Icma.az
close
up
RU
Tedesko “Fənərbağça”dan getdi

Tedesko “Fənərbağça”dan getdi

Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Almaniyalı məşqçi Domeniko Tedesko Türkiyənin “Fənərbağça” klubunun baş məşqçisi vəzifəsindən istefa verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İstanbul komandasının mətbuat xidməti məlumat yayıb.
“İdarə heyətimizin iclasında qəbul edilən qərarlara uyğun olaraq, baş məşqçimiz Domeniko Tedesko və onun məşqçilər heyəti ilə yollarımızı ayırdıq. Həmçinin idman direktorumuz Devin Özek və futbol koordinatorumuz Berke Çələbi ilə yollarımızı ayırmaq qərarına gəldik”, - klubun mətbuat xidməti bildirib.
Həmçinin, mövsümün sonuna qədər komandaya müvəqqəti olaraq köməkçi məşqçi Zeki Murat Gölenin rəhbərlik edəcəyi bildirlib.
Qeyd edək ki, 40 yaşlı Tedesko 2025 ci il sentyabrın 9-da iki illik müqavilə imzalayaraq, ”Fənərbağça”nın baş məşqşisi vəzifəsinə başlayıb. Onun rəhbərliyi altında “Fənərbağça” Türkiyə Super Kubokunu qazanıb.
Karyerası ərzində o, həmçinin Rusiyanın “Spartak Moskva”, Almaniyanın “Erzgebirge”, “Şalke” və “Leypsiq” klublarına da rəhbərlik edib. Tedeskonun rəhbərliyi altında “Leypsiq” 2021/22 mövsümündə ilk dəfə Almaniya Kubokunu qazanıb. 2023-cü ildən 2025-ci ilə qədər Tedesko Belçika millisini idarə edib.
Xatırladaq ki, “Fənərbağça” 31 turdan sonra 67 xalla Türkiyə çempionatında ikinci yerdədir və birinci yerdəki “Qalatasaray”dan yeddi xal geri qalır. Aprelin 26-da “Fənərbağça” Türkiyə çempionatında səfərdə “Qalatasaray”a 3-0 hesabı ilə məğlub olub. Türkiyə Kubokunda isə İstanbul komandası dörddəbir finalda “Konyaspor”a əlavə vaxtdan sonra 1-0 hesabı ilə uduzub.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 28 Aprel 2026 09:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see265

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see177

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see176

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see171

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see171

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see170

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see169

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see168

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see167

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see167

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see166

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see166

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see165

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see165

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see164

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see163

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see162

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see160

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see158

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri