət yasaqlıqlarının bioloji müxtəlifliyinin və təbiət abidələrinin bərpası istiqamətində tədbirlər həyata keçirilir.

Məlumat üçün qeyd edək ki, Azərbaycan 2025-ci ilin iyun ayında “Davamlı Meşəçilik və Biomüxtəliflik üçün Sinerji: Yaşıl Dünya naminə Əməkdaşlıq Dialoqu” adlı beynəlxalq konfransa ev sahibliyi edəcək. Tədbir meşəçilik və biomüxtəliflik sahəsində qlobal çağırışları müzakirə etmək üçün elm adamlarını, ekoloqları, siyasətçiləri, beynəlxalq təşkilatları, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirəcək.

Bundan başqa, iqlim dəyişikliyi ilə mübarizə, eləcə də ekologiyanın qorunması istiqamətində tədris müəssisələri də daxil olmaqla maarifləndirmə işləri həyata keçirilir.

Azərbaycanın COP29-a ev sahibliyi: iqlim dəyişiklikləri ilə mübarizədə irəliləyiş

Bu il Azərbaycan, həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etdi. Bu Azərbaycanın ətraf mühitin qorunması sahəsində beynəlxalq səviyyədə artan nüfuzunun göstəricisidir. Azərbaycan noyabrın 11-22 tarixlərində COP29 çərçivəsində dünyanın 70 min-dən çox qonağını qarşılayıb. Konfransda “yaşıl ideya”lar, “yaşıl proqram”lar, ekoloji vəziyyət, iqlim dəyişikliyi müzakirə olunub, ortaq qərarlar əldə edilib.

COP29-da inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyinə uyğunlaşmasını və emissiyaların azaldılmasını dəstəkləmək üçün illik 300 milyard ABŞ dolları maliyyə ayrılması barədə razılıq əldə edildi. Bu, əvvəlki 100 milyard dollarlıq hədəfi əvəz etməklə daha əhatəli yanaşma təmin edir.

Tədbirdə İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən tarixi qərar qəbul olunub. Hazırda Fonda vəd edilən ümumi maliyyə dəstəyinin məbləği 730 milyon ABŞ dollarından artıqdır. Əldə edilən bu nailiyyətlərlə İtki və Zərər Fondu 2025-ci ildən etibarən layihələri maliyyələşdirə biləcək. Bu, Azərbaycanın COP29 Sədrliyinin növbəti uğurudur.

COP29-da Paris Sazişinin 6-cı maddəsi tam təsdiq olunub. Bu, yüksək inteqrasiya olunmuş karbon bazarları üzrə danışıqların onillik müddətdən sonra başa çatmasıdır. Sözügedən məsələ COP29 Sədrliyinin əsas prioritetlərindən biri idi. Bu tərəfləri intensiv ikitərəfli texniki və siyasi danışıqlar vasitəsilə bu mühüm nailiyyətə doğru apardı. Bu strategiya illərlə davam edən çətin vəziyyətə son qoymağa kömək etdi və Paris Sazişinin sonuncu vacib bəndini yekunlaşdırır. Altıncı maddə iqlimlə bağlı hədəflərə çatmaq məqsədilə əməkdaşlıq edən ölkələr üçün etibarlı və şəffaf karbon bazarları təmin edir.

Bundan başqa, yeni karbon kredit ticarəti çərçivəsinin təsdiqi, iqlim dəyişikliyi ilə mübarizə üçün maliyyə vəsaitlərinin artırılmasına imkan verəcək. Bu, inkişaf etməkdə olan ölkələrdə yaşıl layihələrin dəstəklənməsi üçün önəmli resurs mənbəyi ola bilər.

COP29 bərpa olunan enerji mənbələrinə keçidi sürətləndirməyi və iqlim dəyişikliyindən zərər görən icmalara dəstək verməyi prioritet elan edib. Tədbir beynəlxalq diqqəti iqlim problemlərinə cəlb etmək baxımından mühüm bir addım oldu. COP29, dünyanı qlobal iqlim böhranına qarşı birləşdirmək və daha təcili tədbirlər görməyə təşviq etmək üçün vacib platforma oldu.

Beləliklə, bu gün Azərbaycanda ekoloji layihələr uğurla davam etdirilir. COP29 konfransına ev sahibliyi etməklə ölkəmiz ekoloji balansın qorunması, ətraf mühitin mühafizəsi, həmçinin qlobal çağırışlar fonunda qarşıya qoyduğu hədəflərin həyata keçirilməsi üçün dövlət və özəl sektorun fəaliyyətini təşviq edib.

Bu il Azərbaycan COP29 konfransına ev sahibliyi edərək iqlim dəyişikliyi ilə mübarizəyə ən böyük töhfəsini verdi. Azərbaycan COP29 sədrliyini növbəti COP-a qədər davam etdirəcək.

Ətraf mühitin qorunması, yalnız aidiyyəti qurumların deyil, bütün cəmiyyətin üzərinə düşən öhdəlikdir. Bu, hər bir vətəndaşın vəzifəsidir. Ekoloji təmiz mühit, sağlam gələcək, iqlim dəyişikliyinin törətdiyi fəsadlarla mübarizə üçün dövlət qurumları və cəmiyyət birgə hərəkət etməlidir.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://report.az
archiveBu xəbər 04 Yanvar 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see174

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see133

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see130

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see130

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see126

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see124

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see124

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see122

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see117

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see117

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see115

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see114

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see113

Niyə şorba ikinci gün daha dadlı olur? CAVAB

01 İyun 2025 13:21see113

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see113

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see113

Ağ Ev: ABŞ İrana nüvə proqramı ilə bağlı “məqbul təklif” təqdim edib

01 İyun 2025 07:07see112

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see112

Azərbaycan özündən 4 dəfə balaca Antalyadan geridə qalır: Niyə? İqtisadçı

01 İyun 2025 08:02see112

Rusiya və Ukraynanı bir araya gətirmək üçün... Ərdoğan

31 May 2025 22:59see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri