“Təhlükəli və qol vura bilən futbolçularımız var” Robbi Kin
Idmanxeber.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Ferentsvaroş” UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində öz meydanında “Qarabağ”ı qəbul edəcək.
İdmanxeber.az xəbər verir ki, Macarıstan təmsilçisinin baş məşqçisi Robbi Kin matçdan əvvəl keçirilən mətbuat konfransında iştirak edib. İrlandiyalı mütəxəssis “Qarabağ”ın güclü rəqib olduğunu deyib:
“İki komanda eyni gücdədir. Bacardığımız və istədiyimiz kimi oynasaq, rəqibə ciddi problemlər yarada bilərik. Təhlükəli və qol vura bilən futbolçularımız var. Rəqib çox yaxşı komandadır. Güclü komanda ilə qarşılaşacağımızı bilirik. Onların da şansları olacaq. Biz bəzən çox konsentrasiyalı olmalıyıq. Azarkeşlərimizdən xahiş edirəm ki, “Ludoqorets”lə qarşılaşmada hiss etdiyimiz enerjini stadiona gətirsinlər. Matçın açarı bu iki görüşdə qol buraxmamaq olacaq”.
Qeyd edək ki, “Ferentsvaroş” – “Qarabağ” qarşılaşması sabah Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab oyunu isə ayın 27-də Bakıda baş tutacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 18 Avqust 2025 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















