Icma.az
close
up
RU
Təhlükəsiz əmək cəmiyyətin sosial uğurudur

Təhlükəsiz əmək cəmiyyətin sosial uğurudur

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan dövlətinin sosial siyasətinin əsas istiqamətlərindən biri də insanların sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini İlqar Məmmədov XQ-yə bildirdi ki, əməyin mühafizəsi sahəsində ardıcıl və sistemli dövlət siyasəti həyata keçirilir, bu istiqamətdə milli qanunvericilik bazası davamlı olaraq təkmilləşdirilir və beynəlxalq standartların tətbiqinə xüsusi diqqət yetirilir:

– Azərbaycan Respublikasının Konstitusiyasında hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ təsbit edilib. Ölkəmizin Əmək Məcəlləsinin 207–239-cu maddələri məhz əməyin mühafizəsi normalarını, qaydalarını və prinsiplərini əhatə edir. Azərbaycan bu sahədə siyasətini mütərəqqi beynəlxalq standartlara uyğun qurur və ötən dövrdə Beynəlxalq Əmək Təşkilatının əsas işçi hüquqları ilə bağlı 60 konvensiyasını, o cümlədən əməyin mühafizəsi ilə əlaqədar 20-dən çox konvensiyasını ratifikasiya edib.

Bu gün əməyin mühafizəsi qanunvericilik tələblərinin yerinə yetirilməsi, eyni zamanda, insan kapitalının qorunması, istehsal proseslərinin dayanıqlılığının təmin edilməsi və əmək məhsuldarlığının yüksəldilməsi baxımından strateji əhəmiyyət daşıyır. Müasir yanaşmanın əsasını isə mümkün təhlükələrin əvvəlcədən müəyyən edilməsi, risklərin qiymətləndirilməsi və onların bədbəxt hadisəyə çevrilməzdən əvvəl qarşısının alınması təşkil edir.

İş yerlərində risklərin düzgün qiymətləndirilməsi, müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi, işçilərin məlumatlandırılması və təlimatlandırılması sağlam və təhlükəsiz əmək mühitinin əsas şərtlərindəndir. Bununla yanaşı, müasir dövrdə əməyin mühafizəsi yalnız fiziki təhlükəsizlik tədbirləri ilə məhdudlaşmır. İş yükü, iş və istirahət vaxtının düzgün təşkili, iş yerində münasibətlər və ümumi psixoloji mühit də işçinin sağlamlığına, təhlükəsizliyinə və əmək məhsuldarlığına təsir göstərir. Bu səbəbdən psixososial risklərin də digər peşə riskləri ilə birlikdə sistemli şəkildə qiymətləndirilməsi və idarə olunması getdikcə daha böyük əhəmiyyət qazanır.

Rəis müavini daha sonra qeyd etdi ki, Dövlət Əmək Müfəttişliyi Xidməti əməyin mühafizəsi sahəsində dövlət nəzarəti ilə yanaşı, qabaqlayıcı və maarifləndirici fəaliyyətə də xüsusi önəm verir:

– İşəgötürən və işçilərin əməyin mühafizəsi tələbləri barədə məlumatlılığının artırılması, istehsalatda bədbəxt hadisələrə səbəb ola biləcək risklərə diqqətin gücləndirilməsi və təhlükəsiz əmək davranışının təşviqi bu istiqamətdə əsas fəaliyyət sahələrindəndir. İşğaldan azad olunmuş ərazilərdə də belə tədbirlər həyata keçirilir. Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzi tərəfindən 2023-2026-cı illər ərzində həmin ərazilərdə əməyin mühafizəsi istiqamətində gerçəkləşdirilən 188 tədbir 12 min 500-dən çox şəxsi əhatə edib.

Maarifləndirici profilaktik tədbirlər zamanı sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, əmək münasibətlərinin qanunvericiliyə uyğun rəsmiləşdirilməsi, yeni dövlət standartlarının tətbiqi, istehsalat qəzalarının və bədbəxt hadisələrin qarşısının alınması ilə bağlı məlumatlar verilib. İşğaldan azad olunmuş ərazilərin xüsusiyyətləri nəzərə alınaraq mina təhlükəsizliyi qaydaları da diqqətə çatdırılıb. Həmin ərazilərdə quruculuq və iqtisadi fəaliyyətin genişlənməsi fonunda risklərin əvvəlcədən qiymətləndirilməsi və təhlükəsizlik tələblərinin iş prosesinin ayrılmaz hissəsinə çevrilməsi xüsusi əhəmiyyət daşıyır.

Əməyin mühafizəsi sistemində rəqəmsal imkanlardan istifadə də qabaqlayıcı yanaşmanı gücləndirən əsas istiqamətlərdəndir. “Əmək və Məşğulluq” (ƏMAS) altsistemi üzərindən istehsalatda baş verən bədbəxt hadisələr üzrə elektron reyestrin formalaşdırılması, zərərli və təhlükəli iş yerlərinin attestasiyası, elektron audit və digər rəqəmsal həllərin tətbiqi məlumatların çevik təhlilinə, risklərin vaxtında müəyyən edilməsinə və preventiv tədbirlərin daha məqsədyönlü təşkilinə imkan yaradır. Eyni zamanda, əməyin mühafizəsi sahəsində qanunvericilik bazasının müasir tələblərə uyğun təkmilləşdirilməsi davam etdirilir.

Azərbaycanın son illər Beynəlxalq Əmək Təşkilatının əməyin təhlükəsizliyi və sağlamlığı sahəsində mühüm sənədləri olan 155 və 187 nömrəli Konvensiyalarını da ratifikasiya etməsi bu istiqamətdə atılmış mühüm addımlardandır. Həmin konvensiyalardan irəli gələn öhdəliklər nəzərə alınmaqla əməyin mühafizəsi sahəsində normativ- hüquqi bazanın daha da təkmilləşdirilməsi üçün önəmli işlər aparılıb və hazırda davam etdirilir.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədrliyi ilə fəaliyyət göstərən “Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 21) tərəfindən cari indiyədək əməyin təhlükəsizliyi sahəsini əhatə edən 192 standart hazırlanıb və Azərbaycan Standartlaşdırma İnstitutunun müvafiq qərarları ilə dövlət standartı kimi qəbul edilib. Həmin standartlar peşə risklərinin minimuma endirilməsi, işçilərin həyat və sağlamlığının qorunması, fərdi mühafizə vasitələrinə dair müasir tələblərin tətbiqi və təhlükəsiz iş mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə görülən işlər əmək şəraitinin müasir tələblərə uyğun qurulmasına, təhlükəsizlik qaydalarının təkmilləşdirilməsinə və milli təcrübənin beynəlxalq yanaşmalarla uzlaşdırılmasına xidmət edir.

İlqar Məmmədov söylədi ki, qabaqlayıcı yanaşmanın mühüm elementlərindən biri işəgötürənlərin riskləri özləri müəyyənləşdirə və vaxtında aradan qaldıra bilmələri üçün müvafiq mexanizmlərin yaradılmasıdır:

– Bu baxımdan Dövlət Əmək Müfəttişliyi Xidmətinin Milli Observatoriya ilə birgə həyata keçirdiyi “DOST Müfəttiş” layihəsi diqqətəlayiqdir. Layihə çərçivəsində könüllü iştirak edən işəgötürənlərdə əməyin mühafizəsi, əmək qanunvericiliyinin tətbiqi, insan resurslarının idarə edilməsi və elektron altsistemlərdən istifadə üzrə diaqnostik qiymətləndirmələr aparılır, mövcud boşluqlar müəyyən edilir və onların aradan qaldırılması üçün tövsiyələr verilir.

Əməyin Mühafizəsi Mərkəzinin həyata keçirdiyi “Nümunəvi müəssisə” layihəsi də müəssisələrdə təhlükəsiz iş şəraitinin yaradılmasına, işçilərdə təhlükəsiz davranış vərdişlərinin formalaşdırılmasına, risklərin idarə olunmasına və qabaqcıl təcrübənin digər müəssisələr arasında təşviqinə yönəlib. İstehsalat qəzalarının və peşə xəstəliklərinin qarşısının alınmasında beynəlxalq səviyyədə təşviq edilən “Vision Zero” yanaşması da mühüm əhəmiyyət daşıyır. Bu konsepsiyanın əsas fəlsəfəsi ondan ibarətdir ki, düzgün idarəetmə, risklərin vaxtında müəyyən edilməsi, işçilərin bilik və bacarıqlarının artırılması və güclü təhlükəsizlik mədəniyyətinin formalaşdırılması ilə istehsalat hadisələrinin qarşısını almaq mümkündür.

Müsahibimiz sonda bildirdi ki, müasir istehsal proseslərinin sürətlə dəyişməsi əməyin mühafizəsi sisteminin də daim yenilənməsini tələb edir. Rəqəmsal texnologiyalardan istifadə, risk əsaslı yanaşmanın gücləndirilməsi, psixososial risklərin idarə olunması, beynəlxalq standartların tətbiqinin genişləndirilməsi və təhlükəsizlik mədəniyyətinin inkişaf etdirilməsi qarşıdakı dövr üçün əsas istiqamətlərdəndir.

Hazırladı:
Mustafa KAMAL
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Sentyabr 2026 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri