Təbriz klubu darmadağınla yenidən zirvədə
Fanat saytına istinadən Icma.az xəbər verir.
İran çempionatında 16-cı turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Təbriz klubu “Traktor” da növbəti matçına çıxıb.
Cənubi Azərbaycan təmsilçisi tur çərçivəsində “Mes Rafsancan” komandası ilə qarşılaşıb.
Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv doğma meydanda rəqibinə divan tutub – 5:1. Təbrizlilərə qələbə gətirən qolları Əmirhüseyn Hüseynzadə (34), Tomislav Ştrkal (39), Mahdi Haşemnecad (46), Səccad Aşuri (83) və Danial Esmaeilifar (85) vurublar.
“Traktor” hazırda 16 oyuna topladığı 35 xalla zirvədə qərarlaşıb. “Sepahan” da eyni xal toplamasına baxmayaraq, əlavə göstəricilərə görə ikinci yerdə qərarlaşıb. "Qurdlar" çempionatdakı növbəti matçını yanvarın 26-da səfərdə “Persepolis”ə qarşı keçirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 22 Yanvar 2025 09:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















