Icma.az
close
up
RU
Naxçıvanda təbii sərvətlərin istifadəsi üzrə arbitraj simulyasiyası layihəsi həyata keçirilib

Naxçıvanda təbii sərvətlərin istifadəsi üzrə arbitraj simulyasiyası layihəsi həyata keçirilib

Icma.az, Apa.az saytına istinadən bildirir.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan şəhərində “Təbii sərvətlərin istifadəsi və məsuliyyətli investisiya üzrə arbitraj simulyasiyası” adlı maarifləndirici və interaktiv layihə həyata keçirilib.

Bu barədə APA-ya Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, layihə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Arbitraj Assosiasiyası və “Ədliyyə Könüllüləri” ictimai birliyinin birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Layihənin məqsədi gənclərin beynəlxalq kommersiya hüququ, ətraf mühit hüququ və arbitraj sahəsində nəzəri və praktiki biliklərini artırmaq, onların hüquqi düşüncə tərzini inkişaf etdirmək və ekoloji məsuliyyətlilik prinsiplərinə dair məlumatlılığını gücləndirmək olub.

Açılış mərasimində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, ədliyyə nazirinin müavini Abiddin Hüseynov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Naxçıvan MR ədliyyə naziri vəzifəsini müvəqqəti icra edən Hüseyn Səfərov və digər rəsmi şəxslər iştirak ediblər. Ekspert qismində Azərbaycan Arbitraj Assosiasiyasının sədri Kəmalə Mehdiyeva, ətraf mühit hüququ üzrə ixtisaslaşmış hüquqşünas Sadiqə Mehdiyeva və ADA Universitetinin assistent professoru Aynur Axundlı çıxış ediblər. Çıxışlar zamanı layihənin hüquqi maarifləndirmə, ekoloji düşüncə və dövlət idarəçiliyinə maraq baxımından əhəmiyyəti vurğulanıb.

Layihədə 12 nəfəri Naxçıvan Muxtar Respublikasından olmaqla müxtəlif ixtisaslar üzrə təhsil alan və ya yeni məzun olmuş 40 gənc iştirak edib.

Layihənin əsas hissəsini təşkil edən arbitraj simulyasiyası mərhələsində iştirakçılar işğal dövründə qızıl yatağında aparılmış qeyri-qanuni hasilat və bu prosesə lisenziya verən işğalçı dövlətə qarşı irəli sürülmüş iddianı mübahisələndirib, real hüquqi mövqeləri təhlil edərək çıxışlarını təqdim ediblər.

Layihə boyunca iştirakçılar üçün bir sıra ekskursiyalar və mədəni tədbirlər təşkil olunub. Gənclər Ordubad rayonunu, Möminəxatun türbəsini, Xan sarayını, “Əcəmi” seyrəngahını, Şahbuz rayonundakı Batabat yaylağını ziyarət edərək bölgənin tarixi və memarlıq irsi ilə tanış olub, “Duzdağ” Fizioterapiya Mərkəzi və Əshabi-Kəhf ziyarətgahına baş çəkiblər. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında nümayiş olunan “Ölülər” tamaşasına baxış isə layihənin mədəni komponentini tamamlayıb.

İyunun 29-da keçirilən rəsmi bağlanış mərasimində iştirakçılara sertifikatlar təqdim olunub, təşkilatçılar tərəfindən yekun çıxışlar edilib və layihənin uğurla başa çatdığı vurğulanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://apa.az
archiveBu xəbər 03 İyul 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see688

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see233

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see192

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see182

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see179

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see158

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see157

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see137

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri