Təhlükəsizlik arxitekturası dəyişir: Gələcək münaqişələrin həll yolu dronlardan keçir
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Məlumdur ki, müasir dövrün müharibələrində dron texnologiyası və pilotsuz uçuş aparatları (PUA) xüsusi rola malikdir. Belə ki, PUA-lar müşahidə xarakteri daşımaqla yanaşı, həm də hərbi qarşıdurmaların, əməliyyatların taleyini dəyişdirəcək gücə sahibdir.
2025-2026 qlobal təhlükəsizlik mühitində dron müharibəsinin artması regional güc arxitekturasını hansı formada dəyişdirə bilər? Ümumiyyətlə, dron texnologiyalarının inkişafı orduların strukturu, sərhəd təhlükəsizliyi və regional risklər baxımından hansı təsirlərə malikdir?
Hərbi ekspert Səxavət Məmməd Bakıvaxtı.az-a açıqlamasında bu sualları cavablandırıb.
Onun sözlərinə görə, dünyada artıq dron texnologiyası və dronların müharibədə ön plana çıxması şübhəsiz deyil. Hətta bunun ilkin variantını 44 günlük müharibə zamanı Azərbaycan həyata keçirib:
"44 günlük müharibədən sonrakı dönəmdə bir çox ölkələr öz ordularına əl gəzdirməyə başladı. Çünki bir çox ölkələr dron sənayesinə elə də əhəmiyyət vermirdilər və daha çox raketlərə, aviasiya vasitələrinə, digər texnikalara üstünlük verirdilər. Bu kontekstdə rusiyalı generallardan biri dron məsələsini çox boş və mənasız adlandırırdı. Lakin Rusiyaya Ukraynaya hücum edəndən sonra anladı ki, müahribəni dronsuz aparmaq mümkün deyil. Hətta Rusiya prezidenti Vladimir Putin bildirib ki, dron sahəsində 1 milyon mütəxəssis yetişdirəcək. Xüsusilə Rusiya-Ukrayna müharibəsi, İran-İsrail qarşıdurması və digər regionlardakı toqquşmalar onu göstərir ki, dövlətlər və ordular bundan sonra da dron sənayesini gücləndirəcəklər".
S.Məmmədin fikrincə, qarşıdakı dövrdə dövlətlər humanoid robotlara daha çox fokuslanacaqlar. Ümumilikdə süni intellekti tətbiq edən ölkələr daha güclü olacaq.
"Təsəvvür edin ki, əlində pult tutan uşaqla bir xüsusi təyinatlı var. Hansı daha güclü olacaq? Əlbəttə, əlində pultu olan uşaq...Çünki əlində pultu olan uşaq xüsusi təyinatlını çox asanlıqla sıradan çıxara bilər. Burada dronun hansı növünün olmasının heç bir fərqi yoxdur. Ona görə də dünya artıq tamamilə dəyişib. Ölkəmiz də bu istiqamətdə müəyyən mənada addımlar atır və özünü inkişaf etdirir. Müasir dövrümüzdə dronlardan və süni intellektdən daha səmərəli istifadə edən ölkələr bu sahədən qalib ayrılacaqlar", - deyə müsahibimiz qeyd edib.

Səxavət Məmməd: Qarşıdakı dövrdə dövlətlər humanoid robotlara daha çox fokuslanacaqlar
Hərbi ekspert vurğulayıb ki, böyük və ya kiçik olmasına baxmayaraq, dron sahəsinə daha çox yatırımlar var. Deditinə görə, bu kontekstdə yaxın günlərdə Çin-Hindistan sərhədində bir humanoid robotunun aşkar olunması da təsadüfi deyil:
"Bu o deməkdir ki, Çin artıq sərhədin mühafizəsində humanoid robotlarından istifadə etməyə başlayıb. Yəni, bundan sonra sərhədlərin əsgərlər tərəfindən qorunması o qədər də önəmli faktor olmayacaq. Sərhədləri dronlar və süni intellekt qoruyacaq. Dron sahəsinə gözardı baxanlar və bu sahəni inkişaf etdirməyən ölkələr çox geridə qalacaq”.
“Hesab edirəm ki, ölkəmizdə təhsil müəssisələrində də bu sahəyə diqqət ayrılmalıdır. Çünki gələcəkdəki münaqişələrin həll yolu məhz bu istiqamətdən keçəcək", - Səxavət Məmməd qeyd edib.
Gülşən Şərif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 08 Yanvar 2026 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















