Icma.az
close
up
RU
Təhlükəli futbol: oynayaq, yoxsa oynamayaq? MÜSAHİBƏ

Təhlükəli futbol: oynayaq, yoxsa oynamayaq? MÜSAHİBƏ

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sabiq futbolçu və baş məşqçi Tərlan Əhmədovun SİA-ya müsahibəsini təqdim edirik:

- Azərbaycan futbolu niyə ictimaiyyətin qınağına tuş gəlir? Buna səbəb nədir?

- Sovetlərdən ayrıldıqdan sonra biz müstəqil dövlət yaratdıq. Müstəqilliyimiz dövründə futbolumuz öz sahəmizə keçib. 90-cı illərdə müharibə şəraiti idi, torpaqlarımız erməni işğalına məruz qalmışdı. Azərbaycanda futbol oynamağa icazə vermirdilər. 1995-ci ildə Heydər Əliyevin təlimatından sonra milli yığma səviyyəsində futbolu Bakıda keçirməyə başladıq. Həmin dövrdə futbola maraq həddindən artıq çox idi. "Neftçi" və "Qarabağ" oynayanda stadion dolu olardı. Baxmayaraq ki, həyat şəraiti pis idi, amma insanların futbola marağı var idi. 2000-ci ildən sonra sponsorlar cəlb olundu, maliyyə məsələləri artdı, əcnəbi futbolçular cəlb olunmağa başladı. Əcnəbi futbolçuların cəlb olunması akademiyalarda işlərin düzgün aparılmamasına səbəb olurdu. Yerli futbolçulara o qədər də üstünlük verilmirdi. Həmin tendensiya bu gün də davam edir. İnsanların qınaq obyektinə çevrilməyimiz təbii prosesdir ki, akademiyalarda futbolçular yetişdirilmir. Beynəlxalq səviyyədə oynayacaq futbolçu yetişdirilməyib. 2000-ci illərin ortalarından akademiyalarda düzgün iş getmir. Məşqçilərin əməkhaqqıları azdır, məcbur olurlar ki, çox vaxt valideynlərlə iş birliyi yaradırlar. Sumqayıtın keçmiş idman direktoru var idi, o da demişdi ki, futbolda inkişaf istəyirlərsə, valideynlərlə məşqçilər arasında körpü yaradılmalıdır. Problem buradadır. Bir həftə bundan əvvəl sosial şəbəkələrdə yayılmışdı ki, Səbaillə hansısa komanda oynayır, 10 yaşlı uşaq qol vurur, sakit olmaq üçün əli ilə jest edir, rəqib komandanın futbolçusunun anası uşağa artıq-əksik sözlər demişdi. Bunlar istər-istəməz böyük problem yaradır. Mən illərdir deyirəm ki, məşq prosesləri düzgün deyil. Əgər düzgün olsaydı, Qurban Qurbanov 17 ilə yaxındır ki, "Qarabağ"dadır, Akademiyadan futbolçu cəlb edərdi. Bu problem hələ də qalır. İdman və Gənclər naziri ilə görüşəndə mən təklif də vermişdim ki, Azərbaycan Futbol Federasiya İttifaqı Gənclər və İdman Nazirliyi və Olimpiya Komitəsi ilə bir qurum yaradılmalıdır. Bu mərkəzdə akademiyaların inkişaf proqramı olmalıdır. Futbolçuların inkişafı, qidalanması, təhsillə əlaqəsi, məşqçilərin savadlanması bu mərkəzdə olmalıdır. Bizdə isə əksinə, əgər futbola gəlirlərsə, məcbur edirlər ki, futboldan uzaqlaşsınlar. Təhsilə gedirlərsə, deyirlər ki, futboldan uzaqlaşsınlar. Bunlar həllini tapmayana qədər bizdə inkişaf olmayacaq. Digər ölkələrdə bu proseslər öz həllini tapıb. Futbolumuz hələ ki, təhsillə öz həllini tapmayıb. Valideynlər məşqçilərlə iş birliyi yaradırlar. İmkanlı valideynin uşağına daha çox vaxt ayırırlar. İstedadlı futbolçular da kasıbın balasından çıxır. Futbolumuzda hələ ki, o inkişaf görünmür. Bizim 2005-2015-ci il dövlət proqramı var idi, orada futbolun inkişafı, maliyyə tərəfləri var idi.

- Həqiqətən də, imkanlı şəxslərin övladları irəli çəkilir, yoxsa burada başqa amillər də rol oynayır?

- Bilirsiniz ki, Türkiyə futbolu 70-ci illərin sonu, 80-ci illərin əvvəllərində bərbad vəziyyətdə idi. İş adamları yığışır ki, necə edək ki, Türkiyə futbolunu inkişaf etdirək. Deyirlər ki, tanınmış məşqçiləri, idmançıları dəvət edək, bəs hansı meydançada oynayacaqlar? Əsas məsələ budur ki, stadionlar tikilməlidir, maddi-texniki baza qurulmalıdır. Bütün infrastruktur hazır olandan sonra adlı-sanlı futbolçuları dəvət etməyə başladılar. Onların proqramı əsasında Türkiyə futbolunu inkişaf etdirməyə başladılar. Bir dənə meydançamız var, Olimpiya Kompleksi, ətrafında üç meydançamız var. 10 komandanın 7-si orada məşq edir. Oturub analiz edirəm ki, niyə bizim komandalar bu vəziyyətdədir? Təsəvvür edin ki, komanda saat 7-də oyun oynayır, amma bütün həftəni məşqi saat 2-də edir. Soruşanda deyir ki, stadionda məşq üçün bu vaxt düşür ancaq. Hansı vaxta ki, futbolçu istirahət etməlidir, o vaxt məşq edir, hansı vaxt ki, məşq etməlidir, o vaxt da istirahət edir. Ona görə də, komanda bir dəfə normal oynayanda, gələn dəfə özünə oxşamır. İstər-istəməz problem o qədər çoxdur ki, birinci infrastruktur qurulmalıdır. Biz oyuna getmişdik, deməli, yan-yana 7 stadiondur, məşqçilər üçünsə, iki mərtəbəli bir şey tikiblər, bütün məşqçilər oradan 7 stadiondakı oyunları müşahidə edirlər. Bunu bizdə qurmaq olmaz? Dövlətimizin dəstəyi bizə çoxdur. Bunun qarşılığında bunu etməmək qəbahətdir. Bakı şəhərində yer tapmaq çətin olsa da, ətraflarında yer var. Ona görə də, biz bu gün bu problemləri yaşayırıq.

- Futbolun bugünkü vəziyyəti barədə tənqidi yazan jurnalistlər var. Onlar bu mövzuda AFFA-nın prezidentini günahlandırırlar. Bu, fərdlərlə bağlıdır, yoxsa sistemlə bağlıdır?

- Bizim regionlarımız var, hansı ki, futbolçu yetişib. Biz onları zamanında məhv etdik. Gəncə, Mingəçevir, Tovuz futbolunu uzun müddət premyer-liqadan kənarda qoyduq. Futbola aid olmayan, daha çox güləşçi yetişdirən Şamaxıda məktəb açdıq. Futbol rayonlarını inkişaf etdirməli idik, sonra bu tərəflərdə akademiyalar açmalı idik. İsmayıllıda top çiləmə festivalları keçirdik. Nə qədər boşuna vaxt itirdik. Biz kimdənsə nəsə tələb etmirik, sadəcə problemləri deyirik ki, həllini tapmalıdır. Bizim ümummillimiz İrlandiya və İngiltərə ilə oynadı. Birində 5:0, digərində isə 7:0 oldu. Böyük məğlubiyyət yaşandı. Hamı səbəblərdən danışanda dedim ki, bir onların idmançılarının fizioloji cəhətdən bədəninə baxın, bir də bizim idmançıların. Hansısa bir xarici klubda bir həftəlik akademiyalarda görülən iş haqqında kurs keçməlisən. Mən Beşiktaşda olmuşam. Səhər məşqə gəlirlər. Köhnə baza şəhərin içindədir, təzə baza şəhərdən kənardadır. 17 yaşlılar məşq edirlər. Məşqçilər baxırlar. Burada proses odur ki, maşın gəlir, idmançıları götürür, məktəbə aparır, məktəbdən gəldilər, yemək yedilər, bir saata kimi istirahət, daha sonra da ikinci məşqə başlayırlar. Bizdə akademiyada iki məşq yoxdur. Komandalar dərsdə olduğu müddətdə məşqçilər Mançester-Yunayted oyununa baxırlar. "Müdafiə mexanizmi necə olur?" kimi hərəyə bir sual verirlər. Sonra onu 15 dəqiqə ərzində hazırlayırsan, çıxıb danışırsan, müzakirə edilir. İnkişaf etmək üçün müzakirələr başlayır. Mən bizdə də dedim, dedilər ki, bizim üçün maraqlı deyil, biz bunu edə bilmərik.

- Dünya səviyyəsinə yüksəlmək üçün bizim futbolçularımızda hansı keyfiyyətlər çatışmır?

- Bizim futbolda ağır iş görməyə sevgi yoxdur. Bunu özüm gördüm. Məşq prosesindən sonra ağır iş yükləmə verəndə klubun prezidentinə telefon zəngi gedir ki, bu gün ağır işlər edirik, halımız yoxdur, çempionatı necə oynayacağıq? Gələn həftə yükləməni azaldırsan, futbolçular deyir ki, məşqdə tərləməyək. Gəlin, siz bu işdə işləyin. 90-cı illərdə bizim günə 4 məşqimiz olurdu. Səhər 7-nin yarısında bir məşqimiz başlayırdı, saat 9-a qədər olurdu. Saat 11-də ikinci, 4-də üçüncü, saat 9-da da dördüncü məşqimiz olurdu. İndi futbolçuların evində yaşam tərzi, qidalanması necədir, bilmirsən. Təhsillə məşğuldur, istirahət edir, etmir. Akademiyalarda bunlarla maraqlanmadığımız üçün bizim yükləmələr öz həllini tapmır. Bizim süni meydançalarla Avropadakı süni meydançaların fərqi böyükdür. Oyunçuların onurğa sütununda, diz qapağında problem olur, öz həllini tapmır deyə, məşqçilər də yükləmə verə bilmir. Ona görə də, biz 19, 21 yaşlıya futbolçu tapa bilmirik. Akademiyada əsas komandaya futbolçu tapa bilmirik. Bu problem qabarıq şəkildə özünü göstərir.

- Liqada komandaların sayının artması inkişafa təkan verəcəkmi?

- Məsələ burada limit məsələsidir. Regionlara futbolun qayıtması, orada futbolun inkişafı, yeni nəslin üzə çıxması lazımdır. Lakin İmişli, Gəncə, Mingəçevir, Tovuz fərqli ənənəyə malik rayonlardır. Hər birindən iki futbolçu gəlsə, biz müxtəlif baxışlarda olan futbolçuları gətirmiş oluruq. Bu baxımdan rəqabət daha çox olacaq. Əvvəl 10 komanda 36 oyun oynayırdı, yorucu olurdu. İstər-istəməz bir-birini başa düşürdülər, oyun maraqsızlaşırdı. Amma klub sayının çox olması Azərbaycanda yeni futbolçuların üzə çıxması deməkdir. Rayonlarda əcnəbi çox getməyəcək deyə, yerli futbolçulara üstünlük verə bilərlər. Bu baxımdan əlbəttə ki, Azərbaycan futboluna böyük təkan verə bilər.

- Bir oyunda maksimum neçə əvəzləmə etmək olar?

- Əvvəl üç idi, indi beş etdilər ki, futbolçuların çoxu kənarda qalırdı, inciklik olurdu. Ona görə də, beş etdilər ki, üç olanda futbolçuların bəziləri həddindən artıq yüklənirdi. Dahi məşqçilərin iradları oldu ki, elə futbolçular var ki, onları tribunaya göndəririk, hətta 23-lüyə sala bilmirik. Ondan sonra protokolda 23 etdilər. Ona görə, beş əvəzləmə etdilər.

- Ölkədə futbola bu qədər maraq olduğu halda niyə Dünya çempionatında oynaya bilmirik?

- Onu deyim ki, Gürcüstan yığmasının 90% futbolçusu əcnəbi həyatı yaşayır. Məsələ burasındadır ki, Azərbaycanda yüksək səviyyədə futbol meneceri yoxdur. 2009-2010-cu ildə "Xəzər-Lənkəran"a gürcü meneceri dəvət olundu. Bir neçə gürcü meneceri var ki, Avropada böyük söz sahibidirlər. Gürcüstanda bir az futbol qabiliyyəti olan oyunçuları çıxarmaq onlar üçün rahatdır. Bizdə yoxdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 Fevral 2025 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see131

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29 May 2025 19:52see126

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see122

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see122

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see120

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see116

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see116

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see116

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

29 May 2025 21:23see115

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see115

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see115

Tramp Harvarda 30 gün vaxt verdi

29 May 2025 21:59see114

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see113

İsrail və HƏMAS arasında tarixi razılaşma...

29 May 2025 21:28see113

Milan Reyndersi rekord qiymətə sata bilər

30 May 2025 18:31see112

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

29 May 2025 21:45see112

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

29 May 2025 21:11see112

Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib

30 May 2025 20:40see112

Ermənilər Bakıda konyak satacaqlar Ermənistan parlamentinin sədri

29 May 2025 18:05see111

Maqnit qasırğası 24 saatdan çoxdur davam edir

30 May 2025 10:03see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri