Icma.az
close
up
RU
Təhlükəsizlik boşluqları Azərbaycanda çimərlik turizminə necə təsir edir?

Təhlükəsizlik boşluqları Azərbaycanda çimərlik turizminə necə təsir edir?

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda çimərlik mövsümü ilə bağlı dəniz sahillərinə üz tutan insanların sayının artması fonunda suda boğulma halları narahatlıq doğuran səviyyəyə çatıb. Builki mövsüm başlayandan - yəni iyunun 15-dən qeyri-çimərlik ərazilərində 40 nəfərin meyiti aşkarlanıb. Mütəxəssislərin fikrincə, bu cür hadisələr faciə olmaqla yanaşı, ölkənin turizm imicinə mənfi təsir göstərən amildir. Təhlükəsizliklə bağlı narahatlıqların artması həm yerli, həm də xarici turistlərin seçimlərinə təsir edə, çimərlik turizminin inkişafı üçün əlavə risklər yarada bilər.

BAKU.WS xəbər verir ki, "Report" mövzu ilə bağlı ekspertlərin rəyini və aidiyyəti qurumun mövqeyini öyrənib.

Turizm eksperti Rəhman Quliyev hesab edir ki, suda boğulma hadisələri ilə bağlı xəbərlərin geniş yayılması çimərliklərə marağı azaldır, dəniz sahilində fəaliyyət göstərən sahibkarların işinə mənfi təsir göstərir:

"Bəzi çimərliklərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə ehtiyac var. Xilasedici xidmətlərin sayının artırılması, onların fasiləsiz növbətçiliyinin təmin edilməsi və müasir avadanlıqlarla təchiz olunması vacibdir. Bununla yanaşı, təhlükəli ərazilər aydın şəkildə nişanlanmalı, xəbərdarlıq lövhələrinin sayı artırılmalı və insanların həmin zonalara girişinə nəzarət gücləndirilməlidir".

Ekspert bildirib ki, vətəndaşların və turistlərin dənizdə təhlükəsiz davranış qaydaları barədə davamlı maarifləndirilməsi də boğulma hallarının azalmasına mühüm töhfə verə bilər:

"Dövlət qurumları, yerli icra orqanları, bələdiyyələr və çimərlik operatorları təhlükəsizlik məsələsində daha sıx koordinasiya şəraitində fəaliyyət göstərməlidirlər. Yalnız kompleks və davamlı yanaşma həm insan həyatının qorunmasına, həm də Azərbaycanın təhlükəsiz və etibarlı turizm istiqaməti kimi nüfuzunun güclənməsinə xidmət edə bilər".

Fövqəladə Hallar Nazirliyindən (FHN) isə bildirilib ki, çimərlik mövsümünə hazırlıq çərçivəsində Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti nəzarət etdiyi çimərliklərdə, eləcə də IDEA İctimai Birliyinin təşəbbüsü ilə yaradılmış ictimai çimərliklərdə vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə kompleks hazırlıq tədbirləri həyata keçirib:

"Mövsüm başlamazdan əvvəl sahilboyu ərazilərdə yerli icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə monitorinqlər aparılıb. Monitorinqlərin əsas məqsədi istifadəyə yararsız, təhlükəli sahələrin müəyyənləşdirilməsi, çimərlik operatorlarının təhlükəsizlik tələbləri barədə məlumatlandırılması və mövcud risklərin aradan qaldırılması olub. Xidmətin nəzarətində olan çimərliklərdə dalğıclar sualtı müayinə və təmizləmə işləri aparıb, üzmə sərhədlərini müəyyən edən məhdudlaşdırıcı nişanlar quraşdırıb, ərazilərdə təhlükəsizlik qaydalarını əks etdirən maarifləndirici lövhələr yerləşdirib. Bununla yanaşı, xilasedici qayıqlar, xüsusi texnika, dalğıc avadanlıqları və digər xilasetmə vasitələri tam işlək vəziyyətə gətirilib. Xidmətin aidiyyəti bölmələri isə mayın 15-dən etibarən gücləndirilmiş iş rejimində fəaliyyət göstərir".

FHN vurğulayıb ki, çimərliklərdə təhlükəsizliyin təmin olunması yalnız operativ xilasetmə tədbirləri ilə məhdudlaşmır:

"Nazirlik ilboyu əhalinin maarifləndirilməsi istiqamətində də ardıcıl iş aparır. Bu çərçivədə çimərlikdə təhlükəsiz davranış qaydalarına dair sosial çarxlar və maarifləndirici videolar hazırlanaraq televiziya və digər media platformalarında yayımlanır, müxtəlif yaşayış məntəqələrində məlumatlandırıcı bilbordlar yerləşdirilir. Bundan başqa, yay mövsümü ərzində maarifləndirmə tədbirləri ictimai nəqliyyatda da davam etdirilir. Belə ki, Bakı Metropoliteninin stansiya və vaqonlarında, həmçinin dənizkənarı istiqamətlər üzrə fəaliyyət göstərən avtobus marşrutlarında çimərlikdə təhlükəsiz davranış qaydalarını əks etdirən posterlər sərgilənir. Xidmətin nəzarət etdiyi çimərliklərdə quraşdırılan məlumat lövhələrində təhlükəsizlik qaydaları Azərbaycan və ingilis dillərində təqdim olunur ki, bu da ölkəyə gələn xarici turistlərin məlumatlandırılmasına xidmət edir".

Nazirlik, həmçinin bəyan edib ki, nəzarət olunan çimərliklərdə təhlükəsizlik sistemi tam şəkildə təşkil olunub:

"Bu ərazilərdə peşəkar xilasedicilər növbə çəkir, xilasetmə məntəqələri fəaliyyət göstərir, zəruri xilasetmə vasitələri və ilkin tibbi yardım imkanları mövcuddur. Xilasedicilər xidmət apardıqları müddətdə suda baş verə biləcək bədbəxt hadisələrin qarşısını alır, operativ xilasetmə əməliyyatları həyata keçirir və ehtiyac yarandıqda ilkin tibbi yardımın göstərilməsini fasiləsiz təmin edirlər. IDEA İctimai Birliyinin təşəbbüsü ilə yaradılmış ictimai çimərliklərdə də FHN əməkdaşları növbə çəkərək vətəndaşların təhlükəsizliyinə nəzarət edirlər".

Qurum diqqətə çatdırıb ki, nəzarətsiz çimərliklərdə və qeyri-çimərlik ərazilərində belə təhlükəsizlik infrastrukturu mövcud olmadığından fövqəladə hadisələr zamanı operativ müdaxilə imkanları xeyli məhdudlaşır:

"Bu səbəbdən vətəndaşlara yalnız FHN-in nəzarət etdiyi, xilasedicilərin xidmət apardığı çimərliklərdən istifadə etmək tövsiyə olunur".

FHN vətəndaşları xilasedicilərin xəbərdarlıq və göstərişlərinə ciddi əməl etməyə, təhlükəli hesab olunan ərazilərdə suya girməməyə, üzmə sərhədlərini keçməməyə və təhlükəsizlik qaydalarına məsuliyyətlə yanaşmağa çağırıb. Nazirlik, həmçinin təhlükəsizlik baxımından dənizdən istifadə üçün ən münasib vaxtın səhər saat 09:00-dan axşam saat 20:00-a qədər olan dövr olduğunu xatırladıb:

"Çimərliklərdə təhlükəsizliyin təmin olunması istiqamətində həyata keçirilən profilaktik və maarifləndirmə tədbirləri mövsüm boyu davam etdiriləcək və bu sahədə aidiyyəti qurumlarla əməkdaşlıq gücləndiriləcək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://baku.ws
archiveBu xəbər 04 Avqust 2026 20:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see512

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see430

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see400

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see281

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see276

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see269

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see266

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see262

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see253

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see245

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see238

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see233

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see223

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see213

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see206

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see203

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see201

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see197

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri