Icma.az
close
up
RU
Təbii qazın qiyməti Avropada 14 faiz bahalaşdı

Təbii qazın qiyməti Avropada 14 faiz bahalaşdı

Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son günlər Niderland qaz habında (TTF) təbii qazın qiyməti 1 000 kub-metr üçün 478 ABŞ dollarına qədər yüksələrək son altı ayın maksimum səviyyəsinə çatıb.

AzPost Banker.az-a istinadən xəbər verir ki, bu günlük təqribən 59 dollar və ya 14% bahalaşmadır.

Avropa və Asiyanın bir çox hissəsində hava kəskin soyuyur, bu da isitmə üçün qazın tələbatını artırır. Temperaturun enməsi qaz istifadəsini və qış ərzində enerji ehtiyacını bir neçə dəfə yüksəldə bilər, buna görə də gündəlik istehlak və bazar tələbi güclənir.

Qaz anbarları ötən illərin orta səviyyələrindən xeyli aşağıdır — bu da bazarı daha həssas edir və hava soyuduqca qiymətlərin daha sürətlə artmasına səbəb olur. Aşağı stok səviyyələri qiymət dəyişkənliyini gücləndirir.

Avropada qaz təklifi hələ də qlobal tədarükdəki narahatlıqlardan təsirlənir. Bəzi LNG təchizatlarındakı axınlar və çıxış limitləri bazarda təklif tərəfinə təzyiq edir, bu da qiymətlərin artmasına təkan verir.

Bundan əlavə ABŞ ərazisini bürüyən “arktik soyuq dalğası” fonunda Çikaqo əmtəə birjasında 1 MMBtu (1 milyon Britaniya istilik vahidi= təqribən 28.3 kub-metr təbii qaz) təbii qazın qiyməti 5.5 dollar olmaqla tarixi maksimum yeniləyib.  Son iki gün ərzində təbii qazın qiymətləri ümumilikdə 60% bahalaşıb.

Bu faktorların nəticəsində TTF qiyməti qısa müddətdə əhəmiyyətli şəkildə artıb və son dövrdə 14 %-ə yaxın həcmli günlük bahalaşma müşahidə edilib.

AZƏRBAYCAN ÜÇÜN NİYƏ VACİBDİR?

Ölkəmiz üçün hazırda ixracda 35% paya sahib olan təbii qazın qiymətli əhəmiyyətli hesab edilir. Çünki, demək olar ki,  təbii qazın qiymətindəki dəyişmələr dolayısı ilə ixrac qiymətlərinə də təsir edir.

2025-ci ildə Azərbaycanın ümumi təbii qaz hasilatı təxminən 51.5 milyard kubmetr səviyyəsində olub ki, təxminən 25.2 milyard kubmetr qaz ixrac edib. Bu ixrac nəticəsində ilkin göstəricilərə əsasən, Azərbaycana 8.21 mlrd. dollar valyuta gəlib.

İxrac əsasən Avropa, Türkiyə və qonşu ölkələrə yönəldilib. Avropaya qaz təxminən 12.8 mlrd. kub-metri, Türkiyəyə 9.6 mlrd kub-metr, Gürcüstana isə təxminən 2.3 mlrd. kub-metr qaz çatdırılıb. Ötən ixrac edilən təbii qazın hər 1000 kub-metri təqribən ortalama 350 ABŞ dollarına ixrac edilib.

Gündəlik təbii qaz hasilatı isə ortalama 141 mln. kub-m həcmindədir.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://azpost.info
archiveBu xəbər 22 Yanvar 2026 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri