Icma.az
close
up
RU
Siqaret çəkməyək: Bəs nə edək?

Siqaret çəkməyək: Bəs nə edək?

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Saat 03:00

Bakıdan uçan təyyarə aeroporta eniş edir. Uzun qeydiyyat növbəsinə durub baqajları alandan sonra bizi gözləyən taksiyə tələsməkdəyik. Komandamız səkkiz qələm əhli və şirkət nümayəndəsindən ibarətdir. O şirkət ki, gələcəyin tüstüsüz olmasını qarşısına hədəf qoyub. Tüstü dedikdə söhbət zavodların, avtomobillərin yaratdığı tullantılar yox, insan orqanizmi üçün bilavasitə daha çox zərər verən siqaret və ona bənzər zərərli məhsulların yaratdığı tüstüdən gedir. Əlqərəz, Astanadayıq. "Philip Morris International" (PMI) şirkəti tüstüsüz gələcəyə qlobal çağırışı məhz buradan edir. Hal şahidi kimi isə dünyanın dörd bir yanından jurnalistləri dəvət edib.

Qazaxıstan paytaxtında keçirilən "Astana Tecnovation: Tüstüsüz gələcək" konfransı bu günlərdə öz sahəsi üzrə regionun diqqətini çəkən mühüm innovasiya, sağlamlıq və elmi məlumatların ötürülməsini vəd edir. Əsasən, elmi sübutlar, qanunvericilik məsələləri və ictimai kommunikasiya kimi mövzular ətrafında geniş diskussiyalara meydan verilməsi planlaşdırılır.

Növbəti günün səhəri qısa brifinq və şirkət nümayəndəsinin tədbir haqqında təlimatları ilə başlayır. Bir neçə saatlıq ümumi və fərdi məsələlərin bizə çatdırılmasından sonra günə hazırıq. Əvvəlki tədbirlərdə (Əbu-Dabi və Nevşatel) iştirak edən jurnalistlər artıq mövzuya tam hakimdirlər. Komandamıza yeni qoşulanlar da bu təlimatlandırma prosesindən faydalanırlar.

Astana

Qısa tur tədbirin keçiriləcəyi şəhərin ruhunu hiss etmək üçün lap yerinə düşür. Astananın ən böyük üstünlüyü onun planlı şəkildə salınmasıdır. Avtoparkı kifayət qədər yeni olan şəhərdə praktiki olaraq tıxac yoxdur. Səbəb isə çox sadədir. Burada hər şey əvvəldən hesablanıb. Olduqca soyuq keçən qış dövrü üçün şəhər kənarında 24 saat dayanmadan işləyən istixanaların dumanı uzaqdan sezilir. Qış burada olduqca sərt olur. Ona görə də hökumət isitmə sistemlərinin fasiləsiz fəaliyyətinin təmin edilməsinə xüsusi diqqət yetirir.

Əhalinin əksəriyyəti rus dilində danışa bilir. Bu da bizim üçün kommunikasiyanı olduqca asanlaşdırır. İki türkün bir-biri ilə rus dilində anlaşmasını isə yazırıq SSRİ-nin ayağına. Qızları olduqca gözəl, əməliyyatsız, təndürüst və ən əsası - müasir "gözəllik" anlayışlarından uzaq, təbiidirlər. Müasir üslubda salınan şəhərin dörd tərəfində qazaxların tarixinə işarə verən tikililərə rast gəlmək mümkündür. İstər Prezident Aparatının inzibati binasının girişinin qoşa qala formasında olması, istər şəhərin hər tərəfindən görünən Xan Çadırı (daxilində biznes mərkəzi yerləşir), istərsə də adi binaların arxitektura ornamentləri.

Ümumi götürsək, şəhər çox gözəldir, amma ruhunu hiss etdiyimi soruşsanız, birmənalı şəkildə "hə" və ya "yox" deyə bilməyəcəyəm. Tarixi mesajlar ötürməyi öhdəlik götürmüş dəmir, beton və şüşə installyasiya desək, məncə, yanılmarıq. Ümumi təəssüratı məqbul dəyərləndirib növbəti günə köklənirik.

Böyük gün

Tədbir bir neçə dəqiqə sonra başlayacaq. Özünəməxsus dizaynla hazırlanmış səhnə göz oxşayır. Çıxış edəcək şəxslər olduqca mehriban mühitdə qonaqlarla maraqlanır, müxtəlif mövzularda diskussiyalar aparırlar. Qısa zaman ərzində hər kəs zaldakı yerini alır və qazax dilində xoş bir qarşılanma bizi təəccübləndirir: "Kurmettı xanımdar mən mırzalar! Koş keldiniz". Sözlər hər birimizə ayrı-ayrılıqda tanış olsa da, bu kompozisiyada və xoş şivədə ilk dəfə eşidirik. İstənilən halda, bizim üçün, yəni Azərbaycandan gələnlər üçün hər şey anlaşılandır - "Hörmətli xanımlar və cənablar! Xoş gəlmisiniz!" Bu qədər sadə.

Tədbirin mahiyyəti və konteksti

PMI‑ın kommunikasiya və əlaqələr üzrə vitse‑prezidenti Tommazo Di Covanni açılış nitqində bildirir ki, innovasiya çox vaxt skeptisizmə məruz qalır - ancaq elmlə, dövlətlə və bizneslə əməkdaşlıq edildikdə bu inqilabi ideyalar gerçəkləşə bilər.

"Doğru siyasətlərin tətbiqi ilə bu irəliləyişlər insan həyatını dəyişə bilər" - bu düşüncə tədbirin əsas çağırışlarından biridir. Yəni bütün icadlar öz dövründə birmənalı qarşılanmayıb. Mütləq şəkildə kimsə həmin ixtiraların faydasız olduğunu, heç bir əhəmiyyət daşımadığını bar-bar bağırıb. Lakin zaman keçdikcə daşlar yerinə oturur və insanlar həyatlarını rahatlaşdıran istənilən vasitənin istifadəsinə tez bir şəkildə alışırlar. Bu proses indi də davam edir. Tommazonun dediyi kimi, PMI siqaret istifadəçiləri üçün tüstüsüz gələcəyi təmin etməyi planlaşdırıb. Lakin innovativ həllərin unikallığını qəbul etmək istəməyənlər hələ də bu məhsullara skeptik yanaşmaqda davam edirlər. PMI ailəsi isə bu istiqamətdə maarifləndirmə işi ilə yanaşı, həm də elmi araşdırmalarını davam etdirəcək və əldə edilən ən son nəticələri tam şəffaflığı ilə cəmiyyətə təqdim edəcək. Bir sözlə, səsləndirilən bütün əks fikirlərə Tommazonun bir cavabı var: "İnnovasiya bizim cavabımızdır, tütün yanmasının yaratdığı zərər isə çağırışımız". Bu mövzu konfransın əksər panellərinin ana qayəsi olur.

Daha sonra səhnəyə çıxan və "gündoğan ölkə" təmsilçisi Tomoko İida nikotin və onun haqqında yayılmış miflərdən danışır. Olduqca ciddi məsələləri çox sadə və pozitiv notlarda iştirakçılara çatdıran Tomoko bildirir ki, bütün dünyada yayılmış bir fikir uzun illərdir nikotin haqqında yanlış təsəvvürlər yaradıb. Yəqin ki, onu hər birimiz ya oxumuş, ya da haradansa eşitmişik: "Bir damcı nikotin atı belə öldürər". Bu özlüyündə yanlış fikirdir. Ən sadəsi ona görə ki, nikotin özü kanserogen sayılmır. Amma onu da qeyd etmək lazımdır ki, nikotin asılılıq yarada bilər. Siqaretin tərkibindəki ən böyük düşmən isə onun tərkibindəki kimyəvi maddələrdir ki, onlar yanmaya məruz qaldıqda insan sağlamlığı üçün təhlükə yarada bilir.

Bəs qlobal səviyyədə bu faktlara münasibət necədir?

İlk olaraq ondan başlamaq olar ki, ABŞ və İngiltərə kimi inkişaf etmiş ölkələrdə tütün zərərinin azaldılması yanaşmaları artıq dövlət siyasətinin bir elementi kimi qiymətləndirilir. Məncə, bu fakt özlüyündə PMI məhsullarının nə dərəcədə lazımlı olduğunun daha bir sübutudur. Lakin bu prosesin yalnız inkişaf etmiş ölkələrdə yox, həm də inkişaf etməkdə olan, hətta üçüncü dünya ölkələrində belə davamlı şəkildə inkişafı tüstüsüz gələcək konsepsiyasının əsas mahiyyətidir. Bunun üçün şirkət tərəfindən ictimai maarifləndirmə işləri aparılır. Bir çox bölgələrdə, o cümlədən Mərkəzi Asiya və MDB ölkələrində səhiyyə işçiləri və vətəndaşlar arasında siqaret və nikotinlə bağlı yanlış inancların dağıdılması istiqamətində işlər görülür. Lakin bu prosesdə ən böyük problemlərdən biri tütünsüz məhsulların idxalı, satışı, vergiyə cəlb olunması və əlçatanlığı üzrə qanunvericilik bazasının bir çox ölkədə köhnə olması və innovasiya ilə ayaqlaşmamasıdır. Bu isə öz növbəsində istehlakçının səhih informasiyaya çıxış imkanlarını azaldır. Bu istiqamətdə isə dövlət rəsmiləri ilə ən yüksək səviyyədə görüşlər keçirilir, onlara ən son elmi nailiyyətlərlə qanunvericilik arasındakı təzadlar barədə məlumatlar verilir. Çünki innovasiyalar yalnız texnoloji yeniliklərlə ölçülmür. Onların ictimai qəbul və qanunvericiliklə dəstəklənməsi vacibdir.

Astana çıxışları elə bu istiqamətdədir - "texnoloji gələcək" təkcə cihaz deyil, sistemli dəyişiklik tələb edir. Yəni burada hər üç komponent bir-birini tamamlamalıdır. Qanunlar müasirləşərək istehlakçıya azad seçim hüququ tanımalıdır, istehlakçı öz sağlamlığı üçün tüstüsüz gələcək konsepsiyasının mahiyyətini anlamalıdır, PMİ elmi inkişafı və əldə edilmiş nəticələrin istehlakçılara çatdırılması istiqamətində səylərini davam etdirməlidir. Bir sözlə, məsələ yalnız gələcək "tüstüsüz dünyadır" deməklə bitmir, onu birlikdə inşa etməliyik.

Aqil Vəlili

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Oktyabr 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri