Icma.az
close
up
RU
Təbii təbabət: çiçəklərdə yatan sirlər

Təbii təbabət: çiçəklərdə yatan sirlər

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Təbiət o qədər müdrikcəsinə yaradılıb ki, onda hər dərdin dərmanı, hər bəlanın açarı var. Zəhərli ilanı udan kirpinin bir göz qırpımında zəhər əleyhinə otu tapıb yeməsini, yaralanmış balasını yalayaraq ağız suyu ilə sağaldan yırtıcını, dağ çiçəyi ilə ana südünü qarışdırıb qılınc yarasını sağaldan ananı rəvayətlərdə elə-belə anlatmayıblar. Bu rəvayətlərin hamısında bir həyat gerçəkliyi var. Yaşlıların, qoca qarıların hər dərdə dava hesab etdikləri min bir çeşid otla alternativ təbabət “sağalmaz!” deyilən çox xəstəni sağaldıb.

Alternativ tibbin üstünlüklərini bəzən elə məqamlarda görürük ki, müasir tibb elminin sağalda bilmədiyi bir çox xəstəliyi sağaldan təbibləri sehirbaz kimi qəbul edirik. Halbuki, min illər boyu insanlar yalnız türkəçarə ilə müalicə olunublar. Amma o zamanlar Allahın yaratdığı adi otu, gülü, çiçəyi biznes maraqlarına alət edənlər yox idi. Dövrümüzdə bu, ən asan gəlir mənbəyinə çevrilib.

Ehtiyatlı olun, şəfanın donu dəyişib

Son illərin ən çox gəlir gətirən sahələrindən olan təbii bitkilərdən hazırlandığı iddia edilən dərman bazarı istehsalçı firmalara milyonlar qazandırır. İçində nə olduğunu bilmədiyimiz bu “şəfalı” dərmanlar bizə sağlamlıq əvəzinə əlavə bir neçə xəstəlik də qazandıra bilər.

Başınız ağrıyanda dərman içmək istəməməyiniz normaldır, orqanizminizi təhlükəli kimyəvi maddələrlə zəhərləmək istəmirsiniz, amma televizorda, qəzet və radiolarda “tamamilə bitki tərkibli” deyə reklam edilən hər məhsula da güvənməyin. Bu gün baş ağrısı üçün qəbul etdiyiniz o “təbii” dərman sabah ürək ritminizi poza, böyrək və qaraciyər yetməzliyi yarada bilər.

Bəzən insanlar təzyiqini salmaq üçün, sidiyə gedə bilmək üçün otlar alır, dəmləyib içirlər. Bilmək lazımdır ki, hər otun xüsusi dəmləmə qaydası, istifadə göstərişləri var. Xüsusilə böyrəyində daş olanlar üçün bu cür otlar diqqətlə təyin edilməlidir, əks halda böyrək yetməzliyi yaranar ki, insan ömrünü dializ aparatlarına bağlı keçirər.

“İnsanlar öz sağlamlıqlarına düşməndir”

Təbib Vaqif Əliyev deyir ki, kor-koranə istifadə edilən təbii otlar da insana zərər verə bilər: “Hər gün reklam edirlər, arıqlamaq üçün, şəkəri salmaq üçün, təzyiqi normallaşdırmaq üçün nə qədər dərman təqdim edirlər. İddia edirlər ki tərkibi tamamilə otlardan ibarətdir. Bizim xalqda da belə bir fikir formalaşıb ki, əgər otlardandırsa deməli zərərli deyil, həkimsiz-reseptsiz alıb istifadə edirlər. Nə zəmanət talonu tələb edirlər, nə uyğunluq sertifikatı, nə istehsal icazəsi. Sanki özləri xəstələnmək üçün pulla dərd alırlar”.

Təbib deyir ki, adi otlar insan orqanizminə elə zərər verə bilər ki, nəticəsi çox təhlükəli olar: “Şəkər xəstələrinin həyatı onlar üçün oyuncaqdır, çünki adı, mənşəyi, növü bilinməyən otları bir-birinə qatıb çay düzəldirlər, reklam edirlər ki, şəkərli diabetə xeyirdir, müalicə edir, birdəfəlik yox edir. Şəkərli diabetdən əziyyət çəkənlər də inanıb alır. Axı bilməlidirlər ki, şəkər tamamilə yox olmur, bunu edə bilən dərman, ot yoxdur, sadəcə nəzarətdə saxlamaq olur. Təbii müalicə üçün təbiblər var, otların dilini, xüsusiyyətini bilənlər var, biz bu elmin kökünü öyrənirik, fırıldaqçılıq edərək insanların həyatı ilə oynayanlar kimi müraciət edənlərə hər nə gəldi vermirik”.

