Icma.az
close
up
RU
Tədqiqat: Autizm Parkinson xəstəliyi riskini artıra bilər

Tədqiqat: Autizm Parkinson xəstəliyi riskini artıra bilər

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Stokholm, 31 may, Nərgiz Cəfərli, AZƏRTAC

Autizmli insanlarda Parkinson xəstəliyinə yüksək tutulma riski ola bilər. Belə bir qənaətə İsveçdəki Karolina İnstitutunun və Nyu-Yorkdakı Maunt-Sinay hospitalının alimləri genişmiqyaslı araşdırmanın nəticələrinə görə gəliblər.

AZƏRTAC xəbər verir ki, tədqiqatçılar 1974-1999-cu illərdə İsveçdə anadan olmuş iki milyondan çox insanın məlumatlarını təhlil ediblər. Onlar 20 yaşından 2022-ci ilə qədər müşahidə olunub. Alimlər müxtəlif milli reyestrlərin məlumatlarından faydalanaraq autizm spektrinin pozulması ilə Parkinson xəstəliyi arasında mümkün əlaqəni tədqiq ediblər.

Parkinson xəstəliyi hərəkətetmə fəaliyyətinin tənzimlənməsində əsas rol oynayan neyromediator olan dofamin istehsal edən sinir hüceyrələrinin məhv edilməsi ilə əlaqələndirilir. Bundan əvvəl dofaminin autizmlə əlaqəli mexanizmlərdə də iştirak edə biləcəyi ehtimal olunub.

İrsiyyət, depressiya və antipsikotik preparatların qəbulu kimi risk amillərini nəzərə aldıqdan sonra belə araşdırma göstərib ki, autizm diaqnozu qoyulmuş insanların Parkinson xəstəliyinə tutulma riski belə diaqnozu olmayanlara nisbətən təxminən iki dəfə yüksəkdir.

“Xatırlamaq vacibdir ki, bu vəziyyətlərin hər ikisi olduqca nadir haldır və söhbət azsaylı hallardan gedir, buna görə narahatlıq üçün heç bir səbəb yoxdur”, - deyə Karolina İnstitutunun epidemioloqları vurğulayırlar.

Tədqiqatçıların fikrincə, “JAMA Neurology” jurnalında dərc olunan nəticələr o demək deyil ki, autizmli bütün insanlar Parkinson xəstəliyinə görə yoxlanılmalıdır. Əksinə, məlumatlar hər iki vəziyyətin əsasında olan mümkün ümumi bioloji mexanizmlərə işarə edir.

Tədqiqat iştirakçıları 50 yaşına çatanadək müşahidə olunub, buna görə də nəticələr yalnız erkən mərhələdə Parkinson xəstəliyi hallarına aiddir.

“Əlbəttə ki, riskin yaşla artıb-artmadığını öyrənmək üçün bu qrupun monitorinqini davam etdirmək maraqlı olardı. Bununla belə, 50 yaşa qədər Parkinson xəstəliyinin inkişafı hətta autizmli insanlar arasında da olduqca nadir kimi qalır”, - deyə alimlər qeyd edirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:295
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 May 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri