Icma.az
close
up
RU
TƏBİİSİ BAHA, UCUZU İSƏ ZƏRƏRLİ Bəs nə yeyək? AzPolitika onlayn siyasi ictimai qəzet

TƏBİİSİ BAHA, UCUZU İSƏ ZƏRƏRLİ Bəs nə yeyək? AzPolitika onlayn siyasi ictimai qəzet

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Ölkəmizdə marqarin yağı istehsalı səkkiz faizdən çox artıb. Lakin ekspertlər bildirirlər ki, ən zərərli yağ elə marqarindir. Zərərli də olsa, insanlar məcbur olub ondan istifadə edirlər.

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 45 min 151,1 ton marqarin istehsal edilib ki, bu da bir il əvvələ nisbətən 8,3 faiz çoxdur. 2024-cü ilin dekabrın 1-nə ölkədə 3 min 634,8 ton duru bitki yağı ehtiyatı, 3 min 747,7 ton isə marqarin ehtiyatı yaranıb. Bu da illik müqayisədə müvafiq olaraq 5,6 faiz az və bir faiz çoxdur. Rəqəmlərdən də aydın olduğu kimi marqarin yağlarının həm istehsalı, həm də istehlakı artır. Bunun səbəbləri nələrdir? Bu yağların orqanizm üçün ziyanlı olduğu iddia edilir. Bu fikirlər həqiqəti nə dərəcədə əks etdirir?

Qida məsələləri üzrə ekspert Asim Vəlinin sözlərinə görə, marqarin orqanizmimiz üçün olduqca təhlükəlidir. Lakin insanlar bəzi səbəblərdən onu alırlar: "Kərə yağının bahalaşması istehlakçıların daha ucuz alternativlərə, xüsusilə duru bitki yağlarını və marqarini seçmələrinə səbəb olur. İqtisadi çətinliklər və istehlak vərdişləri insanların seçimlərinə birbaşa təsir edir. Marqarin kərə yağına nisbətən daha münasib qiymətədir. Xüsusilə çörəkbişirmə və qənnadı məmulatlarında geniş istifadə edilir. Marqarin yağı, xüsusilə trans yağları ehtiva edən növləri sağlamlıq üçün təhlükəlidir. Trans yağlar ürək-damar xəstəlikləri riskini artırır, "pis” xolesterolu (LDL) yüksəldir və "yaxşı” xolesterolu (HDL) azaldır. Bu yağların uzun müddətli istehlakı piylənmə, ikinci tip şəkərli diabet, hətta bəzi xərçəng növləri ilə əlaqələndirilir. Son illərdə bəzi marqarinlərdə trans yağların miqdarı azaldılsa da, bu yağlar ümumilikdə təhlükəsiz hesab olunmur”.

A.Vəli bildirdi ki, marqarin yağlarının çox cüzi faydası olsa da, istifadəsi məsləhət deyil: "Ev şəraitində istifadə zamanı onu yüksək temperaturda, qızartma proseslərində istifadə etməkdən uzaq durmaq daha məqsədəuyğundur. Çünki qızartma zamanı zərərli maddələr yaranır. Əgər marqarin istifadə olunacaqsa, onu kiçik miqdarlarda və qarışıq qidalanma rejimi çərçivəsində qəbul etmək tövsiyə olunur. Marqarinin bəzi növləri vitaminlər, xüsusən də A, D və E ilə zənginləşdirilə bilir. Həmçinin bəzi bitki əsaslı marqarinlər kərə yağına allergiyası olan və ya vegan həyat tərzi sürən şəxslər üçün alternativ olaraq istifadə edilir. Sağlamlıq baxımından faydalarını zərərləri ilə müqayisə etdikdə, onu məhdud miqdarda istehlak etmək daha doğru olar”.

Ekspertin fikrincə, insanlar kərə yağı əvəzinə səhvən bu yağı almamaq üçün diqqətli olmalıdırlar: "Bəzi kərə yağlarının tərkibinə də marqarin yağı qatılır və ya kərə yağı adı ilə marqarin yağı satılır. Bəzi hallarda istehsalçılar xərcləri azaltmaq məqsədilə kərə yağının tərkibinə marqarin və ya digər bitki yağlarını qarışdırırlar. İnsanlar bu hallardan qorunmaq üçün məhsulun etiketindəki tərkib hissəsini diqqətlə oxumalı, yalnız etibar edilən istehsalçıların məhsullarını seçməli və mümkün qədər yerli, tanınmış brendlərə üstünlük verməlidirlər”.

Diyetoloq Lalə Yaqubova isə dedi ki, marqarin süni yolla müxtəlif məhsulların birləşməsindən hazırlanır: "Marqarinin yaranma səbəbi insan sayının artımı və təbii yağın bu tələbatı ödəyə bilməməsindəndir. Əhalinin tələbatını ödəmək üçün süni şəkildə yaradılmış tərkibdir. Tam təbiət məhsulu olmadığı üçün də orqanizm üçün ziyanlıdır. Marqarin əslində rəng, ləzzət, görüntü, quruluş baxımından kərə yağına çox bənzəyir. Bitki yağları, süd, qatıq, pendir suyunun tozu, su və vitamin kimi bir çox maddələr istifadə olunaraq marqarin yağı əmələ gəlir”.

L.Yaqubova bu yağın növlərindən də bəhs etdi: "Başqa maddələrin birləşməsindən əmələ gəldiyi üçün marqarinin tərkibini dəyişmək mümkündür. Əsasən səhər yeməyi üçün, yemək hazırlanmasında və sənayedə istifadə üçün üç çeşidi mövcuddur. Səhər yeməyi üçün olan marqarinin ərimə temperaturu daha aşağıdır. Yemək bişirmək üçün olanlar isə daha sərtdir və daha gec əriyir. Üzərində hansı növə aid olduğu qeyd edilir. Sənayedə istifadə dedikdə, qida sənayesi nəzərdə tutulur. Bu yağlar istehsalatda olur və onu adi insanlar almır. Marketlərdə rastlaşdığımız səhər yeməyi və yemək bişirmək üçün olan növləridir”.

Diyetoloqun sözlərinə görə, tərkibinə qatılan maddələr marqarini zərərli edir: "Onlar müxtəlif proseslərə məruz qalır. Hansı ki, bu yağların otaq temperaturunda qatı qalması, yaxud rəf ömrünün uzadılması üçündür. Bitki mənşəli yağlar da müxtəlif proseslərə məruz qalır. Beləliklə, daha çox doymuş yağ miqdarı olur. Marqarinlər tərkibinə görə çox sürətlə oksidləşə bilən qida növləridir. Bu səbəbdən onların saxlanılması və istifadəsi çox önəmlidir”.

Müsahibimiz hansı marqarin yağını seçməklə bağlı məsləhətlərini də verdi: "Bizim üçün sağlam olan doymamış yağlardır. Hansı ki, onlar əsasən maye halındadır. Bunlara da bitki yağları aiddir. Səhər yeməyi üçün olan marqarin yağları daha az kaloriyə malikdir. Bu səbəbdən onlar daha az zərərli hesab oluna bilər. Amma istifadə etməmək daha məsləhətdir”. ("Kaspi" qəzeti)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 Yanvar 2025 23:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri