Təbii sərvətlərin istifadəsi və investisiyası üzrə arbitraj simulyasiyası layihəsi keçiriləcək
Apa.az saytına istinadən Icma.az xəbər verir.
26-29 iyun tarixlərində Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Arbitraj Assosiasiyası və “Ədliyyə Könüllüləri” ictimai birliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında “Təbii sərvətlərin istifadəsi və məsuliyyətli investisiya üzrə arbitraj simulyasiyası” layihəsi həyata keçiriləcək.
Nazirliyin Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, layihə beynəlxalq kommersiya hüququ, ətraf mühit hüququ və arbitraj sahəsində gənclərin nəzəri və praktiki biliklərini artırmaq məqsədi daşıyır. Simulyasiya formatında keçiriləcək tədbirdə iştirakçılar real beynəlxalq hüquq münaqişəsini təhlil edərək dövlət, investor və ictimaiyyət maraqlarını mübahisələndirmək imkanı əldə edəcəklər.
Layihədə hüquqşünaslıq, texniki təmayüllü ixtisaslar, beynəlxalq münasibətlər, menecment, politologiya, jurnalistika və iqtisadiyyat üzrə təhsil alan və ya yeni məzun olmuş 25 yaşadək gənclər iştirak edə bilərlər. Tədbirdə ümumilikdə 40 nəfərin iştirakı nəzərdə tutulur.
Qeydiyyatdan link vasitəsilə keçmək mümkündür.
Layihə gənclərə yalnız nəzəri bilik qazandırmaqla kifayətlənməyəcək, həm də onların arbitraj hüququ istiqamətindəki proseslərə peşəkar yanaşma bacarıqlarını formalaşdıracaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 27 May 2025 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















