Icma.az
close
up
RU
Təbiisi baha, ucuzu zərərli: Bəs hansından istifadə edək ki...

Təbiisi baha, ucuzu zərərli: Bəs hansından istifadə edək ki...

Publika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 45 min 151,1 ton marqarin istehsal edilib ki, bu da bir il əvvələ nisbətən 8,3 faiz çoxdur. 2024-cü ilin dekabrın 1-nə ölkədə 3 min 634,8 ton duru bitki yağı ehtiyatı, 3 min 747,7 ton isə marqarin ehtiyatı yaranıb. Bu da illik müqayisədə müvafiq olaraq 5,6 faiz az və bir faiz çoxdur.

Rəqəmlərdən də aydın olduğu kimi marqarin yağlarının həm istehsalı, həm də istehlakı artır. Bunun səbəbləri nələrdir? Bu yağların orqanizm üçün ziyanlı olduğu iddia edilir. Bu fikirlər həqiqəti nə dərəcədə əks etdirir?

Kərə yağının bahalaşması seçimlərə təsir edir

Qida məsələləri üzrə ekspert Asim Vəlinin sözlərinə görə, marqarin orqanizmimiz üçün olduqca təhlükəlidir. Lakin insanlar bəzi səbəblərdən onu alırlar: “Kərə yağının bahalaşması istehlakçıların daha ucuz alternativlərə, xüsusilə duru bitki yağlarını və marqarini seçmələrinə səbəb olur. İqtisadi çətinliklər və istehlak vərdişləri insanların seçimlərinə birbaşa təsir edir. Marqarin kərə yağına nisbətən daha münasib qiymətədir. Xüsusilə çörəkbişirmə və qənnadı məmulatlarında geniş istifadə edilir. Marqarin yağı, xüsusilə trans yağları ehtiva edən növləri sağlamlıq üçün təhlükəlidir. Trans yağlar ürək-damar xəstəlikləri riskini artırır, “pis” xolesterolu (LDL) yüksəldir və “yaxşı” xolesterolu (HDL) azaldır. Bu yağların uzun müddətli istehlakı piylənmə, ikinci tip şəkərli diabet, hətta bəzi xərçəng növləri ilə əlaqələndirilir. Son illərdə bəzi marqarinlərdə trans yağların miqdarı azaldılsa da, bu yağlar ümumilikdə təhlükəsiz hesab olunmur”.

“Məhdud miqdarda istehlak edin”

A.Vəli bildirdi ki, marqarin yağlarının çox cüzi faydası olsa da, istifadəsi məsləhət deyil: “Ev şəraitində istifadə zamanı onu yüksək temperaturda, qızartma proseslərində istifadə etməkdən uzaq durmaq daha məqsədəuyğundur. Çünki qızartma zamanı zərərli maddələr yaranır. Əgər marqarin istifadə olunacaqsa, onu kiçik miqdarlarda və qarışıq qidalanma rejimi çərçivəsində qəbul etmək tövsiyə olunur. Marqarinin bəzi növləri vitaminlər, xüsusən də A, D və E ilə zənginləşdirilə bilir. Həmçinin bəzi bitki əsaslı marqarinlər kərə yağına allergiyası olan və ya vegan həyat tərzi sürən şəxslər üçün alternativ olaraq istifadə edilir. Sağlamlıq baxımından faydalarını zərərləri ilə müqayisə etdikdə, onu məhdud miqdarda istehlak etmək daha doğru olar”.

Diqqət edilməli məqamlar

Ekspertin fikrincə, insanlar kərə yağı əvəzinə səhvən bu yağı almamaq üçün diqqətli olmalıdırlar: “Bəzi kərə yağlarının tərkibinə də marqarin yağı qatılır və ya kərə yağı adı ilə marqarin yağı satılır. Bəzi hallarda istehsalçılar xərcləri azaltmaq məqsədilə kərə yağının tərkibinə marqarin və ya digər bitki yağlarını qarışdırırlar. İnsanlar bu hallardan qorunmaq üçün məhsulun etiketindəki tərkib hissəsini diqqətlə oxumalı, yalnız etibar edilən istehsalçıların məhsullarını seçməli və mümkün qədər yerli, tanınmış brendlərə üstünlük verməlidirlər”.

“Başqa maddələrin birləşməsindən əmələ gəldiyi üçün...”

Diyetoloq Lalə Yaqubova isə dedi ki, marqarin süni yolla müxtəlif məhsulların birləşməsindən hazırlanır: “Marqarinin yaranma səbəbi insan sayının artımı və təbii yağın bu tələbatı ödəyə bilməməsindəndir. Əhalinin tələbatını ödəmək üçün süni şəkildə yaradılmış tərkibdir. Tam təbiət məhsulu olmadığı üçün də orqanizm üçün ziyanlıdır. Marqarin əslində rəng, ləzzət, görüntü, quruluş baxımından kərə yağına çox bənzəyir. Bitki yağları, süd, qatıq, pendir suyunun tozu, su və vitamin kimi bir çox maddələr istifadə olunaraq marqarin yağı əmələ gəlir”.
L.Yaqubova bu yağın növlərindən də bəhs etdi: “Başqa maddələrin birləşməsindən əmələ gəldiyi üçün marqarinin tərkibini dəyişmək mümkündür. Əsasən səhər yeməyi üçün, yemək hazırlanmasında və sənayedə istifadə üçün üç çeşidi mövcuddur. Səhər yeməyi üçün olan marqarinin ərimə temperaturu daha aşağıdır. Yemək bişirmək üçün olanlar isə daha sərtdir və daha gec əriyir. Üzərində hansı növə aid olduğu qeyd edilir. Sənayedə istifadə dedikdə, qida sənayesi nəzərdə tutulur. Bu yağlar istehsalatda olur və onu adi insanlar almır. Marketlərdə rastlaşdığımız səhər yeməyi və yemək bişirmək üçün olan növləridir”.

Diyetoloqun sözlərinə görə, tərkibinə qatılan maddələr marqarini zərərli edir: “Onlar müxtəlif proseslərə məruz qalır. Hansı ki, bu yağların otaq temperaturunda qatı qalması, yaxud rəf ömrünün uzadılması üçündür. Bitki mənşəli yağlar da müxtəlif proseslərə məruz qalır. Beləliklə, daha çox doymuş yağ miqdarı olur. Marqarinlər tərkibinə görə çox sürətlə oksidləşə bilən qida növləridir. Bu səbəbdən onların saxlanılması və istifadəsi çox önəmlidir”.

“Bizim üçün sağlam olan doymamış yağlardır”

Müsahibimiz hansı marqarin yağını seçməklə bağlı məsləhətlərini də verdi: “Bizim üçün sağlam olan doymamış yağlardır. Hansı ki, onlar əsasən maye halındadır. Bunlara da bitki yağları aiddir. Səhər yeməyi üçün olan marqarin yağları daha az kaloriyə malikdir. Bu səbəbdən onlar daha az zərərli hesab oluna bilər. Amma istifadə etməmək daha məsləhətdir”. ("Kaspi" qəzeti)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://publika.az
archiveBu xəbər 18 Yanvar 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri