Icma.az
close
up
RU
Təhlükəli tendensiya: Duyğusuz, ancaq özünü düşünən, öz xeyrini güdən toplum yaranır

Təhlükəli tendensiya: Duyğusuz, ancaq özünü düşünən, öz xeyrini güdən toplum yaranır

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

“Z” nəsli belədirsə, onların övladları olacaq “Beta” nəslinin də valideynlərinə oxşayacağı ehtimalı böyükdür


“Z” nəslinin ardınca “Beta” nəsli gəlir. Bu nəsil əvvəlkiindən nəylə fərqlənəcək? Yeni araşdırmalara görə, 2025-ci il yanvarın 1-dən 2039-cu ilədək doğulan uşaqlar “Beta” nəslinə aid ediləcək. 2025-ci ildə doğulan körpələr 2039-cu ildə 14 yaşında olacaqlar. Bu, mürəkkəb yeniyetməlik dövrüdür və insanın formalaşmasında əsas mərhələ hesab edilir. Tədqiqatçılar iddia edir ki, “Beta” nəsli “Z” nəslinin davamçıları olaraq  valideynlərindən çox da fərqlənməyəcək. “Beta”lar da texnoloji inkişaf, iqtisadi qeyri-müəyyənlik və sosial dəyişikliklər dövrünün yetirmələri olacaq və onların formalaşması belə bir çətin dövrdə baş verəcək. Onların malik olduğu xüsusiyyətlər də “Z” nəslinin xüsusiyyətləri ilə eyni, hətta əvvəlkilərdən daha aqressiv, daha tələbkar, daha duyarsız olacaq. Türkiyənin Yeditəpə Universitetinin Sosiologiya fakültəsinin professoru Demet Lüküslü dünya üzrə gənc nəslin ortaq xüsusiyyətlərini belə təsnifatlandırıb: 

- Bu nəsil yaxşı, hətta əla təhsil almaq imkanlarına sahibdir. Lakin təhsilin vəd etdiklərinin reallaşmadığını görür və məyusluq keçirirlər. Gənc nəsil gəncliyin onlara hər hansı üstünlük gətirmədiyindən məyusdur. Gənclər arasında işsizlik faizi yüksəkdir, bu da onların sosial həyatını əngəlləyir, gələcəklə bağlı plan qurmalarına mane olur. Gənclik maddi cəhətdən özünü təmin edə bilmir, bu da gələcəyə dair qorxu hissi və narahatlıq yaradır. İqlim böhranı səbəbindən gənclik gələcəyin necə olacağını təxmin edə bilmir. Qorxunun əsas səbəblərindən biri də budur. 15-24 yaş aralığında olan gənclər rəqəmsallaşmış, avtomatlaşmış, iqlim dəyişikliyinə məruz qalmış, dünyanın müxtəlif bölgələrində müharibələrin tüğyan etdiyi, nüvə silahı ilə təhdid olunan dünyanın sakinləridir. Onlar bu dəyişikliklərin təsiri ilə yaşamalı olan nəsildir. Hazırkı gənclik cəmiyyətdə özünə qarşı hörmət görmür. Bu, onların aqressiyasını artırır. Onlar övladlarını da belə tərbiyə edəcəklər: kimsəyə inanma, kimsəyə hörmət etmə. Özün üçün yaşa. 

“Z” nəsli arasında aparılmış sorğunun nəticələrinə görə, bu nəsil üçün irq, cinsiyyət, dil, məzhəb kimi xüsusiyyətlər dəyər kəsb etmir. "Fərqli din və ya məzhəbə aid biri ilə evlənə bilərəm" deyənlərin faizi bundan əvvəlki nəsildə 32,8 olub, Z nəslində isə bu 82,2 faiz təşkil edir. Bu nəslin 15,7 faizi namaz qılmaq, oruc tutmaq kimi dinin tələblərini yerinə yetirdiyini bildirərkən, 55,8 faizi bu qaydalara əməl etmədiyini bildirib. Onlardan 28, 5 faizi isə heç bir dinə etiqad göstərmədiyini bildirib. Z nəslinin 76,4 faizi ədalət, demokratiya, ifadə və düşüncə azadlığı, ləyaqət, israf, sənət kimi anlayışlara dəyər verdiyini bildirib. Avropa İttifaqını dəstəkləyənlərin faizi Z nəslində 78,6 faiz ikən, X və Y nəsillərində bu faiz 35,6 faiz olub. Gün ərzində sosial mediada keçirdikləri vaxt ortalaması 6 saatdır. Z nəslinin 65 faizi ağıllı telefon (smartphone) istifadəçisidir. Sorğuda Z nəslinin 86,7 faizinin səs verərkən valideynlərinin təsirinin olmamasını, öz istəyinin vacib olduğunu bildirir.

Gənclərin texnologiya sahəsində biliklərini araşdıran qlobal tədqiqatlardan birinə əsasən, Türkiyədəki gənclər texnologiya sahəsində özlərinin ən savadlı olduğunu hesab edirlər. ABŞ-də fəaliyyət göstərən texnologiya və kompüter şirkəti "Dell" tərəfindən 2018-ci ildə keçirilən araşdırmaya görə, Türkiyədəki Z nəslinə mənsub gənclərin 57 faizi tədqiqat və inkişaf kimi texnologiyanın üstünlük təşkil etdiyi sahələrdə işləmək istədiyini söyləyib. "Dell"in Türkiyədəki baş meneceri Sinan Dumlu bildirib ki, "beynəlxalq səviyyədə həmyaşıdlarına nisbətən daha mötəbər və texnoloji biliyə sahib gənclər mövcuddur. Onlar üçün ən yeni texnologiya ilə işləmək vacib və həlledicidir".  

Bəs, “Z”-dən sonra gələn “Beta” nəsli necə olacaq?

 Sosioloq Mətanət Məmmədova “Sherg.az"a açıqlamasında qeyd etdi ki, bu nəsil əvvəlkindən çox da fərqlənməyəcək: 

seeBaxış sayı:178
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Yanvar 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri