Təcili yardım maşını piyadanı vurub öldürdü FOTO
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə hadisə şəhərin Bağman adlanan ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan Daşkəsən rayon mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin təcili yardım avtomobili yolu keçmək istəyən orta yaşlı piyada - 1966-ci il təvəllüdlü Ə.Verdiyevi vurub. Piyada xəstəxananaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov
Baxış sayı:141
Bu xəbər 26 Noyabr 2024 01:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