Həm dərman ola bilər, həm dərd gətirər

Bitki tərkibli adı ilə aldığınız qarışığın içində kimyəvi maddə də ola bilər, çünki istehsalçı təklif etdiyi “təbii” dərmanın daha çox effektiv olmasında maraqlıdır. Təbib Nisə Qarayeva deyir ki, şəkər və təzyiq üçün təklif edilən bu dərmanlar daha təhlükəlidir: “Hər iki xəstəlikdə qəfil yüksəlmə qorxuludur, odur ki tərkibini bilmədiyiniz qarışıqları alıb içmək doğru deyil. Əgər təyiqiniz yüksəkdirsə evdə dəmləyib içdiyiniz adi yarpız təzyiqinizi normallaşdıra bilər, böyrəyinizdə daş varsa adi solmazçiçəyi bu daşı əridə bilər. Amma efirdə gördüyünüz, içində nə olduğunu bilmədiyiniz qarışıq otları alıb içməyin”.

Müsahibimiz deyir ki, elə bitkilər var ki, onlara qarşı xüsusi ilə diqqətli olmaq laızmdır: “Məsələn, rast gəlmişəm, telekanallarda, radiolarda “Paraqvay çayı” adı ilə idmançılara məsləhət görülən bir bitki var, təbii enerji mənbəyidir, fiziki güc verir. Düzdür, güc verir, amma tərkibində kafein olduğu deyilmir. Nəzarətsiz istifadəsi ürək xəstəliklərinə, təzyiq yüksəlməsinə belə səbəb ola bilər. Sonra rozmarin dediyimiz bitki var, indi daha çox bibəriyə kimi tanınır, sidikqovucudur, amma anemiyası olan, qan təzyiqi aşağı olan, şəkərli diabet xəstəliyi olanlar üçün nəzarətsiz istifadəsi ölümcül ola bilər”.

Son illərin ən çox içilən çay növlərindən biri olan yaşıl çay da sağlamlıq üçün təhlükə yarada bilər. Təbib deyir ki, antioksidant xüsusiyyəti qan-damar xəstəliyi üçün dərmandır, amma arıqlamaq üçün ondan çox içənlər var ki, bu ifrat istifadə təqyiqi oynada bilər, ürək döyünməsi və səbəbsiz narahatlıq yarada bilər: “Adi kəklikotunu çoxumuz sevirik, həm gözəl aroması var, həm də inanılmaz faydaları. Soyuqdəymədən qoruyur, beyində qan dövranını yaxşılaşdırır, başağrısını kəsir, yuxusuzluğa xeyirdir, amma ifrat istifadə edilərsə mədə divarlarını yandıra bilər, təzyiqi sala bilər. Acı bibər min bir dərdə dərmandır, amma çox istifadəsi mədə-bağırsaq problemləri yaradır”.

Arıqlama çayları təhlükə mənbəyidir

Gördüyünüz kimi, təbii təbabət əslində müalicə edir, amma kor-koranə istifadə edilən təbii vasitələr xəstəlik də yarada bilər. Arıqlamaq üçün sizə təklif edilən hər dərmanı alıb içməyin, hər otu dəmləyib qəbul etməyin, bu sizin orqanizminizin maddələr mübadiləsini poza bilər. Unutmayın ki, hər təsirli otun, çiçəyin xeyirli tərəfləri ilə bərabər əks təsirləri də ola bilər.

Yeməyi sevirik, amma çəkimizin artmasından da qorxuruq. Bunun üçün çox insan arıqladan çaylar içir. Xüsusilə də iştah azaldan adı ilə sizə təklif edilən “təbii” vasitələri məlumatınız olmadan qəbul etməyin, çünki bir çoxu asılılıq yaradan maddə ilə zəngindir. Bu məhsulları qəbul edəndə düşünmürük ki, arıqlamaq yerinə həyatımızı kabusa çevirə bilərik. Bir çox “təbii” arıqlama çayı analiz edildikdə içində iştahı azaldan kimyəvi maddələr olduğu məlum olur.

Üstəlik, bu maddələr o çayın qablaşdırıldığı qutunun üzərinə də yazılmır və siz alarkən qutunun içində yalnız arıqladan təbii ot olduğunu düşünürsünüz. Xüsusilə də ürək, böyrək, şəkərli diabet, təzyiq kimi xəstəlikləri olanların arıqlamaq planları başlarına bəla ola bilər. Düzdür, arıqlamaq normal istəkdir, piylənmə statistiasına nəzər salsaq arıqlamağın vacib olduğunu anlamış olarıq, amma bu arıqlamaq həyatınızı itirməyə səbəb ola bilər. Etibar etdiyiniz təbibdən məsləhət alaraq nəzarət altında artıq çəkidən qurtulmağınız sağlamlığınız üçün ən doğru yoldur.

Lalə Mehralı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:260
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 May 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

28 Sentyabr 2026 17:35see148

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see148

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see147

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

29 Sentyabr 2026 03:17see147

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147

Bakıda artan kreditin nəticəsi TIXAC

28 Sentyabr 2026 16:17see147

Azərbaycanda kimlər aylıq müavinət ala bilər? SİYAHI

28 Sentyabr 2026 19:33see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri